Hadisə 

Bakıda 13 yaşlı qızın müəmmalı ölümü – valideynlərə xəbərdarlıq

  Yeniyetmənin gizli şəkildə telefonunda qorxulu səhnələrlə dolu videolara baxması faciə ilə nəticələndi – psixoloqdan tövsiyə Paytaxtın Binəqədi rayonunu silkələyən dəhşətli hadisə bir daha göstərdi ki, uşaqların virtual mühitdə nə ilə qarşılaşdığı valideynlər üçün ən böyük naməlumluğa çevrilib. Rəsulzadə qəsəbəsində 13 yaşlı qızın ani və müəmmalı ölümü ailəni, yaxınlarını və bütövlükdə cəmiyyəti sarsıdıb. Yeniyetmənin meyiti axşam saatlarında valideynləri tərəfindən mənzildə aşkarlanıb. İntihardan sonra mərhumun telefonunda qarşılaşdıqları ailəni ikinci dəfə şoka salıb. Atasının sözlərinə görə, qız gecələr hamı yatandan sonra gizli şəkildə telefonunda qorxulu, mistik səhnələrlə dolu videolara baxırmış: “Polis araşdırandan…

Read More
Region Xəbərləri 

Bərdədə yol infrastrukturunun yenilənməsi işləri davam etdirilir – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı ilə bağlı verdiyi tapşırıq və göstərişlərə uyğun olaraq Bərdə rayonunda abadlıq və infrastruktur sahəsində işlər ardıcıl şəkildə icra olunur. Rayon İcra Hakimiyyəti tərəfindən dövlət vəsaiti hesabına şəhər daxilində yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində genişmiqyaslı layihələr həyata keçirilməkdədir. Rayonda həyata keçirilən yenilənmə tədbirlərinə uyğun olaraq Bərdə şəhərinin Şəhid Cəfərov Oruc, Şəhid Nayıbov Devran, Şəhid Lətifov Elməddin, Bahadur Hacıyev, Atatürk, Vaqif, Fizuli və Bakı küçələrində asfaltlama işləri hazırda davam edir. Küçələr üzrə asfalt örtüyünün yenilənməsi mərhələli şəkildə aparılır və işlərin bu ilin sonuna kimi…

Read More
Region Xəbərləri 

Bərdədə “Korrupsiyaya qarşı mübarizə bizə nə verir?” adlı maarifləndirici tədbir keçirilib FOTOLAR

Bərdə şəhər 4 nömrəli Uşaq İncəsənət Məktəbində 1 nömrəli Uşaq İncəsənət Məktəbi və 3 nömrəli Uşaq Musiqi Məktəbinin təşkilatçılığı ilə “Korrupsiyaya qarşı mübarizə bizə nə verir?” adlı maarifləndirici görüş keçirilib. Görüşdə miusiqi məktəblərinin kollektivi və Bərdə şəhər Polis Şöbəsinin əməkdaşları iştirak ediblər. Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Aparıcı giriş nitqində korrupsiyanın dünya miqyasında təhlükəli sosial bəlaya çevrildiyini, ölkələrin inkişafını ləngitdiyini vurğulayaraq, Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi qətiyyətli siyasətin əhəmiyyətinə toxunub. Bildirilib ki, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində ölkənin…

Read More
Dünya 

Pakistan Ermənistanda səfirlik açır

  Ermənistan və Pakistan nümayəndəlikləri İrəvanda Pakistan səfirliyinin açılması üzərində fəal şəkildə işləyirlər. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, səfirliyin açılışı gələn ilə planlaşdırılıb. Məsələ ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyinə sorğu göndərilib və qurum informasiyanı təkzib etməyib. “Ermənistan və Pakistan hökumətləri diplomatik münasibətlərin qurulması barədə birgə kommünike imzalayaraq 1961-ci il Vyana Konvensiyasına və beynəlxalq təcrübəyə uyğun şəkildə qarşılıqlı diplomatik nümayəndəliklərin açılmasına razılıq veriblər. Bu kontekstdə prosesin gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, – deyə nazirlik bildirib. Qeyd edək ki, iki ölkə arasında diplomatik münasibətlər 31 avqust 2025-ci ildə Çində…

Read More
Cəmiyyət 

Azərbaycanda atalıq məzuniyyəti- kişilər 14 gün evdə qala biləcək

Azərbaycanda yeni ata olanlar ödənişli məzuniyyətə çıxa biləcək. Əmək Məcəlləsinə nəzərdə tutulan dəyişikliyə əsasən uşağının doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilir. Mütəxəssislər bildirir ki, uşağın doğulması ilə bağlı kişilərə 14 günlük ödənişli məzuniyyət verilməsi istiqamətində qanunvericilikdə təklif olunan dəyişiklik həm sosial, həm psixoloji, həm də institusional baxımdan son dərəcə doğru və zamanın tələbinə uyğun addımdır. Bu qərar ailə institutunun möhkəmləndirilməsi, valideyn məsuliyyətinin daha ədalətli şəkildə bölüşdürülməsi və ailədaxili harmoniyanın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət…

Read More
Siyasət 

Putinin açıqlamalarının şifrələri – “Rusiyanın daha böyük müharibəyə hazırlaşması…”

Dünya artıq NATO-Rusiya müharibəsi ehtimallarından danışır. Buna səbəb Kremlin sahibi Vladimir Putinin ən böyük hərbi-siyasi bloka sahib olan qurum haqqında səsləndirdiyi fikirlərdir. Prezident həm ölkəsini sülh tərəfdən göstərməyə çalışdı, həm də şübhəsiz ki, NATO-ya meydan oxudu, yəni “hodri meydan” dedi… Hər kəs Putinin son açıqlamalarının şifrələrini müzakirə edir. Rusiya rəhbəri ölkəsinin Avropa ilə heç vaxt müharibə etmək fikrində olmadığını deyir, eyni zamanda əks tərəf müharibəyə başlasa, dərhal hazır olacaqlarını bəyan edir… Hərbi ekspert Səxavət Məmməd Musavat.com-a açıqlamasında Vladimir Putinin daxilə və xaricə eyni anda mesajlar ünvanladığını bildirib: “Bir tərəfdən Putin beynəlxalq…

Read More
Gündəm 

13 yaşlı qızın faciəsi: Günah internetdə, yoxsa valideyn-övlad münasibətindədir?

  Xəbər verdiyimiz kimi Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində ağır faciə baş verib. 13 yaşlı yeniyetmə qızın meyiti axşam saatlarında valideynləri tərəfindən mənzildə aşkarlanıb. Ailə üzvlərinin bildirdiyinə görə, yeniyetmə son günlər gecə saatlarında telefonda qorxulu və psixoloji təsir göstərən videolara baxırmış. Hadisədən sonra sosial şəbəkələrdə müxtəlif fikirlər səslənib. Bəziləri günahı telefonlarda, internetdə və sosial media platformalarında görür. Lakin psixoloqlar bu yanaşmanın problemin yalnız bir tərəfini əhatə etdiyini bildirirlər. Mütəxəssislər hesab edir ki, əsas məsələ texnologiya deyil, valideynlə övlad arasındakı psixoloji məsafənin yaranmasıdır. Onların fikrincə, uşaqların internetdə nə izlədiyinə nəzarət qədər, onların…

Read More
Cəmiyyət 

İran məhsullarının satışı ölkədə niyə qadağan olunmur? – SOSİOLOQ AÇIQLADI

Son vaxtlar ölkədə əhali arasında İran məhsullarına təlabat hədsiz artıb. Qiyməti ucuz olduğu üçün insanlar alış-veriş etdikləri zaman İran məhsullarına üstünlük verir. Lakin bu ölkənin məhsullarının keyfiyyətsiz olması səbəbindən bir çox ölkə öz ölkəsində İran məhsullarını qadağan edir. Çünki ucuz qiymətə mənşəyi məlum olmayan qida və qeyri-qida məhsulları insan sağlamlığı üçün çox təhlükəlidir. Bəs ölkəmizdə İran məhsullarına niyə qadağa qoyulmur? Mövzu ilə bağlı sosioloq Yusif Nəbiyev BiG.AZ-a açıqlamasında bildirdi ki, hər bir ölkədə əgər maddi vəziyyət aşağıdırsa və həmin maddi vəziyyəti dövlət öz imkanları ilə qarşılaya bilmirsə bu kimi şeylərə göz yumur.…

Read More
Cəmiyyət 

Erkən nigahlara görə cəzalar niyə artırılmır? – HÜQUQŞÜNAS AÇIQLADI

Son vaxtlar ölkədə erkən nigahların sayı durmadan artır. Xüsusi ilədə bölgələrdə 15-16 yaşında qızların özlərindən iki dəfə böyük 30-35 yaşlarında evləndirilməsi adi hal alıb. Elə bu yaxınlarda bölgələrimizdən birində erkən hamiləlik səbəbi ilə 17 yaşlı qız dünyasını dəyişdi. Bəs erkən nigahlara görə cəzalar niyə artırılmır? Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov BiG.AZ-a açıqlamasında bildirdi ki, erkən nigahla bağlı həmin bölgədə yaşayan qonşular mütləq şəkildə bu haqda polisə məlumat verməlidir. Onun sözlərinə görə, məktəb direktorları tərəfindən əgər uşaq məktəbə gəlmirsə, bu haqda polisə məlumat verilməlidir: “Erkən nigahla bağlı əgər həmin azyaşlıya “toy” edilibsə,…

Read More