Gündəm 

Vardanyanın Bakıdan sarsaq çağırışı – Maddəsi ağırlaşa bilər

Keçmiş xunta rejiminin üzvünün oğlu ilə telefon danışığı yayılıb – növbəti “qəhrəmanlıq” şousu Qarabağda separatçı və qanunsuz silahlı-siyasi strukturların təşkilində iştirak etdiyi üçün hazırda Azərbaycanda həbsdə olan Ruben Vardanyanın oğlu ilə telefon danışığı yayılıb. Danışıq zamanı o, oğluna “əsl qəhrəman ümidin qalmadığı yerdə onu yenidən yandırandır”, “insan özündə işığı və xeyiri daşımalıdır” və və bu kimi təxribatçı fikirlər səsləndirib. Təbii ki, bu bəyanatlar real vəziyyətdən yerlə göy qədər uzaqdır və yalnız emosional təsəlli xarakteri daşıyır. Vardanyan  Azərbaycanın BMT tərəfindən tanınmış sərhədləri daxilində mərkəzi hakimiyyətə qarşı qondarma “dövlət”, “nazirlik” və “ordu”…

Read More
Gündəm 

Zəfərin və mədəniyyətin beşiyi: Şuşa

Şuşa şəhəri 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Erməni işğalçılarından təmizlənən şəhərin mərkəzinə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb. Elə həmin gün Prezident İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində Şuşa şəhərinin işğaldan azad olunduğunu elan edib. Şuşa döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biridir. Noyabrın 7-də ordumuz şəhərin qayalıqlarına dırmaşaraq yüngül silah-sursat ilə Şuşaya daxil olub. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri şəhərə bir çox istiqamətdən yaxınlaşmaq üçün yüz…

Read More
Siyasət 

Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi yeni qaydada müəyyənləşdiriləcək

Sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığortaolunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin yeni qaydalarla müəyyənləşdiriləcək. Musavat.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyən olunacaq. Nazirlər Kabineti “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun…

Read More
Siyasət 

SON DƏQİQƏ: Prezident ona “Milli Qəhrəman” adını verdi – SƏRƏNCAM

Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri igidliyə görə bəzi şəxsləri təltif edilib. Musavat.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, adları aşağıda olan şəxslər təltif edilib. “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə Qurbanov Vaqif Bəxtiyar oğlu – baş leytenant (ölümündən sonra) “Azərbaycan Bayrağı” ordeni ilə Quliyev Akif Bayram oğlu – ehtiyatda olan baş gizir “İgidliyə görə” medalı ilə Binyətov Gülbudağ Əli oğlu – ehtiyatda olan polkovnik-leytenant Əliyev Bəşir İman oğlu – ehtiyatda olan mayor Cəlilov Elman Səyyad oğlu…

Read More
Təhsil 

Bu imtahanın nəticələri nə zaman açıqlanacaq? – RƏSMİ

Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanı üzrə onlayn platformanın ictimaiyyətə təqdim olunmasından ötən müddətdə 780 nəfər sınaqda iştirak edib. Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, hazırda sınaq prosesində iştirak etmiş şəxslərin nəticələrinin emalı yekunlaşıb: “Yaxın vaxtlarda iştirakçıların imtahan nəticələri onların qeydiyyat zamanı göstərdikləri elektron poçt ünvanlarına göndəriləcək”. Qeyd edək ki, Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanının onlayn platforması 17 mart 2025-ci il tarixində sınaq məqsədilə istifadəyə verilib. Sınaq prosesinin əsas məqsədi onlayn platformanın işləkliyini yoxlamaq, imtahanda dinləmə, oxu, danışma, yazı bacarıqlarının qiymətləndirilməsi üçün istifadə olunan…

Read More
Gündəm 

General Mais Bərxudarova vəzifə verilib

Azərbaycan Ordusunun sabiq korpus komandiri general-leytenant Mais Bərxudarova yeni vəzifə verilib. Məlumata görə, M.Bərxudarov Azərbaycan Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasında müvafiq vəzifəyə təyin olunub. Musavat.com xəbər verir ki, bununla bağlı müdafiə naziri Zakir Həsənov müvafiq əmr imzalayıb. Xatırladaq ki, general-leytenant Mais Bərxudarov 2-ci ordu korpusunun komandiri olub. O, 2024-cü il oktyabrın 6-da sərəncama göndərilib. Bu barədə özü belə deyib: “Heç bir məyusluğum yoxdur. Ola da bilməz. Qərar qəbul olunub. Mən də hazırda sərəncamdayam”. M.Bərxudarov 1998-ci ildə “Azərbaycan Bayrağı” ordeni ilə, 2012-ci ildə “Vətən uğrunda” medalı ilə, 2020-ci ildə Azərbaycanın Cəbrayıl rayonunun,…

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib. Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb. Sərəncama əsasən, general-mayor Kənan Əlihüseyn oğlu Seyidov və general-mayor Ağamir Əzizxan oğlu Sultanova general-leytenant, polkovnik Zaur Qəzənfər oğlu Yusifli, polkovnik Ümüdvar Əzizalı oğlu Quliyev, polkovnik Anar Tofiq oğlu Hüseynov və polkovnik Etibar İsmayıl oğlu Məhərrəmova general-mayor, 1-ci dərəcəli kapitan Şahin Oruc oğlu Məmmədova kontr-admiral ali hərbi rütbəsi verilib.

Read More