Dünya 

Ukraynanın mühasirədəki Gəncəsi…

Kiyev indi çətin dilemma qarşısındadır: ya qoşunların mövcudluğunu saxlamaq barədə düşünməlidir, ya da Rusiyanın hərbi və diplomatik mövqeyini gücləndirəcək qərara- şəhərdən geri çəkilməyə razılaşmalıdır Bir neçə gün əvvəl Ukrayna ərazilərinə yaxşı bələd olan tanışlardan biri dedi ki, Gəncə və ya Yevlax Azərbaycan üçün nədirsə, Pokrovsk də Ukrayna üçün o mövqedədir. Amma Ukrayna ərazisi çox böyükdür, ona görə Pokrovskın itirilməsi paytaxta yox, Rusiya ordusunun Dnepropetrovsk vilayəti, Slavyansk-Kramatorsk aqlomerasiyasına hücum üçün əlverişli mövqe olacaq. Əsas xəbər budur ki, ukraynalılar Pokrovskın 80 faizini itiriblər və qalan 20 faizi üçün hələ də döyüşürlər, lakin…

Read More
Gündəm 

Prezidentdən Şahin Məmmədovla bağlı SƏRƏNCAM

Hərbi Dəniz Qüvvələrinin komandanı Şahin Məmmədova ali hərbi rütbə verilib. Musavat.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, 1-ci dərəcəli kapitan Şahin Oruc oğlu Məmmədov “kontr-admiral” ali hərbi rütbəsinə layiq görülüb. Şahin Məmmədova 2014-cü il martın 31-də müdafiə nazirinin əmrinə əsasən Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanı vəzifəsinin icrası tapşırılıb. O, 2016-cı il martın 29-na qədər bu vəzifəni icra edib. 2024-cü ildən yenidən Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanı vəzifəsinin icrası tapşırılıb.

Read More
Gündəm 

Pəncəli Teymurovun ailəsi Prezidentə TƏŞƏKKÜR ETDİ – AÇIQLAMA

Aprel döyüşlərində şəhid olan Pəncəli Teymurova Milli Qəhrəman adı verilib. Prezident İlham Əliyevin sərəncamı ilə Silahlı Qüvvələrin giziri, Aprel döyüşləri iştirakçısı Pəncəli Teymurova Milli Qəhrəman adı verilib. Qeyd edək ki, gizir Pəncəli Teymurov 2016-cı ilin aprel döyüşlərində şəhid olub. Musavat.com xəbər verir ki, modern.az Pəncəli Teymurovun qardaşı Elbrus Teymurovla əlaqə saxlayıb. Saytımıza açıqlamasında o bildirib ki, sevinclərinin həddi-hüdudu yoxdur: “Söz tapıb deyə bilmirəm. Hərbçi qardaşlarımızdan eşidirdik ki, bir gün cənab Ali Baş Komandan bu adı ona verəcək. Allah cənab Ali Baş Komandana can sağlığı versin. Ölkəmizin dəyərli prezidenti var. Torpaqlarımızı azad etdi, öz dəmir yumruğu ilə haqqı…

Read More
Siyasət 

Mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi təbrik etdi

Azərbaycanın mədəni ictimaiyyəti 8 noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Musavat.com xəbər verir ki, məktubda Azərbaycan torpaqlarının azadlığı, ərazi bütövlüyü və suverenliyinin bərpa olunması, ədalətin bərqərar olması uğrunda xalqımızın apardığı tarixi mübarizənin simvoluna çevrilmiş 8 noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə Prezident təbrik edilib. “Azərbaycan xalqına bəxş etdiyiniz bu Qələbə üçün Sizə sonsuz ehtiram və minnətdarlığımızı bildiririk. Memarı olduğunuz bu şanlı Zəfər xalqımızın əsrlər boyu daşıdığı ədalət idealının gerçəkliyə çevrilməsi, apardığı haqq mübarizəsinin ali zirvəsi və milli iradənin tarix qarşısında təntənəsidir. Vətən müharibəsi…

Read More
Cəbhədən Xəbər 

Hərbi Prokurorluqda Zəfər Günü ilə bağlı tədbir keçirilib

Hərbi Prokurorluqda Silahlı Qüvvələrin müxtəlif qoşun növlərinin Vətən müharibəsinin iştirakçısı olmuş bir qrup hərbi qulluqçusunun iştirakı ilə 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Bu barədə Musavat.com-a Hərbi Prokurorluqdan məlumat verilib. Bildirilib ki, öncə Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, dahi liderin əziz xatirəsi ehtiramla yad edilib. Daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib. Tədbiri açıq elan edən Azərbaycan Respublikasının Baş prokurorunun müavini – Hərbi prokuror Bəhruz Əhmədov Zəfər bayramı münasibətilə xalqımızı, o cümlədən hərbi qulluqçuları və Hərbi…

Read More
Cəmiyyət 

Təranə Səmədova azadığa çıxır?

Prodüser Təranə Səmədovanın cəza müddəti azaldılıb. Məsələ ilə bağlı aparıcı Lalə Azərtaş “Təsir dairəsi” proqramında danışıb. O bildirib ki, T.Səmədovanın azadlığa çıxması üçün yenidən məhkəməyə müraciət edəcəklər: “Təranə Səmədova yenidən həbsxanaya qayıtdı. Amma bu o demək deyil ki, uduzduq. Təranənin həbs müddəti azaldıldı. 6 illik həbs müddəti 5 ilə salındı. Amma bundan da yaxşı olacaq. Təranə yaxın günlərdə azadlığa çıxa bilər”. Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təranə Səmədova 6 il müddətində azadlıqdan məhrum edilmişdi./Yeni Sabah

Read More
Gündəm 

Azərbaycan üçün SU-25 qaçırmışdı – Bu gün Milli Qəhrəman adı verildi

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ilk hərbi təyyarəçisi baş leytenant Vaqif Bəxtiyar oğlu Qurbanov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə təltif edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Vaqif Qurbanov kimdir? Milli Qəhrəmanın dosyesini təqdim edirik: Vaqif Bəxtiyar oğlu Qurbanov 30 dekabr 1967-ci ildə Bakıda anadan olub. Əslən Tovuz rayonunun Qovlar kəndindəndir. 1989-cu ildə Borisoqlebsk Ali Hərbi Aviasiya Məktəbini bitirib. Təhsilini başa vurduqda sonra SSRİ Hərbi Hava Qüvvələrində, daha dəqiq Əfqanıstan müharibəsi zamanı təşkil edilmiş və “Su-25” təyyarələri ilə komplektləşdirilmiş Sitalçaydakı Aviasiya polkunda zabit kimi xidmət edib. Bunun ardınca…

Read More
Siyasət 

Cənubi Qafqazda sülh gündəliyi: Gürcüstandan Azərbaycan-Ermənistan dialoquna REAKSİYA

Son zamanlar Gürcüstan rəsmiləri Azərbaycanla Ermənistan arasında sülh prosesi çərçivəsində atılan addımlar, o cümlədən Gürcüstanla Azərbaycan arasında strateji tərəfdaşlığın önəminə diqqət çəkməyə başlayıblar. Oktyabrın 31-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasının Səmərqənd şəhərinə işgüzar səfəri çərçivəsində Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili ilə görüşüb. Boçorişvili bildirib ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır, ikitərəfli münasibətlər kifayət qədər intensivdir və daimi fikir mübadiləsi vacibdir. Nazirin sözlərinə görə, görüşdə Orta Dəhlizin inkişafı baxımından Gürcüstan və Azərbaycanın mövqeyindən daha səmərəli istifadə üzrə gələcək addımlar planlaşdırılıb: “Konkret layihələrlə bağlı iş aparılır və bu kontekstdə…

Read More
Gündəm 

Pəncəli Teymurov və Vaqif Qurbanovun ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı yeni Sərəncamlarla “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş Teymurov Pəncəli Nurməmməd oğlunun və Qurbanov Vaqif Bəxtiyar oğlunun ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edilib. Bu barədə Musavat.com-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Hər iki şəhid qəhrəmanımızın ailə üzvlərinə təqaüd təyinatı onların müraciətinə və hər hansı sənəd təqdim etməsinə ehtiyac olmadan, təqaüdə hüquq yaranan anda elektron sistem üzərindən proaktiv qaydada aparılıb. Prezidentin aylıq təqaüdü (2000 manat) Milli Qəhrəmanlarımızın özlərinə, şəhidlik zirvəsinə ucalmış Milli Qəhrəmanlarımızın isə ailə üzvlərinə təyin olunaraq ödənilir.

Read More
Siyasət 

Azərbaycanın mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. Musavat.com müraciəti təqdim edir: “Azərbaycan torpaqlarının azadlığı, ərazi bütövlüyü və suverenliyinin bərpa olunması, ədalətin bərqərar olması uğrunda xalqımızın apardığı tarixi mübarizənin simvoluna çevrilmiş 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə Sizi təbrik edir, Azərbaycan xalqına bəxş etdiyiniz bu Qələbə üçün Sizə sonsuz ehtiram və minnətdarlığımızı bildiririk. Memarı olduğunuz bu şanlı Zəfər xalqımızın əsrlər boyu daşıdığı ədalət idealının gerçəkliyə çevrilməsi, apardığı haqq mübarizəsinin ali zirvəsi və milli iradənin tarix qarşısında təntənəsidir. Vətən müharibəsi…

Read More