Hadisə 

Gizir “Xanı”nın minaya düşdüyü ərazidən görüntülər- Video

Xəbər verdiyimiz kimi, kəşfiyyatçı “Xanı” kimi tanınan Səyyaf Əhmədov Ağdamda minaya düşərək həlak olub.  Hadisə Mirəşelli kəndində minalardan təmizlənməmiş qəbiristanlıq ərazisində baş verib. Bir az əvvəl Səyyaf Əhmədovun nəşi ANAMA əməkdaşları tərəfindən keçmiş neytral ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə yerindən görüntüləri təqdim edirik: Qafqazinfo.az

Read More
Gündəm 

“Əziz qardaşım İlham Əliyevi təbrik edirəm”

“Ermənistan-Azərbaycan arasında illərlə davam edən münaqişə ilə bağlı tərəflərə mövqeyimizi aydın şəkildə bildirmişik”. Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda keçirilən 80-ci BMT Baş Assambleyasında çıxışında bildirib: “Avqustun 8-i ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında paraflanan dayanıqlı sülh sazişini yüksək qiymətləndiririk. Bu münasibətlə bir daha buradan Azərbaycan Prezidenti, əziz qardaşım İlham Əliyevi, ABŞ lideri Donald Trampı və Ermənistan Baş naziri Nikol Paşinyanı təbrik edirəm”. R.T.Ərdoğan deyib ki, bununla əlaqədər Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi davam edəcək.

Read More
Cəmiyyət 

Yeni marşrut avtobusu açılır- Gedişhaqqı 50 qəpik

Sabahdan yeni marşrut avtobusu fəaliyyətə başlayır. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, 340 nömrəli müntəzəm marşrut avtobusu Binə qəsəbəsinin Əli İsazadə küçəsini Mərdəkan qəsəbəsinin Hacı Zeynalabdin Tağıyev küçəsi ilə əlaqələndirəcək. “ÇinarTrans” MMC-yə məxsus 10 ortatutumlu avtobus 10 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərəcək. Marşrutda gedişhaqqı 0,50 qəpik təşkil edir. Avtobuslarda ödəniş nağdsız qaydadadır.

Read More
Hadisə 

İsmayıllıda avtomobil aşdı – Ölən var

İsmayıllıda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Kürdeldarbəyli və Gideyli kəndləri arasında qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü, 35 yaşlı Gideyli kənd sakini Seymur Məmmədli aldığı xəsarətlərdən hadisə yerində ölüb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Read More
Cəmiyyət 

AQTA: Qida ilə təmasda olan plastik qabların istehsalında bəzi kimyəvi maddələrin istifadəsi qadağandır

2025-ci il avqustun 20-dən qüvvəyə minən “Qida məhsulları ilə təmasda olan material və məmulatlara dair sanitariya norma və qaydaları”na əsasən, istehsalçı və idxalçı müəssisələr qida ilə təmasda olan bütün material və məmulatların yeni təsdiq edilmiş sanitariya norma və qaydalarına tam uyğunluğunu təmin etməlidirlər. AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib. Bildirilib ki, plastik qablar, örtüklər və yapışqanlar hazırlanarkən bəzi zərərli kimyəvi maddələrin istifadəsi qadağandır, çünki onlar qidaya keçə və sağlamlığa mənfi təsir göstərə bilər. Digər bəzi reaktiv maddələr üçün…

Read More
Gündəm 

Önəmli siyasi indikator

Mühüm nailiyyətlərin, sadəcə, qorunması üçün yox, növbəti inkişaf mərhələsinə yumşaq keçidin təmin olunmasında əldə olunmuş uğurlardan səmərəli platforma kimi istifadə etmək məsələsi rasional və peşəkar yanaşmanın təzahürüdür. Qeyd olunan yanaşma istisnasız olaraq ictimai-siyasi münasibətlərin bütün istiqamətlərinə şamil oluna bilər. Heç şübhəsiz ki, ictimai-siyasi münasibətlər müstəvisində əldə olunmuş ən önəmli və strateji əhəmiyyətli nailiyyət isə cəmiyyətdə milli həmrəylik mühitinin bərqərar olunmasıdır. Mövcud kontekstdə prinsipial amil ondan ibarətdir ki, milli həmrəylik mühitinin bərqərar olunması prosesində Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar mühüm rol oynayıb. Bu fikirlər politoloq Asif Adilin “Önəmli siyasi indikator” sərlövhəli…

Read More
Gündəm 

Diqqət okeanın o tayına: dünya nəhəngləri Qalib Liderlə görüşə can atır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində işgüzar səfər edib. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Nyu-York şəhərinin “John F.Kennedy” Beynəlxalq Hava Limanında rəsmi şəxslər qarşılayıblar. Böyük ehtiramla qarşılanmadan az sonra artıq cənab Prezidentin görüşlər keçirməsi ilə bağlı rəsmi xəbərlər yayıldı. Bu barədə bir az sonra… Prezident İlham Əliyevin BMT Baş Assambleyasının sessiyasında iştirak etməkdən ötrü Nyu-Yorka səfər etməsi xəbərini oxuyan anda gözlərimin qarşısına 5 il öncə baş verənlər gəldi. İlk olaraq Azərbaycan Prezidentinin pandemiya və işğalla mübarizə…

Read More
Siyasət 

Prezident və Birinci xanım BMT-nin mənzil qərargahına gəldilərVİDEO

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən yüksəksəviyyəli müzakirələrdə iştirak etmək üçün BMT-nin Nyu-Yorkda yerləşən mənzil qərargahına gəliblər. ARANTV.AZ xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş dövlət başçısı İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı salamlayıb.

Read More