Siyasət 

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edibFOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib. Musavat.com xəbər verir ki, dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. 20 Yanvar hadisələri Azərbaycan xalqının tarixinə həm faciəli, kədərli, həm də qəhrəmanlıq, rəşadət səhifəsi kimi daxil olub, müstəqillik, azadlıq uğrunda mübarizənin və yenilməz iradənin rəmzinə çevrilib. 36 il əvvəl doğma Vətəninin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən üstün tutan Azərbaycanın mərd övladları həmin qanlı gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Həmin gün Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda…

Read More
Gündəm 

Məhkəmələr sözün niyyətinə qiymət verəcək – Mətbuat “korrupsioner məmurun oğlu” yazanda ehtiyatlı olmalıdır

Ali Məhkəmənin 24 dekabr 2025-ci il tarixli Plenum qərarı ilk baxışdan şəxsiyyət hüquqlarının müdafiəsində mühüm irəliləyiş kimi görünür. Lakin hüququn hər yeni “müdafiə mexanizmi” eyni zamanda başqa bir azadlığın sərhədlərinə toxunduqda, qaçılmaz suallar ortaya çıxır. Bu qərar insan ləyaqətini qoruyarkən, söz və tənqid azadlığını nə dərəcədə təhlükə altına salır? Mətbuat bu qərardan necə təsirlənəcək? Azərbaycan reallığında məhkəmələr uzun illər informasiya və fikir azadlığını deyil, daha çox “zərər görmüş reputasiya” arqumentini üstün tutan yanaşmaya görə tənqid olunur. Belə bir yanaşma ortada ikən Plenumun şəxsiyyət hüquqlarını “canlı institut” kimi geniş şərh etməsi,…

Read More
Cəmiyyət 

Bakının bu ərazisində su olmayacaq

Sabah Keşlə qəsəbəsində su kəsiləcək. Musavat.com xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, Keşlə qəsəbəsinin bir hissəsini içməli su ilə təmin edən magistral su xəttinin qəzalı hissəsinin dəyişdirilməsi ilə bağlı görüləcək işlər çərçivəsində 19.01.2026-cı il tarixində gün ərzində həmin ərazinin su təchizatında müvəqqəti fasilə yaranacaq.

Read More
Cəmiyyət 

Onlar Azərbaycan Yazıçılar Birliyindən xaric ediləcək

“Hazırda yazıçıların ödənişi davam edir və son günlər bu sahədə canlanma müşahidə olunur”. Bunu Musavat.com-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətinin rəhbəri Xəyal Rza bildirib. O, yazıçıların üzvlük haqqı ilə bağlı danışarkən qeyd edib ki, Birlikdən xaric olunma xəbərdarlığından sonra bəzi yazıçılar ödənişlərini həyata keçiriblər: “Mənim əlimdə tam statistika yoxdur, amma ödənişlər artıq başlayıb. Biz üzvlərimizi məsuliyyətsizlikdə günahlandırmırıq. Onlardan bəziləri müəyyən səbəblərdən ödəniş etməyib, bəziləri isə sadəcə unutmuşdu. Bu günlərdə bir çox yazıçı gəlir və ödənişlərini həyata keçirir. Fevralın 1-dək müddət var, ondan sonra konkret qərar veriləcək. Siyahıda tanınmış imzalar da mövcuddur.…

Read More
Cəmiyyət 

DYP bölgələrə səfər edən və hərəkətdə olan sürücülərə xəbərdarlıq edib

Hazırda ölkənin bir sıra bölgələrində müşahidə olunan qar yağışı və şaxtalı hava şəraiti avtomobil yollarında hərəkəti xeyli çətinləşdirir. Musavat.com xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bununla bağlı sürücülərə müraciət edib. Bildirilib ki, sürüşkən yol örtüyü, məhdud görünüş məsafəsi və qəfil hava dəyişiklikləri yol-nəqliyyat hadisələri riskini artırır. Təhlillər göstərir ki, qarlı hava şəraitində baş verən qəzaların əsas səbəblərindən biri mövsümə uyğun olmayan və aşınmış şinlərdən istifadədir. Bu səbəbdən sürücülərdən xahiş edirik: Zərurət olmadıqca uzunməsafəli və dağlıq ərazilərə səfərlərdən çəkinin; Nəqliyyat vasitələrinin texniki sazlığını, xüsusilə şinlərin qış mövsümünə uyğunluğunu, diş…

Read More
Hava 

Qar, yağış, duman…- Faktiki hava

Yanvarın 18-i saat 17:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə sulu qar, qar yağır. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a məlumat verilib. Belə ki, hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda Bərdə, Tərtər, Mingəçevir, Göyçay, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Beyləqan, Hacıqabul, Yardımlı, Lənkəran və Ağdamda yağış, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Xızı, Quba, Qusar, Xaltan, Şabran, Lerikdə isə qar yağır. Daşkəsən, Qax, Şəki, Zaqatala, Şamaxı, Qusar, Qubada duman müşahidə…

Read More
Cəmiyyət 

Kəlbəcərdə uşaqların qar sevinci – VİDEO

Kəlbəcər şəhərində qar yağıb. Qarlı hava şəhərdə əsl qış ab-havası yaradıb, Kəlbəcərin dağlıq əraziləri, küçələri və yaşayış massivləri ağ örpəyə bürünüb. Musavat.com xəbər verir ki, qar yağışı ilə birlikdə havanın temperaturu aşağı düşüb, şəhərdə füsunkar qış mənzərələri yaranıb. Xüsusilə dağ yamaclarında və açıq ərazilərdə qar örtüyü daha qalın müşahidə olunur. Qar yağışı uşaqlar üçün isə əsl sevincə çevrilib. Qeyd edək ki, qarlı hava Kəlbəcərin təbii gözəlliyini daha da ön plana çıxarıb və bölgədə qışın özünəməxsus mənzərəsi formalaşıb.   Musavat.com

Read More
Cəmiyyət 

Şuşaya qar yağıb – FOTO

Şuşada qış özünü göstərib, şəhərə qar yağıb. Musavat.com xəbər verir ki, qar yağışı Şuşanın küçələrini, tarixi abidələrini və dağlıq ərazilərini ağ örpəyə bürüyüb. Şəhərdə qış mənzərəsi müşahidə olunur, hava temperaturu isə xeyli aşağı düşüb. Qeyd edək ki, qar yağışı Şuşanın təbii gözəlliyini daha da ön plana çıxarıb, burada füsunkar qış görüntüləri yaradıb.   Musavat.com

Read More
Cəmiyyət 

FHN: Şamaxı və Ağsuda zəlzələ nəticəsində dağıntı, insan xəsarəti barədə məlumat daxil olmayıb

Fövqəladə Hallar Nazirliyinə (FHN) Zəlzələ nəticəsində hər Şamaxı və Ağsuda hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb. “İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 18.01.2026-cı il tarixində yerli vaxtla saat 07:56-da Şamaxı-Ağsu sərhədində (Ağsu rayonunda) 3.8 maqnitudalı zəlzələ qeydə alınıb.

Read More
Hadisə 

Şəmkirdə ağır qəza – Ölən və xəsarət alan var

Şəmkirdə qəzada xəsarət alanlardan biri xəstəxanada ölüb. Həkimlərin səylərinə baxmayaraq ağır xəsarət alan 1985-ci il təvəllüdlü R.Süleymanovun həyatını xilas etmək mümkün olmayıb. Digər xəsarət alan 2001-ci il təvəllüdlü K.Məmmədovun vəziyyəti ağır olaraq qalır. Faktla bağlı araşdırma aparılır. *** Şəmkirdə minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var. Hadisə rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan “Hyundai Elantra” markalı minik avtomobili idarəetmədən çıxıb, yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində 1985-ci il təvəllüdü R.Süleymanov və 2001-ci il təvəllüdlü K.Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.…

Read More