Gündəm 

SON DƏQİQƏ: Xocalı canisi Babayana HÖKM OXUNDU

Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunur. Musavat.com-un xəbərinə görə, qeyd edilib ki, təqsirləndirilən Madat Babayanın ömürlük azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutan cinayətlərin törədilməsində ittiham olunmasına və həmin ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirilməsinə baxmayaraq, yekun məhkəmə qərarı, yəni hökm çıxarılanadək həmin təqsirləndirilən şəxs 65 yaşına çatdığı üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə əsasən ona ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilə bilməz. Hökmə əsasən təqsirləndirilən M.Babayan qəti olaraq 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Xatırladaq ki, dövlət ittihamını müdafiə edən prokurorlar…

Read More
Siyasət 

Prezidentin BƏƏ səfəri başa çatdı

Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri fevralın 5-də başa çatıb. Musavat.com xəbər verir ki, Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi Əbu-Dabi Əmirliyinin İcraiyyə Şurasının üzvü, Əbu-Dabi İnvestisiya Holdinqinin prezidenti Şeyx Hamid bin Zayed Al Nəhyan və digər rəsmi şəxslər yola salıblar.

Read More
Hava 

Hava ilə bağlı XƏBƏRDARLIQ: Fevralın 6-da…

Fevralın 6-da ölkə ərazisində gecə və səhər saatlarında dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir. Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Read More
Siyasət 

Leyla Əliyeva əfqanıstanlı fəal Zarqa Yaftalı ilə görüşüb

Fevralın 5-də Leyla Əliyeva Əbu-Dabidə əfqanıstanlı qadın hüquqları fəalı və tədqiqatçısı Zarqa Yaftalı ilə görüşüb. Musavat.com xəbər verir ki, söhbət zamanı Heydər Əliyev Fondunun uzun illərdir maarifləndirmə, səhiyyə və sosial dəstək sahələrində əhəmiyyətli layihələr həyata keçirdiyi, həm regionda, həm də beynəlxalq səviyyədə əhalinin həssas təbəqələri üçün bərabər imkanların yaradılmasına kömək etdiyi barədə məlumat verildi. Eyni zamanda, Heydər Əliyev Fondu ilə Zərqa Yaftalinin rəhbərlik etdiyi Qadınlar və Uşaqlar üzrə Hüquqi Araşdırmalar Fondu arasında əməkdaşlıq imkanlarına toxunuldu, bu fondun fəaliyyətinin 100 mindən çox qadın və uşağın təhsilə, həmçinin hüquqi müdafiəyə çıxışını təmin etdiyi…

Read More
Gündəm 

Azərbaycan cəzasızlıq mühitini dağıdır – Bu gün söz yox, hökm danışır

Azərbaycan Vətən müharibəsindən başlayaraq, təkcə hərbi və siyasi qələbə əldə etmədi, eyni zamanda, ölkə beynəlxalq münasibətlər tarixində nadir rast gəlinən bir presedent yaratdı. Öz ərazi bütövlüyünü və tam suverenliyini heç bir xarici hərbi yardım olmadan bərpa edən Azərbaycan, eyni zamanda xalqımıza qarşı insanlıq əleyhinə və müharibə cinayətləri törətməkdə ittiham olunan şəxsləri ədalət mühakiməsi qarşısına çıxarmağa nail oldu. Artıq bu prosesin də sonuna yaxınlaşdıq. Belə ki, fevralın 5-də Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən ermənilərə hökm oxunacaq. Artıq bu, təkcə hüquqi proses deyil, dövlət iradəsinin, milli ədalətin…

Read More
Cəmiyyət 

Şəhər quruculuğu YENİ MƏRHƏLƏDƏ

QHT sədri: 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi Azərbaycan dövlətinin uzunmüddətli inkişaf strategiyasının məntiqi davamıdır Ərazilərin planlı inkişafı, şəhər mühitinin keyfiyyətinin yüksəldilməsi və insan amilinin urbanizasiya siyasətində əsas meyara çevrilməsi bu gün Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyevin 2026-cı ili Azərbyacanda “Şəhərsalma və Memarlıq İli” elan etməsi də məhz bu yanaşmanın strateji səviyyədə təsdiqi, postmünaqişə dövründə ölkənin yeni inkişaf mərhələsinə keçidinin ideoloji və praktik ifadəsidir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesləri fonunda bu qərar şəhərsalmanın təkcə texniki deyil, sosial, mədəni…

Read More
Cəmiyyət 

Bakıda davam edən güclü külək hansı fəsadlara yol açıb?

İki gün ərzində Bakı şəhərində davam edən şiddətli külək nəticəsində ümumilikdə 78 ağac sınıb. Bu barədə Musavat.com-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib. Bildirilib ki, eyni zamanda 40 ağacın budaqlarının qırılması qeydə alınıb. Birliyin növbətçi briqadaları sınan ağaclar və qırılan budaqları götürərək ərazini təmizləyiblər.

Read More
Gündəm 

Tehrandan Azərbaycana HƏDƏ – Xameneinin müşaviri YENƏ çaşdı

İranın ali dini liderinin müşaviri Əli Şamxani “Əl-Mayadin”ə geniş müsahibəsində Azərbaycanı təhdid edib. ABŞ-ın İrana hücum ehtimalından danışan Şamxani müxbirin İranın Körfəz və ya Azərbaycan da daxil olmaqla, bölgədəki bütün ABŞ bazalarına zərbə endirib-endirməyəcəyi ilə bağlı suala Şamxani belə cavab verib: “Əvvəlki müharibə zamanı İranın qeyd olunan bəzi ərazilərdən təhdid edildiyini göstərən dəqiq məlumatlara malik idik. Artıq səbirli olmaq lazım deyil. Bölgədəki bəzi tərəflərə təmkin göstərməyəcəyimizi bildirdik və digərlərini sənədləşdirilmiş şəkildə məlumatlandırmaq niyyətindəyik” (Axar.az). Qeyd edək ki, nəinki ABŞ-ın, heç bir ölkənin Azərbaycanda hərbi bazası yoxdur. Bunu Azərbaycanın qonşusu olan…

Read More