Hava 

Bu günün havası ilə bağlı XƏBƏRDARLIQ – Bakıda qar, çovğun…

Bu gün Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Musavat.com xəbər verir ki, havanın temperaturu gecə və gündüz 1-5 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6, gündüz 7-12 dərəcə isti, dağlarda gecə və gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Read More
Cəmiyyət 

Bakını “CƏRİMƏ BATALYONU”NA çevirən qurum – turistlər də narazıdır

2025-ci ildə Azərbaycana ümumilikdə 189 ölkədən 2 milyon 570,2 min əcnəbi və vətəndaşlığı olmayan şəxs səfər edib. Bu rəqəm 2024-cü illə müqayisədə 2,1 faiz azalma deməkdir. Turizm statistikasındakı bu geriləmənin səbəblərindən biri isə ölkəyə gələn qonaqların nəqliyyat sistemindən narazı qalmasıdır. Rəsmi məlumatlara görə, Azərbaycana gələn turistlərin ən çox şikayət etdiyi sahə avtobusla sərnişindaşıma xidmətidir. Bu xidmətlə bağlı 35 823 turist narazılığını qeyd edib. Metro nəqliyyatı üzrə narazılıq bildirənlərin sayı isə 14 412 nəfər olub ki, bu da əvvəlki illə müqayisədə 6 faiz artım deməkdir. Mütəxəssislər bildirir ki, ölkədə nəqliyyat sahəsində…

Read More
Təhsil 

Müəllimlər bu halda işdən çıxarıla bilər

Azərbaycan qanunvericiliyinə görə müəllimlərin də daxil olduğu bütün əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə tənzimlənir. Bu məcəlləyə əsasən, əmək müqaviləsi yalnız müəyyən hüquqi əsaslar olduqda xitam verilə bilər. Musavat.com metbuat.az-a isinadla bildirir ki, müəllimlərlə bağlanan əmək müqaviləsi aşağıdakı hallarda dayandırıla bilər: müəllimin öz təşəbbüsü ilə işdən çıxmaq istəməsi; əmək müqaviləsinin müddətinin başa çatması; tərəflərin qarşılıqlı razılığı; müəssisənin ləğvi və ya ştat ixtisarı; tərəflərin iradəsindən asılı olmayan hallar. Bu hallar istisna olmaqla, müəllimin işdən çıxarılması qanunsuz hesab olunur. Bəs işəgötürənin təşəbbüsü ilə işdən azad etmə hansı hallarda mümkündür? Əmək Məcəlləsi işəgötürənə…

Read More
Siyasət 

Prezident İlham Əliyev paylaşım etdi – FOTO

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə təltif olunması ilə bağlı paylaşım edib. Musavat.com xəbər verir ki, paylaşımda deyilir: “Bu mükafata görə münsiflər heyətinə dərin minnətdarlığımı bildirmək istəyirəm. Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülmək mənim üçün böyük şərəfdir”.

Read More
Siyasət 

Dünya İlham Əliyevin sülh yolunu QƏBUL edir – Qalib liderin…

Prezident İlham Əliyevin 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi Azərbaycan dövlət başçısının beynəlxalq müstəvidə formalaşmış siyasi nüfuzunun və etibarlı lider imicinin növbəti təsdiqidir. Bu mükafat Cənubi Qafqazda uzun illər davam etmiş münaqişənin sülh yolu ilə həllinə, regional sabitliyin möhkəmləndirilməsinə və dialoq əsaslı siyasətin irəli aparılmasına verilən yüksək beynəlxalq qiymət kimi dəyərləndirilə bilər. Eyni zamanda, bu təltif Azərbaycanın humanitar dəyərlərə söykənən, praqmatik və məsuliyyətli dövlət siyasətinin qlobal miqyasda qəbul olunduğunu göstərir. Milli Məclisin deputatı Elçin Mirzəbəyli Musavat.com bildirdi ki, Prezident İlham Əliyevin 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı…

Read More
Cəmiyyət 

Şərurun dağlıq ərazisində biotexniki tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Şərur rayonunun dağlıq ərazisində çöl heyvanlarının qida maddələrinə olan təlabatının qismən ödənilməsi məqsədilə biotexniki tədbir keçirilib. Nazirliyin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, tədbir çərçivəsində çöl heyvanlarının sıx məskunlaşdığı, eyni zamanda, qalın qar örtüyünün müşahidə olunduğu “Billava” adlanan əraziyə 30 kip qaba yem və 150 kiloqram daşduz dağıdılıb. Fauna ehtiyatlarının mühafizəsi və artırılması məqsədilə keçirilən biotexniki tədbirlərin zərurət yarandığı digər ərazilərdə də davam etdirilməsi nəzərdə tutulur.

Read More
Siyasət 

Prezident Paşinyanla zarafatlaşdı – “İlk kim çıxış edəcək?”VİDEO

Hazırda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilir. Prezident İlham Əliyev tədbirdə iştirak edir. Azərbaycan lideri çıxışına başlamazdan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə səhnəyə dəvət alarkən səmimi zarafat edib: “Biz indi razılığa gəlməliyik ki, ilk kim çıxış edəcək?”/Qafqazinfo.az/

Read More
Siyasət 

Prezident: Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq

Bu aylar ərzində (Vaşinqton Sammitindən ötən müddətdə – red.) biz öz münasibətlərimizin inkişafına töhfə verdik. Biz nəinki Azərbaycan ərazisindən Ermənistana nəqliyyat və daşımalarla bağlı məhdudiyyətləri aradan qaldırdıq, eyni zamanda, digər sahələrdə işbirliyini genişləndirdik. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində bildirib. “Bu altı ay ərzində biz əməkdaşlığa başladıq. Hazırda biz ticari münasibətlərimizi artırırıq və ermənistanlı həmkarımla görüşümüz zamanı irəliyə doğru necə getməli olduğumuzu müzakirə etdik”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Read More
Siyasət 

İlham Əliyev Əbu-Dabidə mühüm tədbirdəFOTOVİDEOYENİLƏNİB

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilir. Musavat.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir. Əvvəlcə Birləşmiş Ərəb Əmirliklərinin himni səsləndirilib. “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə bağlı videoçarx nümayiş etdirilib. Sonra Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam çıxış edib. Mərasimdə Prezident İlham Əliyev çıxış edib. Daha sonra Ermənistanın Baş naziri Nikol Paşinyan çıxış edib. Tədbirdə əfqanıstanlı qadın hüquqları fəalı və tədqiqatçısı, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın digər laureatı Zarqa Yaftalı çıxış edib. Mərasimdə, həmçinin “Taavon” Fələstin təşkilatı adından Nabil Qaddumi çıxış…

Read More
Siyasət 

Paşinyan: Sülh hər bir kəsə lazımdır

“Zayed İnsan Qardaşlığı Mükafatı” xalqlarımızın əldə etdiyi nailiyyətlərə verilən qiymətdir. Həmçinin bizim iradəmizi, gələcəyə yönələn baxışlarımızı göstərir. Musavat.com xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində bildirib. “Biz bundan sonra düşünməliyik ki, dəyişikliklər edə və öz xalqlarımız üçün əmin-aman gələcəyi təmin edə bilərik”, – deyən Ermənistanın Baş naziri diqqətə çatdırıb ki, bu istiqamətdə atılan addımlar etimada əsaslanır. “Sülh hər bir kəsə lazımdır”, – deyə o əlavə edib.

Read More