Qəhvə ilə bağlı mif dağıdıldı
Uşaqların gündəlik kofein qəbulu onların diqqətinə və beyin fəaliyyətinə nəzərəçarpacaq təsir göstərmir. Bu barədə ABŞ alimləri yeni araşdırma aparıblar. Nəticələr “PLOS One” jurnalında dərc olunub. Kofein böyüklərdə diqqət və düşüncə ilə bağlı əsas beyin şəbəkələrinin fəaliyyətini dəyişə bilən stimulyator kimi tanınır. Xüsusilə, o, daxili düşüncələrə cavabdeh “passiv rejim” şəbəkəsi ilə xarici tapşırıqlara fokuslanmanı təmin edən dorsal diqqət şəbəkəsinin fəaliyyətini tənzimləyir. Normal halda bu şəbəkələr “qarşı fazada” işləyir. Yəni, biri aktiv olanda digəri sakitləşir, və bu balans diqqət üçün vacib hesab olunur. Tədqiqatçılar ABŞ-də ən böyük layihələrdən biri olan “Adolescent Brain…
Read More