Siyasət 

Prezident: Azərbaycan TRIPP marşrutunun yaxın zamanlarda reallaşması üçün bütün səylərini səfərbər edib

Cari ilin 8 avqust tarixində Vaşinqtonda ABŞ Prezidenti cənab Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanmış birgə bəyannamə Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin edəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) əsasını qoydu. Musavat.com-un məlumatına görə, bu barədə Prezident İlham Əliyevin Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Orta dəhliz boyunca: bağlantı, maliyyə və enerji” mövzusuna həsr olunmuş 6-cı Xəzər Biznes Forumuna müraciətində deyilir. “İnanıram ki, Orta Dəhlizin növbəti mühüm seqmentinə çevriləcək TRIPP Asiyanı Avropa ilə birləşdirən, beynəlxalq yükdaşımalarının tranzit imkanlarının…

Read More
Siyasət 

Azərbaycan Prezidenti: Biz Orta Dəhlizi regional iqtisadi artım və inteqrasiyanın güclü katalizatoru qismində görürük

Biz Orta Dəhlizi regional iqtisadi artım və inteqrasiyanın güclü katalizatoru qismində görür, onu infrastrukturun, sənayenin və biznesin inkişafını stimullaşdıran, bölgədə sabitliyə və çiçəklənməyə töhfə verən mühüm amil olaraq qəbul edirik. Musavat.com-un məlumatına görə, bu fikirlər Prezident İlham Əliyevin Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Orta dəhliz boyunca: bağlantı, maliyyə və enerji” mövzusuna həsr olunmuş 6-cı Xəzər Biznes Forumuna müraciətində yer alıb. “İnanıram ki, bugünkü tədbir regional və qlobal inteqrasiyanın dərinləşdirilməsinə xidmət edən Orta Dəhliz və onun yaratdığı yeni imkanlar ətrafında faydalı fikir mübadiləsinin aparılmasına və yeni təşəbbüslərin irəli sürülməsinə töhfə…

Read More
Gündəm 

Azərbaycan və Ekvador XİN-ləri arasında siyasi məsləhətləşmələrə dair protokol imzalanıb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Ekvadorun xarici işlər və insan mobilliyi naziri Qabriella Sommerfeld ilə görüşüb. ARANTV.AZ xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial media hesabında paylaşım edilib. Bildirilib ki, nazirlər siyasi məsləhətləşmələrin gücləndirilməsi, iqtisadi və humanitar əməkdaşlığın şaxələndirilməsi, eləcə də BMT, Qoşulmama Hərəkatı və daha geniş beynəlxalq platformalar çərçivəsində daha sıx əməkdaşlığın təşviqi ilə bağlı fikir mübadiləsi aparıblar. Nazirlər “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Ekvador Respublikasının Xarici İşlər və İnsan Mobilliyi Nazirliyi arasında siyasi məsləhətləşmələrə dair Protokol”u…

Read More
Gündəm 

Tərəvəz bazarında vəziyyət necədir? – qiymətlər – VİDEO

Son günlər havaların qeyri-sabit keçməsi bazarlardakı qiymətlərə də təsir edib. Tərəvəz bolluğu yaşansa da, qiymətlər alıcıların ürəyincə deyil. ARANTV.AZ  Xəzər TV-yə istinadən bildirir ki, satıcılar deyirlər ki, son 10 gündə bəzi məhsulların qiymətində 50 faizə yaxın bahalaşma var. Buna səbəb isə havaların qeyri-sabit keçməsidir. Satıcıların sözlərinə görə, qiymət artımının başqa bir səbəbi isə turşu mövsümü ilə bağlıdır. Tərəvəzlərdən kələm və bibərin qiymətində isə artım olmadığı bildirildi. Son günlər qiymətlərdə artım olsa da, bazarda alıcılar kifayət qədərdir. Satıcılar bildirirlər ki, bir müddət sonra qiymətlərin nisbətən enəcəyi gözlənilir. Daha ətraflı videomaterialı təqdim…

Read More
Gündəm 

İlham Əliyev: Son üç ildə Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımalarının həcmi təxminən 90 faiz artıb

Azərbaycan Orta Dəhliz üzərində yerləşən nəqliyyat infrastrukturuna, xüsusilə də dəniz limanına, gəmiqayırma zavoduna, dəmir yolu və digər logistik infrastruktura böyük investisiyalar yatırıb. ARANTV.AZ  xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Orta dəhliz boyunca: bağlantı, maliyyə və enerji” mövzusuna həsr olunmuş 6-cı Xəzər Biznes Forumunun iştirakçılarına müraciətində deyilir. Qeyd olunub ki, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Xəzər yük donanması – bütün bunlar Orta Dəhlizin funksionallığını təmin edən vacib nəqliyyat infrastrukturlarıdır. “Orta Dəhlizin Azərbaycan seqmentində infrastrukturun təkmilləşdirilməsi, rəqəmsallaşdırılması, modernləşdirilməsi və ötürücülük qabiliyyətinin…

Read More
Şou biznes 

Efirdə açıq-saçıq geyinənləri tənqid etdi – “Gizli yer saxlayın”

“Televiziyada çox şey var ki, məni qane etmir. Bir tanınmış aparıcı Azərbaycan sözünü düzgün tələffüz etmədi. Adını çəkmək istəmirəm. Azərbaycan sözünü tələffüz edə bilmirsənsə, sən necə aparıcı olmusan? Bir kanalın həm aparıcısı, həm də böyüyüdür”. Bu sözləri tanınmış diktor Tamilla Ələkbərova “Elgizlə izlə” verilişində deyib. O, verilişlərə açıq-saçıq geyimdə gələnlərə də səslənib: “Mən çox açıq-saçıq geyimləri qəbul etmirəm. Hardasa müğənniləri başa düşürəm. Amma bir balaca gizlin yer saxlayın, sizə baxan desin ki, “Görəsən, o tərəfdə nə var?”. Tikdirdəndə deyirlər ki, paltarı bu formada et. Rəhmətlik Xalq artisti İlhamə Quliyevanın canlı…

Read More
Maraqlı 

Ulduzlar bu 3 BÜRCÜ seçdi – 2026-nın şanslıları

Astroloqların proqnozlarına əsasən, 2026-cı il bəzi bürclər üçün dönüş nöqtəsi olacaq. Ulduzlar bu bürclərə həm şəxsi həyatda, həm də karyera sahəsində böyük dəstək və uğur vəd edir. Xüsusilə üç bürc nümayəndəsi üçün qarşıdakı il yeni imkanlarla dolu olacaq. Sözügedən bürcləri təqdim edirik: Əqrəb – Dəyişikliklər ili 2026-cı ildə Əqrəbləri ciddi dəyişikliklər gözləyir. Bu bürcün nümayəndələri uzun müddətdir üzərində çalışdıqları məqsədlərə çatmaq üçün əla fürsətlər əldə edəcəklər. Peşəkar sahədə irəliləyiş, rəhbərliklə münasibətlərdə düzəlmə və yeni layihələr mümkündür. Şəxsi həyatda isə yeni münasibətlər və ya ailə qurmaq ehtimalı yüksəkdir. Əqrəblər daxili güclərini…

Read More
Gündəm 

Suverenliyin və ədalətin təntənəsi

Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri – 19–20 sentyabr 2023-cü il antiterror əməliyyatının icrasından bu gün iki il keçir. Cəmi 24 saat davam edən bu qətiyyətli hərbi əməliyyat nəticəsində Qarabağda qondarma rejim ləğv olundu, Ermənistan ordusunun qanunsuz silahlı birləşmələri məhv edildi, Azərbaycanın dövlət suverenliyi tam bərpa olundu. Terrora qarşı cavab – haqqın və ədalətin bərpası Əməliyyatın başlanmasına səbəb 2023-cü il sentyabrın 19-da erməni silahlı birləşmələrinin törətdiyi növbəti terror aktı oldu. Mina partlayışı nəticəsində iki mülki şəxs daxil olmaqla altı Azərbaycan vətəndaşı şəhid oldu. Bu, Ermənistanın İkinci Qarabağ müharibəsindən sonra törətdiyi…

Read More
Gündəm 

Azərbaycanın qlobal kapitala açılan qapısı – ANALİTİKA

Azərbaycan son illərdə regionun iqtisadi və siyasi həyatında mühüm oyunçu kimi, etibarlı tərəfdaş mövqeyini möhkəmləndirərək, sabitlik və etimad mənbəyinə çevrilib. Cənubi Qafqazın ən iri iqtisadiyyatı olan ölkə enerji resursları ilə yanaşı, həm də strateji coğrafi mövqeyi, regional nəqliyyat-logistika təşəbbüslərində aparıcı rolu və dayanıqlı inkişaf gündəliyi ilə beynəlxalq diqqəti öz üzərinə cəlb edir. Azərbaycanın xarici siyasəti iqtisadi diplomatiya ilə vəhdət təşkil edir: ölkə həm Şərq, həm də Qərb bazarları üçün etibarlı tərəfdaş, tranzit qovşağı və sərmayə üçün əlverişli məkan kimi mövqeyini möhkəmləndirir. Sabit siyasi mühit, müasir infrastruktur layihələri, biznes fəaliyyətinin asanlaşdırılması…

Read More
Gündəm 

“Gülsüm Əliyevanın həkim olmadığı, saxtakarlığı sübut edildi”

“Məlumat üçün bildirirəm ki, həkim geyimini qanunsuz olaraq istifadə edib, özünü həkim kimi göstərən, ictimaiyyəti aldadan Gülsüm Əliyevaya daha bir məhkəmə prosesində qalib gəlmişəm. Saxta yollarla özünü həkim adlandıran Gülsüm Əliyeva məni məhkəməyə vermişdi ki, guya mən ona böhtan atmışam və o heç bir saxtakarlıq etməyib. Amma faktlar tamamilə əksini göstərir. Onun saxta şəkildə həkim adı ilə çıxış etməsi, gah kosmetoloq, gah da həkim adı ilə əhaliyə tibbi müdaxilələr etməsi sübuta yetirilib”. Axşam.az xəbər verir ki, bu sözləri ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova sosial şəbəkədə yazıb. O bildirib ki, “VMR…

Read More