Siyasət 

İlham Əliyev: Bəzi məmurlar ancaq öz ciblərini güdərək qanunsuz varlanmaya üstünlük verirlər

Bəzi məmurlar göstərişləri yerinə yetirmək əvəzinə, ancaq öz ciblərini güdərək qanunsuz varlanmaya üstünlük verirlər. Musavat.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən deyib. Dövlət başçısı qeyd edib ki, insanlara diqqət göstərmək, onların qayğıları ilə yaşamaq, daim onların arasında olmaq lazımdır: “Azərbaycanın bölgələri bu gün ən yüksək standartlara cavab verməlidir. Yenə də deyirəm, son illər ərzində aparılmış işlər nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan vətəndaşı əyani şəkildə görür. Doqquz beynəlxalq hava limanı, yenilənmiş, təmir edilmiş və…

Read More
Siyasət 

Prezidentdən yeni təyin olunan icra başçılarına XƏBƏRDARLIQ: Bunu sübut etməsəniz…

Sizdən tələbim, eyni zamanda, xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmək, rəhbərlik edəcəyiniz bölgələrdə öz işinizlə mənim seçimimin düzgün olduğunu sübut etməkdir. Əks təqdirdə, əlbəttə ki, lazımi ölçülər götürüləcəkdir Musavat.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən bildirib. Dövlət başçısı bildirib: “Əlbəttə ki, böyük məsuliyyət böyük işlər tələb edir. İlk növbədə, mənim bütün tapşırıqlarımı yerinə yetirməlisiniz. Mən hər dəfə bölgələrə rəhbər vəzifələrə şəxsləri təyin edəndə verdiyim…

Read More
Cəmiyyət 

Azərbaycanda “İpoteka haqqında” qanun dəyişdi

Prezident İlham Əliyev Milli Məclisin oktyabrın 31-də qəbul etdiyi “İpoteka haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Musavat.com xəbər verir ki, yenilənmiş qanuna əsasən, ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun dəyişdirilməsi barədə müqavilənin notariat qaydasında təsdiq edilməsi və üstünlük hüququnun dövlət reyestrində qeydiyyata alınması nəzərdxə tutulur. Sənədə görə, ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququ ipoteka saxlayanlar arasında dəyişdirildikdə hüquqlar daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində qeydə alınacaq. Həmçinin ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququ dəyişdirildikdə dövlət rüsumunu üstünlük hüququnun keçdiyi…

Read More
Gündəm 

İlham Əliyev: Həmin məmurlar bu gün məhkəmə qarşısında cavab verirlər

Qanunsuz tapşırıqları verən, qanunsuz varlanmanı özləri üçün əsas məqsəd hesab edən məmurlar bu gün məhkəmə qarşısında cavab verirlər. Musavat.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən bildirib. Dövlət başçısı bildirib: “Yerlərdə bu gün hələ də mövcud olan, insanları narahat edən məsələlər öz həllini tapsın. Burada da əsas prinsip sosial ədalət prinsipidir. Hər bir bölgədə, hər bir kənddə insanlar görməlidir və bilməlidir ki, ədalət hər zaman üstünlük təşkil edir. Vaxtilə bizim bölgələrimizdə proseslərin mənfi istiqamətdə getməsinin…

Read More
Gündəm 

İcra başçılarının yeri dəyişdi-Proses nə vəd edir?

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev bu gün Elxan Oqtay oğlu İbrahimovu Kürdəmir Rayon, Natiq Nuşravan oğlu Ağayevi Göyçay Rayon, Vüqar Vahid oğlu Novruzovu Naftalan Şəhər, Elvin Nazim oğlu Paşayevi Göygöl Rayon, Orxan Çingiz oğlu Mürsəlovu Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. Bu barədə ölkə Prezidenti sərəncamlar imzalayıb. Prezidentin digər sərəncamları ilə Natiq Nuşravan oğlu Ağayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Vahid oğlu Novruzov Göygöl Rayon İcra Hakimiyyətinin başçısı, Orxan Çingiz oğlu Mürsəlov Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, Elxan Oqtay oğlu İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra…

Read More
Hadisə 

Astarada qəza, ölən və yaralalanlar var

Astarada yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Təngərüd kəndi ərazisində qeydə alınıb. Belə ki, Astaranın Kijəbə qəsəbə sakini Cəsarət Əliyevin idarə etdiyi “Niva” və rayonun Təngərüd kəndindən olan 1965-ci il təvəllüdlü Kamran Məmmədovun sürdüyü “Mercedes 190” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində K.Məmmədov hadisə yerində ölüb. “Niva”nın sürücüsü və maşında olan həmkəndlisi Fail Qüdrətov isə xəsarətlə Astara Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. İlkin müayinədən sonra onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına təxliyə ediliblər. Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır./Qafqazinfo.az/

Read More
Dünya 

Hindistan səfərində kim qalib olacaq – Putin, yoxsa Tramp?

Rusiya Prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp Hindistana səfər etməyə hazırlaşır. Bəs Hindistana birinci kim səfər edəcək: Putin yoxsa Tramp? Politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı Musavat.com-a danışıb: “Kremldən yayılan məlumata görə, Rusiya Prezidenti Vladimir Putinin ilin sonuna qədər Hindistana səfər etməyi planlaşdırır. Kremlin sözçüsü Dmitri Peskov Putinin Hindistana səfərinin 2025-ci ilin sonuna qədər reallaşacağını bildirib. “Hazırda Putinin bu ilin sonuna qədər planlaşdırılan Hindistan səfərinə fəal şəkildə hazırlaşırıq. Ümid edirik ki, bu, mənalı bir səfər olacaq”, – deyə o bildirib. Bu arada, ABŞ prezidenti Donald Trampın da Hindistana…

Read More
Cəbhədən Xəbər 

Onların hərbi xidmət müddəti 6 ay azaldılır

Ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddətinin 6 ay azaldılacaq. Musavat.com xəbər verir ki, bu barədə qanun layihəsi Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı müdafiə komitəsinin iclasında müzakirə edilir. Qüvvədə olan qanuna əsasən, dinc dövrdə həqiqi hərbi xidmətin müddəti ehtiyatdan həqiqi hərbi xidmətə çağırılanlar və ya könüllü daxil olan zabitlər üçün 1 il 6 ay, bağlaşma üzrə həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlər üçün 3 ilə qədədr. Layihəyə əsasən, ehtiyatdan müddətli həqiqi hərbi…

Read More
Cəbhədən Xəbər 

Bu hərbi qulluqçulara leytenant hərbi rütbəsi veriləcək

Müddətli həqiqi hərbi xidmət dövründə zabit hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olan ali təhsilli müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına leytenant hərbi rütbəsi veriləcək. Musavat.com xəbər verir ki, bu barədə qanun layihəsi Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı müdafiə komitəsinin iclasında müzakirə edilir.

Read More
Region Xəbərləri 

Zəfər Günü – Azərbaycan xalqının qürur və şərəf salnaməsi

Azərbaycan xalqı tarixinin ən qürurlu səhifələrindən birini 2020-ci ilin 8 noyabrında yazdı. Bu gün – Zəfər Günü, təkcə bir torpağın azad olunmasının deyil, bütöv bir xalqın milli iradəsinin, dövlətçilik əzminin və birlik ruhunun təntənəsidir. Bu Zəfərin kökündə xalqın birliyi, ordumuzun qəhrəmanlığı və ən əsası, müdrik rəhbərliyə malik olmağımız dayanır. Ulu Öndər Heydər Əliyev hələ ötən əsrin 90-cı illərində Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, ordu quruculuğu və gənc nəsildə vətənpərvərlik hissinin formalaşması üçün möhkəm təməl yaratmışdı. Onun “Mən fəxr edirəm ki, azərbaycanlıyam” kəlamı bu gün hər bir vətəndaşın, xüsusilə gənclərin həyat devizinə çevrilib.…

Read More