Cəbhədən Xəbər 

XTQ-nin döyüş hazırlığı yoxlanılıb

2026-cı ilin hazırlıq planına əsasən, Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyası tərəfindən Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) “N” hərbi hissəsində inspeksiya yoxlaması keçirilib. “İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, yoxlamaların növbəti mərhələlərində hərbi hissədə qərargah fəaliyyəti, döyüş hazırlığı və maddi-texniki təminatın vəziyyəti yoxlanılıb. Xüsusi təyinatlı taborlar həyəcan siqnalı ilə qaldırılaraq, müvafiq döyüş tapşırığına uyğun ərazidə onların taktiki fəaliyyətləri, səhra vərdişləri və operativ hazırlıq səviyyələri yoxlanılıb. Döyüş hazırlığı tədbirlərinin daha səmərəli təşkili, hərbi qulluqçuların peşəkarlığının artırılması və xidmətin müasir dövrün tələblərinə uyğun aparılması istiqamətində aidiyyəti şəxslərə müvafiq tapşırıqlar…

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyinin nümayəndə heyəti Çinə səfər edib

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkələr arasında hərbi sahədə əlaqələrin genişləndirilməsi məqsədilə Çin Xalq Respublikasına səfər edib. “İki sahil” xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib. Səfər çərçivəsində bu ölkənin Milli Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq Baş İdarəsində “Hərbi əməkdaşlıq sahəsində perspektivlərin müzakirə edilməsi üzrə işçi görüşü” keçirilib. Görüşdə ölkələri arasında hərbi əməkdaşlığın cari vəziyyəti, inkişafı üçün mövcud olan potensial imkanlar və gələcək planlar barədə danışıqlar aparılıb, qarşılıqlı maraq doğuran bir sıra əməkdaşlıq istiqamətləri haqqında ətraflı fikir mübadiləsi aparılıb. Tərəflər ötən il üçün müəyyən edilmiş hərbi əməkdaşlıq planında nəzərdə tutulan…

Read More
Təhsil 

Valideynlərin nəzərinə – MÜTDA məlumat verdi

Aprelin 13-ü saat 18:00-dan etibarən uşaqların birinci sinfə qəbulu prosesinə hazırlıq məqsədilə məktəbəhazırlıq qrupları üzrə şagirdlərin yerdəyişməsi prosesi dayandırılır. Musavat.com xəbər verir ki, bununla bağlı MÜTDA-dan məlumat verilib. Qeyd edilib ki, 25 fevraldan 2025-2026-cı tədris ilinin II yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv edilib. Yerdəyişmə məktəbəhazırlıq qruplarını, I–VIII və X sinifləri əhatə edir. Şagirdlərin yerdəyişməsi sy.edu.az elektron sistemi üzərindən həyata keçirilir.

Read More
Siyasət 

Prezident bu şəxsləri TƏLTİF ETDİ

Vətəndaşların mənzil təminatının yaxşılaşdırılması sahəsində xidmətlərinə görə, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib. Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, MİDA-nın aşağıdakı əməkdaşları təltif olunub: Qədimov Çingiz Sahib oğlu; Məmmədov Elşad Pənah oğlu; Salmanov Azər Ağababa oğlu; Şərifov Rizvan Həmid oğlu; Şiriyeva Kəmalə Məzahir qızı.

Read More
Cəmiyyət 

MEDİA-dan raket iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA

Son günlər bəzi sosial media platformalarında Azərbaycan ərazisindən Körfəz ölkələri istiqamətində guya raketlərin buraxılması ilə bağlı tamamilə əsassız və həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır. Musavat.com xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb. Regionda mövcud olan gərginlik fonunda sosial şəbəkələrdə mənbəyi təsdiqlənməmiş, qeyri-dəqiq informasiyaların yayılması ictimai rəydə yanlış təsəvvürlərin formalaşdırılmasına xidmət edir və məqsədli dezinformasiya xarakteri daşıyır. Bu kimi cəhdləri qətiyyətlə pisləyirik. Bu növ iddialar ya qəsdən təxribat xarakteri daşıyır, ya da tamamilə məsuliyyətsiz və əsassız yanaşmanın nəticəsidir. Müasir texnoloji imkanlar şəraitində raket və ya digər uçuş vasitələrinin…

Read More
Hava 

Bu tarixdə instensiv yağış yağacaq – Dolu düşəcək

Bakıda aprelin 11-də havanın 16 dərəcə isti olacağı, rayonlarda yağış yağacağı gözlənilir. Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-11° isti, gündüz 13-16° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % olacaq Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə…

Read More
Təhsil 

Bu müəllimlər də sertifikasiyadan KEÇƏCƏKLƏR

Milli Məclis uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində təhsilverənlərin nəzəri və praktiki bilikləri sertifikasiya əsasında qiymətləndirilməsi ilə bağlı qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Əmək Məcəlləsində və “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, Mədəniyyət Nazirliyinin sisteminə daxil olan uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlərin nəzəri və praktiki biliklərinin attestasiya yolu ilə deyil, xüsusi qaydalar üzrə sertifikasiya əsasında qiymətləndirilməsi aparılacaq. Qüvvədə olan qanunvericiliyə uyğun olaraq attestasiya nəticələrinin təsbit…

Read More
Cəmiyyət 

“IQAir”: Azərbaycan havanın təmizliyinə görə Cənubi Qafqazda liderdir

Azərbaycan ölkədə havanın keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına nail olub və İsveçrənin havanın monitorinqi və təmizlənməsi üzrə “IQAir” şirkətinin reytinqində 59-cu yeri tutur. Musavat.com xəbər verir ki, bu barədə “IQAir”in məlumatında qeyd olunub. Qeyd olunub ki, ölkə 2023-cü ildən 2025-ci ilə qədər nəticələri yaxşılaşdıra bilib: əgər 2023-cü ildə havanın keyfiyyət göstəricisi 18,8 mkq/m³ (PM 2,5) təşkil edirdisə, 2024-cü ildə 18,3 mkq/m³-ə (PM 2,5) qədər azalıb, 2025-ci ildə isə 16,4 mkq/m³ (PM 2,5) təşkil edib. Bununla yanaşı, 2025-ci ildə Azərbaycan reytinqdə 10 pillə irəliləyib (2024-cü ilin yekunları üzrə 49-cu yer). “IQAir”in qiymətləndirmələrinə…

Read More
Sosial 

Yediyimiz qidalardakı TƏHLÜKƏ – Satışdakı sosislər…

Kulinar-texnoloq Mübariz Vəliyev kolbasa və sosiskaların zərəri haqqında danışıb. O, sosiskaların tərkibindəkin zərərli maddələr və qatqıları sadalayıb. M.Vəliyev bildirib ki, marketdə satılan sosiskaların tərkibində olan maddə insanlarda təzyiq problemi yaradır: “Üzərində mal əti və toyuq hissələrinin olduğu yazılıb. “Toyuq hissələri” dedikdə, toyuq dərisi, qığırdaqları, yəni istifadə olunmayan hissələri nəzərdə tutulur. Stabizatorlar: E-450, turşuluq tənzimləyicisi E-330. Bir çox sosiskaların içərisində, əsasən, soya, nişasta, dəri tullantıları, E-250, sodium nitrit və dadlandırıcılar var. Bizim və körpələrimizin bunları istəməsinin əsas səbəbi onun içində olan koddur: E-621. Bu insanlarda asılılıq yaradır. Həmçinin dad yaradılmasına və…

Read More
Cəmiyyət 

Səhiyyə Nazirliyi “Böyük Qayıdış” çərçivəsində ilk dəfə portativ stomatoloji qurğu tətbiq etdi

Səhiyyə Nazirliyi işğaldan azad olunmuş ərazilərdə “Böyük Qayıdış” proqramı çərçivəsində kompleks tibbi müayinələr və sağlam həyat tərzinin təşviqi istiqamətində maarifləndirici tədbirləri davam etdirir. Bu məqsədlə növbəti aksiya 10 aprel tarixində Ağdərə rayonunda uğurla keçirilib. Bu barədə Musavat.com-a nazirlikdən məlumat verilib. Aksiyanı Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Tibb Universiteti (ATU) Tədris Stomatoloji Klinikasının həkim briqadası həyata keçirib. Həkimlər həm yerli əhalini, həm də “Böyük Qayıdış” proqramı çərçivəsində Qarabağın bərpasında fəaliyyət göstərən mütəxəssisləri müayinə edərək onlara konsultativ tibbi xidmət göstəriblər. Aksiya çərçivəsində ilk dəfə olaraq tibdə inqilabi yenilik sayılan BPR Swiss-in SMART-PORT portativ…

Read More