Azərbaycanda dağıdıcı zəlzələ gözlənilir?-Seysmoloq açıqladı
Bu gün səhər saatlarında Şamaxı və Ağsu rayonlarının sərhədində, Pirqulu stansiyasından 12 kilometr cənubda 3,8 maqnitudalı zəlzələ baş verib. Zəlzələ ocağının dərinliyi 9 kilometr olub. Titrəyişlər episentrdə 4 bala qədər hiss edilib. Məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli Musavat.com-a açıqlama verib. O bildirib ki, qeydə alınan yeraltı təkanlar Yer daxilində gedən təbii dinamik proseslərin nəticəsidir:“Planetimiz canlı bir orqanizm kimidir. Onun daxilində də tektonik plitələrin və blokların hərəkəti baş verir. Bu bloklar daim hərəkətdədir, sakit və sabit vəziyyətdə qalmır. Buna…
Read More