Gündəm 

Hamilələrin məzuniyyəti ilə bağlı- Yeni dəyişiklik

Hamiləliyə və doğuşa görə əlavə məzuniyyət müəyyənləşdiriləcək. Bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Əmək Məcəlləsinə dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, hamiləliyə və doğuşa görə məzuniyyətin doğuşdan əvvəlki hissəsinin müddəti doğuş gözlənilən gündən uşağın doğulduğu günədək ötən günlər qədər ödənişli olaraq uzadılacaq və bu halda məzuniyyətin doğuşdan sonrakı hissəsi qısaldılmayacaq.

Read More
Cəmiyyət 

Bu sahələrdə çalışanların maaşı daha yüksək olub – RƏSMİ

2025-ci il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1,797 milyon nəfər olub, onlardan 869,0 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 928,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Musavat.com bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, muzdla işləyənlərin 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,2 faizi təhsil, 14,0 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7 faizi tikinti, 6,3 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi kənd təsərrüfatı,…

Read More
Cəmiyyət 

Hədə ilə işçini əlavə işlətmək qadağan edildi

Əmək müqaviləsində nəzərdə tutulan güzəşt və imtiyazlardan məhrum ediləcəyi hədə-qorxusu ilə işçini əlavə işi yerinə yetirməyə məcbur etmək qadağan edilib. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb. Qanuna əsasən, əmək müqaviləsində və ya kollektiv müqavilədə nəzərdə tutulmuş güzəşt və imtiyazlardan məhrum ediləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağan edilib.

Read More
Cəmiyyət 

İşçilər bu hallar aşkar edildikdə işdən çıxarılacaq

İşçinin işdən kənar edilməsinin əsaslarının siyahısı genişləndirilib. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb. Qanuna əsasən, işəgötürən aşağıdakı hallarda da mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə biləcək: işçi icbari tibbi müayinə ilə bağlı verilmiş tibbi rəydə əmək funksiyalarının yerinə yetirilməsinə əks göstərişlər aşkar edildikdə; müəyyən olunmuş qaydada əməyin mühafizəsi üzrə təlimdə iştirak etməkdən və biliyinin yoxlanılmasından boyun qaçırdıqda; əmək vəzifələrinin…

Read More
Gündəm 

Ət alarkən ehtiyatlı olun – Həyatınıza təhlükə ola bilər – AÇIQLAMA

“Ət zülalla zəngin və heyvan mənşəli qida olduğu üçün yüksək risk qrupuna aiddir. Buna görə də ət alarkən və istifadə edərkən bir sıra vacib məqamlara diqqət yetirilməlidir”. Musavat.com xəbər verir ki, bu sözləri Medialoq.az-a açıqlamasında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib. O bildirib ki, ət yalnız etibarlı və mənşəyi məlum olan satış yerlərindən alınmalıdır: “Əgər ət alarkən müvafiq arayışın təqdim olunması ilə bağlı çətinlik yaranırsa, bu, məhsulun keyfiyyəti ilə bağlı suallar doğura bilər. Eyni zamanda ətin kəsilmə və saxlanma şəraitinə xüsusi diqqət yetirilməlidir. Ət 2-4 dərəcə temperaturda…

Read More
Cəmiyyət 

İşçilərdən bu məlumatları məcburi tələb etmək mümkün olmayacaq

Əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlərlə bağlı qaydalarda dəyişiklik edilib. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb. Qanuna əsasən, işçinin əmək və sosial hüquqları ilə bağlı təminatlarının və güzəştlərinin təmin edilməsi məqsədilə əmək münasibətləri ilə əlaqəli digər sənədlər (himayəsində olan ailə üzvlərinin sayı, əlilliyi olan şəxs olması, müharibə veteranı, məcburi köçkün statusu və s. barədə) işçi tərəfindən könüllü olaraq təqdim olunacaq.

Read More
Cəmiyyət 

Məzuniyyətə çıxan işçilərin maaşının ödənilməsi ilə bağlı yeni QAYDA

Məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatı qaydalarında dəyişiklik edilib. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb. Qanuna əsasən, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda sonuncu əmək haqqından az olmamaqla orta əmək haqqı saxlanılacaq. Qeyd edək ki, daha əvvəl məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılırdı.

Read More
Cəmiyyət 

Rauf Vəliyev vəzifəsini niyə itirdi? — SENSASSİON DETALLAR

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Rauf Vəliyev 13 ilə yaxındır çalışdığı vəzifədən uzaqlaşdırıldı. Bu barədə yanvarın 16-da Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, R.Vəliyev işdən çıxarılıb. Musavat.com “Yeni Sabah”a istinadən xəbər verir ki, sabiq sədrlə bağlı mətbuatda tez-tez şikayət və korrupsiya iddiaları dolaşdırdı. Şikayətlər əsasən, pul qarşılığında işə götürmə və işçilərin hüquqlarının tapdalanması ilə bağlı idi. Mətbuatda Xəzər Dəniz Gəmiçiliyində hökm sürən neqativ hallar barədə yetərincə məlumatlar getsə də R.Vəliyev susmağa üstünlük verirdi. Məsələn, Sumqayıt şəhəri, 41-ci məhəllə, ev 1a, mənzil 40-da yaşayan Fariz…

Read More
Gündəm 

Bu işçilərin geyim forması dəyişdi – QƏRAR

Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi normalarında dəyişiklik edilib. Musavat.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, miqrasiya işçilərinin ali, böyük, orta və kiçik xüsusi rütbəsi olan işçilərinin qış geyim formasına tünd-boz rəngli qış papağı, qara rəngli əlcək əlavə edilib. Həmçinin böyük, orta və kiçik xüsusi rütbəsi olan işçilərin geyim formalarına isə tünd-boz rəngli gödəkcə əlavə olunub.

Read More