Siyasət 

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri noyabrın 8-də başa çatıb. Musavat.com xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov, Türkiyənin milli müdafiə naziri Yaşar Güler və digər rəsmi şəxslər yola saldılar.

Read More
Siyasət 

Şahbaz Şərifin Azərbaycana səfəri başa çatıb

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycan Respublikasına səfəri noyabrın 8-də başa çatıb. Musavat.com xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola saldılar.

Read More
Cəmiyyət 

Zəfərin 5 illiyinə həsr olunan hərbi paradda 5 mindən çox şəxsi heyət iştirak edib

Bu gün Vətən Müharibəsindəki Zəfərin 5 illiyinə həsr olunan hərbi paradda 5 mindən çox şəxsi heyət, 100-dən çox texnika iştirak edib. “Report” xəbər verir ki, hərbi paradda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5 min nəfər şəxsi heyəti, Türkiyə Respublikası Silahlı Qüvvələrinin 240 nəfər şəxsi heyəti, Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin 120 nəfər şəxsi heyəti iştirak edib. Həmçinin Azərbaycanın 50 aviasiya vasitəsi, 5 Türkiyə aviasiya vasitəsi, 39 ədəd xüsusi təyinatlı avtomobil texnikası və silah sistemi, 53 ədəd hava hücumundan müdafiə vasitəsi, 63 ədəd raket-artilleriya silahları, eləcə də parada 12 gəmi paradda nümayiş…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunda Zəfər Gününün beşinci ildönümü qeyd edilibFOTO

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən bildirilib. Tədbirlərdə hərbi qulluqçular şəhidlər xiyabanlarını ziyarət edərək Vətən uğrunda canından keçmiş igid döyüşçülərimizin məzarları üzərinə güllər düzüb, xatirələrini hörmət və ehtiramla yad ediblər. Mərasimlərdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, həmçinin ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan vətəndaşlarımızın xatirələrinə bir dəqiqəlik sükut elan edilib, hərbi orkestrlərin müşayiəti ilə Azərbaycanın Dövlət Himni səsləndirilib. Silsilə tədbirlərdə Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsində…

Read More
Cəmiyyət 

Xankəndidə Zəfərin 5 illiyi münasibətilə möhtəşəm konsert proqramı keçirilirFOTOVİDEO

Xankəndi şəhərində “8 Noyabr” Zəfərin 5 illiyi münasibətilə möhtəşəm konsert proqramı keçirilir. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”un Qarabağ bürosuna verilən məlumata görə, bayram konserti Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə baş tutub. Zəfər konsertində tanınmış ifaçılar, incəsənət xadimlərinin ifasında, vətənpərvərlik ruhunda mahnılar səslənib.

Read More
Cəmiyyət 

Şuşada “8 Noyabr – Zəfərin təntənəsi” adlı konsert proqramı təşkil olunubFOTO

Şuşada 8 Noyabr Zəfər gününə həsr edilən silsilə tədbirlər davam edir. “Report”un Şuşaya ezam olunan əməkdaşı xəbərə görə, Qarabağ Universiteti və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə konsert proqramı keçirilib. “8 Noyabr – Zəfərin təntənəsi” adlı konsert proqramında tanınmış incəsənət nümayəndələri və Qarabağ Universiteti tələbələri rəngarəng nömrələrlə çıxış ediblər. Konsert proqramında şəhər sakinləri, şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları, Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin nümayəndələri iştirak ediblər.

Read More
Siyasət 

Qazaxıstan Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Musavat.com xəbər verir ki, təbrikdə deyilir: Hörmətli İlham Heydər oğlu. Sizi ölkənizin mühüm bayramı olan Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Bu əlamətdar tarix müasir Azərbaycan tarixində xüsusi yer tutur, Azərbaycan xalqının ədalətə, sülhə və birliyə sarsılmaz iradəsini, suverenlik və müstəqillik prinsiplərinə möhkəm sadiqliyini təcəssüm etdirir. Sizin müdrik və uzaqgörən rəhbərliyiniz, həyata keçirdiyiniz strateji kursa ümumxalq dəstəyi sayəsində Azərbaycan BMT Nizamnaməsinin və beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq öz ərazi bütövlüyünü bərpa etmiş, dövlət quruculuğu salnaməsində davamlı və yaradıcı tərəqqinin…

Read More
Cəmiyyət 

Xankəndidə Zəfər atəşfəşanlığı olduFOTO

Xankəndi şəhərində Zəfərin 5-ci ildönümü münasibətilə keçirilən konsert proqramının ardınca atəşfəşanlıq olub. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Musavat.com-a verilən məlumata görə, Zəfər meydanında şəhərin səması rəngarəng işıqlara bürünüb. Atəşfəşanlıq Xankəndi sakinləri tərəfindən böyük sevinclə qarşılanıb, hər kəsdə xoş ovqat yaranıb.

Read More
Region Xəbərləri 

Bərdə rayonunda 8 Noyabr-Zəfər Gününün 5-ci ildönümü münasibətilə Şəhidlər xiyabanı ziyarət olunub.

8 Noyabr -Zəfər Gününün 5-ci ildönümü münasibətilə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya, hüquq-mühafizə orqanlarının rəhbərləri birlikdə 44 günlük Vətən müharibəsi zamanı öz qəhramanlıqları ilə Zəfərə yol açan igid Vətən oğullarının uyuduğu Şəhidlər xiyabanını ziyarət edərək, xatirə lövhəsi önünə güllər düzüblər. Eyni zamanda rayon rəhbəri xiyabanda görülmüş təmizlik və abadlıq işləri ilə yaxından tanış olub. Allah bütün şəhidlərimizə rəhmət etsin!

Read More