Cəmiyyət 

Plastik cərrahlar yenə “ömür kəsir”

Pasiyentlər həkimin diplomunu, sertifikatını və ya rəsmi reyestrdə olub-olmadığını yoxlamadan qərar verir Bakı sakini Nigar İsmayılova (1983-cü il təvəllüdlü) paytaxtdakı MediHall klinikasında bədən konturu əməliyyatı keçirdikdən bir neçə gün sonra, fevralın 13-də vəfat edib. Baş Prokurorluğun Mətbuat Xidməti Haqqin.az saytının sorğusuna cavab olaraq bildirib ki, hadisə ilə bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Bizim.media mövzu ilə bağlı araşdırma aparıb. Müəyyən edilib ki, “Medi Hall” hospitalının baş həkimi, adı daha əvvəl də bir sıra uğursuz estetik əməliyyatlarda hallanan Nigar Məhəmmədovadır. Sözügedən həkim əvvəllər “MedAura” klinikasında fəaliyyət göstərib və həmin dövrdə…

Read More
Gündəm 

Bakıda MÜHÜM KONFRANS keçirilir – FOTOLAR

Bakıda “C6: Vahid region, ortaq gələcək – Strateji dialoqun gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilir. Musavat.com xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə baş tutan konfransda C6-ya üzv ölkələrin aparıcı beyin mərkəzlərindən təmsilçilər iştirak edirlər. Azərbaycan Respublikasının Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşləri formatına tamhüquqlu iştirakçı qismində qoşulması kontekstində ekspertlər bir çox mövzuda fikir mübadiləsi aparacaqlar. Konfransda “Dialoqdan dayanıqlı mexanizmlərə: C6 əməkdaşlığının gələcəyi”, “Əlaqəlilik və inkişaf: C6 əməkdaşlığının iqtisadi ölçüsü və dayanıqlı inkişaf”, “Qlobal qeyri-sabitlik şəraitində C6 regional təhlükəsizliyi” mövzularında müzakirələrin keçirilməsi nəzərdə tutulub. Nigar HƏSƏNLİ, Musavat.com

Read More
İSLAM Ramazan 

Ramazan ayının başlaması ilə bağlı fətva verilib

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Ramazan ayının başlaması ilə bağlı fətva verib. “İki sahil” xəbər verir ki, fətvada deyilir: “Qafqaz Müsəlmanları İdarəsinin müvafiq sorğusuna əsasən Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının bu il Ramazan ayının 1-i miladi təqvimlə fevral ayının 19-na təsadüf edəcək”. Qeyd olunub ki, Ramazan bayramının tarixi Şəvval ayının hilalının görünməsindən asılı olaraq böyük ehtimalla 20 marta təsadüf edəcək: “Ayın üfüqi vəziyyəti ilə bağlı olaraq Qafqaz Müsəlmanları İdarəsinın Qazılar Şurası Eydül-Fitr – Ramazan bayramının tarixi barədə əlahiddə məlumat verəcək. Fitrə zəkatının miqdarı adambaşına 10-15 manat…

Read More
Hava 

Son günlər Azərbaycanda havanın isti keçməsinin səbəbi açıqlanıb

İsti hava kütlələrinin ölkəyə daxil olması nəticəsində hava şəraitinin mülayim, əsasən yağmursuz keçməsi, havanın temperaturunun bir qədər yüksək olması müşahidə olunur. “İki sahil” xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. Xidmət rəsmisi bildirib ki, isti hava kütlələrinin ölkəyə daxil olması nəticəsində hava şəraitinin mülayim, əsasən yağmursuz keçməsi, havanın temperaturunun bir qədər yüksək olması müşahidə edilir. G.Məmmədovanın sözlərinə görə, son 10-15 il ərzində Bakıda havanın maksimal temperaturu fevralda 25 dərəcə isti olub: “Bu il isə hələ 2026-ci il fevral ayının 17-dək havanın maksimal temperaturunun bölgələrdə və Bakıda,…

Read More
Cəmiyyət 

Şirin içkilərə aludəçilik psixi sağlamlığa necə təsir edir?

Yeniyetmələr emosional rahatlama və ya qısamüddətli “mükafat” hissi əldə etmək üçün daha çox şirin içkilərə üz tuturlar Son illərdə yüksək şəkər tərkibli içkilərin insan sağlamlığına təsiri ilə bağlı aparılan araşdırmaların sayı sürətlə artır. Əvvəllər əsas diqqət bu məhsulların piylənmə, 2-ci tip diabet və ürək-damar xəstəlikləri ilə əlaqəsinə yönəlirdisə, elmi müzakirələr psixi sağlamlıq aspektini də əhatə edir. Xüsusilə yeniyetmələr arasında qazlı içkilər, enerji içkiləri, şirinləşdirilmiş şirələr və şəkər əlavə edilmiş digər içkilərin geniş yayılması bu məsələyə daha ciddi yanaşmanı zəruri edir. Böyük Britaniyada fəaliyyət göstərən Bournemouth University tədqiqatçıları tərəfindən aparılan geniş…

Read More
Siyasət 

Leyla Əliyeva Tiranada Albaniyanın Baş naziri Edi Rama ilə görüşüb

Leyla Əliyeva Albaniya Respublikasında səfərdədir. “İki sahil” xəbər verir ki, Leyla Əliyeva səfər çərçivəsində Albaniyanın Baş naziri Edi Rama ilə görüşüb. Səmimi dostluq və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə Azərbaycan ilə Albaniya arasında əlaqələrin yüksək səviyyədə olduğu bir daha vurğulanıb. Tərəflər mədəni əlaqələrin möhkəmləndirilməsini müzakirə edərək, incəsənətin birgə yaradıcılıq üçün universal vasitə kimi rolunu qeyd ediblər. Söhbət zamanı Leyla Əliyeva və Edi Rama ekoloji məsələlərə xüsusi diqqət ayıraraq, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizədə səylərin birləşdirilməsinin vacibliyini qeyd ediblər.

Read More
Cəmiyyət 

QMİ: Novruz yeməyini iftar saatına salın

“Bu il Rəbbimizin vacib ilahi əmri olan mübarək Ramazan təqvimi Azərbaycan xalqının çoxəsrlik tarixində özəl yeri və milli önəmi olan Novruz ilə üst-üstə düşür”. Musavat.com xəbər verir ki, bu, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Ramazan ayının başlaması münasibətilə fətvasında qeyd edilib. “Min illər boyu qeyd edilən mübarək Novruz torpağın oyanışını, təbiətin yenilənməsini və bəşərin intibahını təcəssüm etdirir. Qurani-Kərimdə bu dirçəlişin ilahi mənası: “Allah göydən rəhmət yağışı göndərir, Yer üzünü yenidən dirildir” – şəklində açıqlanır. Novruzda savaşlar dayanmış, küsülülər barışmış, insanlar sevinclərini və sabaha ümidlərini bir-biri ilə bölüşmüşlər. Biz Ramazanın ilahi önəmini…

Read More
Cəmiyyət 

Builki fitrə zəkatının məbləğini açıqlandı

Azərbaycanda builki fitrə zəkatının miqdarı adambaşına 10-15 manat civarında müəyyən olunub. Musavat.com xəbər verir ki, bu, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Ramazan ayının başlaması münasibətilə verdiyi fətvada əksini tapıb. Bildirilib ki, hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi mübarək Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvim tərtib edib: “Bu təqvim İdarəmizin internet saytında (www.qafqazislam.com) yerləşdirilib. Digər mənbələrdən daxil olmuş, təfriqə xarakterli, məzhəb və vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək təqvimlərin din xadimləri və dindarlarımız tərəfindən istifadəsi qeyri-məqbuldur. Bütün kütləvi informasiya vasitələrinin məhz QMİ-nin təqviminə istinad etmələri tövsiyə…

Read More
Cəmiyyət 

Yaz havası bitir, tezliklə… – Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI

“Hazırda Bakı şəhərində yaz havası müşahidə edilir. Eyni hava şəraiti Türkiyədə də davam edir. Afrikanın şimalından, daha dəqiq desək, Liviyanın ərazisindən Avropaya isti hava axınları gəlir. Bu axınlar maneəsiz olaraq, Azərbaycan, Türkiyə və İrana daxil olur. Nəticədə hər üç ölkədə qışa uyğun olmayan hava şəraiti yaranıb”. Bunu Musavat.com-a açıqlamasında ekoloq Ənvər Əliyev deyib. O bildirib ki, bir neçə günə hava yenə sərinləyə bilər: “Çünki qışda yaz fəslinə məxsus hava şəraiti bir neçə gün davam edir. Təzyiq düşdüyünə görə soyuq ərazilərdən gələn hava kütlələri ölkələrə daxil olurlar. Soyuq arktik hava kütlələri ölkəmizə şimaldan daxil…

Read More
Cəmiyyət 

Elektrik və qaz ödənişində yeni DƏYİŞİKLİK – 1 manat sabit tarif necə ALINIR?

“Qaz və elektrik enerjisinin sərfiyyatı haqqında” Qanuna edilən dəyişikliyə görə, yanvar ayından qaz və işığa görə 1 manat məbləğində sabit tarif ödənilir. Bu ödəniş ilk dəfə yerinə yetirildiyi üçün bəzi abonentlərdə çaşqınlıq yaradıb. Xüsusilə, sərfiyyata görə ödənişi onlayn şəkildə müxtəlif platformadan ödəyənlər sabit tarifin qeyd edilən borcun tərkibində olduğundan məlumtsızdırlar. Bəziləri sərfiyyata görə yığılan borcu ödədikdən sonra sistemdə əlavə olaraq 1 manatın borc kimi qeyd edildiyini iddia edirlər. Musavat.com xəbər verir ki, məsələ ilə bağlı “Azərişıq” ASC-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, mənzillərə göndərilən bildirişlərdə sabit tarif əlavə olaraq qeyd…

Read More