Dünya 

Rusiya və İran AES-lərin tikintisi haqqında memorandum imzalayıb

Rusiya Tehranla İran ərazisində kiçik güclü atom stansiyalarının tikintisində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb. “Report”un məlumatına görə, bu barədə “Rosatom” korporasiyasında dövlət korporasiyasının baş direktoru Aleksey Lixaçev və İranın vitse-prezidenti Mohammad İslami arasında keçirilən görüş nəticəsində məlumat verilib. Məlumatda qeyd olunur ki, sənəd İranda bu strateji layihənin həyata keçirilməsinə yönəlmiş konkret addımları nəzərdə tutur. Görüş zamanı tərəflər cari layihələrin həyata keçirilməsinin gedişatını, eləcə də atom enerjisindən dinc məqsədlər üçün istifadə sahəsində əməkdaşlıq üçün perspektiv gündəliyi müzakirə ediblər.

Read More
Hadisə 

İmişlidə toyda zəhərlənənlərin əksəriyyəti xəstəxanadan evə buraxılıb

İmişlinin Muradxanlı kəndində toy mərasimində zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edənlərin əksəriyyəti evə buraxılıb. Bunu “Report”un Muğan bürosuna İmişli Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinin müdiri Ələddin Əliyev deyib. “Şübhə ehtimalını biz kolit və entrokolit əlamətləri ilə əlaqələndiririk. Burda ağır zəhərlənmə – botulizmə şübhə yoxdur. Müayinənin nəticəsini gözləyirik. Yeyilən qidalardan bizim həkim kimi şübhəmiz hazırlanmış salatdan zəhərlənmədir. Əksəriyyətinin vəziyyəti yaxşı olduğu üçün evə buraxılıb”, – şöbə müdiri bildirib. Qeyd edək ki, ötən gün baş tutan kiçik toy mərasimində iştirak etmiş 20 nəfər zəhərlənmə şübhəsi ilə bu gün rayon xəstəxanasına müraciət…

Read More
Region Xəbərləri 

YAP Bərdə rayon təşkilatında partiya veteranları ilə görüş keçirilib.

YAP Bərdə rayon təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində yubileyi tamam olan YAP veteranlari ilə görüş keçirilib. Görüşdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya YAP veteranlarını anadan olmalarının 70 və 80 illiyi münasibətilə təbrik edib. Bildirib ki, onlar təskilatımızdan YAP- ın ilk üzvü olmaqları ilə Ulu öndər Heydər Əliyev ideyalarına inam və ehtiramlarını nümayiş etdirmiş, daim öz xidmətləri ilə partiyaya sədaqət və bağlılıq nümunəsi göstərmişlər. Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının tövsiyəsinə uyğun olaraq Partiya ona 1993- cü ildə ilk üzv olanları unutmur və onlara qayğını daim diqqətdə saxlamağa çalışır.…

Read More
Region Xəbərləri 

Bərdə rayon İcra Hakimiyyəti başçısının Qarayusifli kəndində səyyar qəbul-görüşü keçirilib

Keçirilən görüşdə İcra Hakimiyyətinin başçısı, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və kənd sakinləri iştirak ediblər. Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatların, əhalinin rifah halının daha da yaxşılaşdırılması istiqamətində icra olunan layihələrin hər bir yaşayış məntəqəsini əhatə etdiyini vurğulayıb və Qarayusifli kəndində görülən işlər barədə vətəndaşlara ətraflı məlumat verib. Görülən işlərdən məmnunluqlarını bildirən sakinlərin daha sonra təklif və şikayətləri dinlənilib, elektrik şəbəkəsinin yenidən qurulması, 1 ədəd subartezian quyusunun qazılması, yeni…

Read More
Siyasət 

Nyu-Yorkda 6-cı Xəzər Biznes Forumu keçirildi – FOTOLAR

Nyu-Yorkda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Orta Dəhliz boyunca: bağlantı, maliyyə və enerji” mövzusuna həsr olunmuş 6-cı Xəzər Biznes Forumu keçirilib. ARANTV.AZ  AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Xəzər Siyasət Mərkəzinin direktoru Əfqan Nifti açılış nitqi ilə çıxış edərək son iki ayda Xəzər regionunda müşahidə olunan inkişafın diqqətəlayiq olduğunu deyib. O bildirib ki, bu inkişafa Ermənistan və Azərbaycan arasında çoxdan gözlənilən sülh sazişi, Orta Dəhlizin inkişafında irəliləyiş, müxtəlif qlobal donorların cəlb edilməsi və investisiya səviyyəsinin yüksəldilməsi daxildir. Əfqan Niftinin sözlərinə görə, ABŞ-nin dəstəyi ilə Ermənistan və Azərbaycan arasında imzalanmış saziş…

Read More
Siyasət 

Hikmət Hacıyev: Orta Dəhliz üzrə 50 milyon tondan çox yük artımı gözlənilir

Orta Dəhliz üzrə 50 milyon tondan çox yük artımı gözlənilir. Musavat.com-un məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nyu-Yorkda “Orta Dəhliz boyunca: bağlantı, maliyyə və enerji” mövzusunda 6-cı Xəzər Biznes Forumunda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, bu məqsədlə Azərbaycan əlavə investisiyalar yatırır. “Bakı Limanı ildə 25 milyon ton yükötürmə qabiliyyətinə malikdir və bu imkanların genişləndirilməsi istiqamətində də işlər aparılır”, – deyə Hikmət Hacıyev əlavə edib. O bildirib ki, 2020-ci ildən başlayaraq Bakıdan Zəngilan və Ermənistan sərhədinə qədər uzanan dəmir…

Read More
Hava 

Bu günə olan hava PROQNOZU

Bakıda və Abşeron yarımadasında sentyabrın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-17, gündüz 20-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir…

Read More