Siyasət 

Azərbaycan Prezidenti: Xəzər dənizi sürətlə kiçilir və əsas səbəb iqlim dəyişmələri deyil

Hələ 2022-ci ildə Xəzəryanı Dövlətlərin Zirvə Toplantısında mən Xəzər dənizinin ekoloji vəziyyətinin pisləşməsi məsələsini qaldırmışdım. Bu gün vəziyyət daha pisdir. Xəzər dənizi sürətlə kiçilir. Əsas səbəb iqlim dəyişmələri deyil. ARANTV.AZ  xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı səsləndirib. Dövlətimizin başçısı qeyd edib ki, gözlənilməz nəticələri olan ekoloji fəlakətin qarşısını almaq üçün sahilyanı dövlətlərin birgə səylərinə ehtiyac var. Azərbaycan, həmçinin bu problemin həlli istiqamətində BMT ilə də sıx əməkdaşlığa hazırdır.

Read More
Region Xəbərləri 

Azərbaycan Ordusu qələbə əzmi ilə irəlilədi

Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri 30 ildə Ermənistan işğalçı siyasətini davam etdirdi, ərazilərimizdə təxribatlar törətdi, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açdı, onların rahat yaşamasına imkan vermədi. Azərbaycan xalqı işğalla heç zaman barışmadı. 2016-cı il aprel ayında Lələtəpə və 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan bu işğalla barışmayacağını nümayiş etdirmişdir. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmadı, Azərbaycana qarşı diversiyaları davam etdirdi, erməni siyasətçiləri xalqımıza qarşı təxribatçı bəyanatlar verdilər. 2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu…

Read More
Cəmiyyət 

Adnana məxsus “Rahat” supermarketləri bağlanır?

Sosial şəbəkələrdə “ANC Group” MMC-yə məxsus “Rahat” supermarketlər şəbəkəsinin bağlanacağı barədə iddialar var. Buna səbəb kimi “ANC Group”un iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunan SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadəyə qeyri-rəsmi məxsus olması gətirilir. Məsələni aydınlaşdırmaq üçün Pravda.az “Rahat” supermarketə sorğu ünvanlayıb. Şirkətdən verilən açıqlama belə olub: “Rahat” supermarketlər şəbəkəsi öz fəaliyyətini davam etdirir. Hər şey yolundadır. Bütün kontingent iş başındadır. Marketlərimiz hər zaman müştərilərimizin xidmətindədir. Davam edirik. Bu barədə heç bir sıxıntı yoxdur. Adnan Əhmədzadə məsələsi barədə isə mövqe bildirməyimiz uyğun…

Read More
Maraqlı 

Bu BÜRC üçün həyat yenidən başlayır – çətinlik geridə qaldı

Astroloqlar bir bürc üçün ən çətin dövrün, nəhayət başa çatdığını iddia edir. İlin əvvəlindən psixoloji tənəzzül yaşayan və çətinliklərlə üzləşən Əqrəblər tezliklə əhəmiyyətli müsbət dəyişikliklər yaşayacaqlar. Astroloqların fikrincə, Əqrəblər şüuraltını idarə edən 12-ci evində Marsdan təsirləniblər. Bu, zehni yorğunluğa, yuxu problemlərinə və ümumi rifahın azalmasına səbəb oldu. Lakin sentyabrın 22-də Marsın Əqrəb bürcünə girdiyi andan etibarən ehtiras planeti öz əvvəlki enerji və gücünü bərpa edəcək. Əqrəblər çətinliklərin öhdəsindən gələcək və itirmiş kimi görünən motivasiyanı bərpa edə biləcəklər. Bu, onların həyatında yeni, əlverişli dövrün başlanğıcını qeyd edəcəkdir. Astroloqlar xəbərdar edir ki,…

Read More
Cəmiyyət 

Sərnişin sayından asılı olmayan nəqliyyat: Brutto modeli nə vəd edir?

Elməddin Muradlı: Bu, dövlətin ictimai nəqliyyata dəstəyini nəzərdə tutur və xidmətin fasiləsiz işləməsinə səbəb olur Son illərdə Avropa şəhərlərində ictimai nəqliyyat sistemlərinin idarə olunmasında ən çox müzakirə edilən modellərdən biri Brutto müqaviləsidir. Bu yanaşma ənənəvi daşıma prinsiplərindən fərqli olaraq maliyyə münasibətlərini və məsuliyyət bölgüsünü tamamilə dəyişir. Mahiyyət etibarilə sərnişinlərin ödədiyi gediş haqqı birbaşa daşıyıcıya deyil, sifarişçiyə — adətən dövlət qurumuna və ya bələdiyyəyə yönəlir. Daşıyıcı şirkət isə yalnız müqavilədə nəzərdə tutulan xidmət həcmi və keyfiyyətinə görə sabit ödəniş alır. Beləliklə, bütün maliyyə riskləri əsasən dövlətin üzərinə düşür, daşıyıcı isə diqqətini yalnız…

Read More
Gündəm 

Ərazi bütövlüyümüzün bərpasında, suverenliyimizin möhkəmlənməsində yeni tarixin başlanğıcı

Müharibəni təhrik edən əsas amillərdən biri beynəlxalq təşkilatların “ikili standartlar” siyasəti oldu. Münaqişəsinin nizamlanması üçün 1992-ci il 24 mart tarixində təsis olunmuş ATƏM-in (indiki ATƏT) Minsk qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilmiş və beynəlxalq qətnamələr kağız üzərində qalmışdır. Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır. Birləşmiş Millətlər Təşkilatı (BMT) işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla…

Read More
Gündəm 

Qəhrəmanlıq tariximizin şanlı səhifəsi

Qələbəmizi bizə bəxş edən şəhidlərimizin müqəddəs xatirəsi, şücaəti xalqımızın yaddaşında əbədi yaşayacaq Rəsmi İrəvanın uzun illər həyata keçirdiyi işğalçı və saxtakar siyasət nəticə etibarilə müharibəni qaçılmaz etdi. Qarabağa ermənilərin çar Rusiyası dövründə köçürülməsindən başlayaraq xalqımıza qarşı düşmənçilik siyasəti yürüdülmüş, azərbaycanlılar öz dədə-baba yurdlarında sıxışdırılaraq torpaqlarından qovulmuş, toponimlər dəyişdirilmişdir. XX əsrin əvvəllərində Daşnaksutyun partiyasının ifrat millətçi xətti əsasında baş verən qırğınlar xalqımızın yaddaşında silinməz izlər buraxmış, yüz minlərlə soydaşımız amansızcasına məhv edilmişdir. Sonrakı onilliklərdə də deportasiyalar davam etmiş, Ermənistan monoetnik dövlətə çevrilmiş, “dənizdən dənizə böyük Ermənistan” kimi sərsəm ideyalar regionda sabitliyi…

Read More
Gündəm 

27 sentyabr-Anım Günü: Milli birlik, həmrəylik rəmzi, qəhrəman şəhidlərimizə dərin ehtiramın ifadəsi

“Böyük Ermənistan” xülyası ilə yaşayan erməni millətçi-şovinistləri təxminən 200 il ərzində öz havadarlarının köməyi ilə Azərbaycan xalqına qarşı etnik təmizləmə, soyqırım siyasəti aparıblar. Məhz bu antibəşəri siyasətin nəticəsində azərbaycanlılar zaman-zaman öz tarixi torpaqlarından qovulub, qaçqına, didərginə, məcburi köçkünə çevrilib, kütləvi qırğınlara məruz qalıb. 1988-ci ildən başlayaraq Dağlıq Qarabağ ətrafında baş verənlər, erməni ideoloqlarının “dənizdən dənizə böyük Ermənistan” adlı sərsəm bir ideyanı reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnib. Xalqımıza qarşı ermənilərin törətdikləri kütləvi cinayətlərin bir həlqəsi olan,…

Read More
Gündəm 

Bir günlük lokal antiterror əməliyyatı sübut etdi ki…

Bəli, otuz ildən artıq idi bunları başa salmaq mümkün olmurdu ki, Qarabağ Azərbaycanındır. İki ayaqlarını bir başmağa soxub bizim torpaqlarımızı iddia edirdilər. Xüsusilə keşişlər və daşnaklar sadə hayların zehnini zəhərləyir, onları sağalmaz “erməni xəstəliyi”nə düçar edirdilər. Ona yoluxdurulanların sayı isə həndəsi silsilə ilə artırılırdı. Həmin zümrələr Sovet hökumətinə axralanaraq milli münaqişələr yaradır, sonra onları barışmaz  düşmənçiliyə çevirirdilər. Akademik Abel Aqanbekyanın Fransanın “Humanite” qəzetinə müsahibəsində elan etdiyi “Qarabağ Ermənistana birləşdirilməldir” cəfəng ideyası da bu məqsədlə irəli sürülmüşdü. Beləliklə, Azərbaycanın zəif olduğu bir vaxtda keçmiş SSRİ rəhbərliyindən hərbi-siyasi dəstək alan Ermənistan hücum…

Read More
Gündəm 

TRIPP bölgə üçün sərmayə, inkişaf və sabitliyin qarantı – Zəngəzur dəhlizi

Bu kommunikasiya xəttinin fəaliyyətə başlaması dünya ticarətində önəmli rol oynayan Orta Dəhlizin yükdaşıma dövriyyəsini artıracaq, Azərbaycanı dünya üçün tranzit ölkə kimi daha da tanıdacaq, ölkəmizə əlavə siyasi və iqtisadi dividendlər qazandıracaq Dünyaya sülh, əməkdaşlıq və tərəqqi gündəliyini təşviq edən Azərbaycan bu prosesdə seyrçi yox, dünya düzənini yenidən quran əsas aktorlardan biri kimi iştirak edir. Bu möhtəşəm uğuru səciyyələndirən isə iki əsas şərtdir: güclü lider və xalqın birliyi. Biz hər gün tarixin yeni yazılan parlaq səhifələrinə şahidlik etməkdəyik. Bu, bir həqiqətdir ki, Prezident İlham Əliyev Azərbaycanın yeni tarixini yaratmaqla kifayətlənmir, yeni…

Read More