Cəmiyyət 

Su haqqında bildiklərimiz yanlış imiş: Ekspertdən şok açıqlama

Gündəlik nə qədər su içməli olduğumuzla bağlı sual illərdir müzakirə olunur. İnsanların çoxu “gündə 1,5-2 litr su içmək lazımdır” qaydasını qəbul etsə də, mütəxəssislər bunun hər kəs üçün eyni dərəcədə doğru olmadığını bildirir. Publika.az xəbər verir ki, bu barədə qida mütəxəssisi Viktoriya Strijevskaya danışıb. Onun sözlərinə görə, gündəlik maye norması yalnız içilən sudan ibarət deyil. Gün ərzində qəbul edilən bütün içkilər, həmçinin qidalardakı maye – şorbalar, meyvə-tərəvəz və digər məhsullar da bu normaya daxildir. Bu isə o deməkdir ki, düzgün qidalanan insan artıq mayenin bir hissəsini yeməklərdən alır. Ekspert vurğulayıb ki,…

Read More
Cəmiyyət 

Sosial mediadan istifadə mədəniyyəti yalnız məlumat paylaşmaqla məhdudlaşmır

Müasir dövrdə sosial şəbəkələr, sosial media gənclərin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. İnternet və smartfonların geniş yayılması nəticəsində sosial şəbəkələr artıq insanların əsas ünsiyyət və məlumat mənbələrindən biri hesab olunur. Xüsusilə gənclər gün ərzində müxtəlif sosial platformalarda aktiv olur, xəbərləri izləyir, fikirlərini bölüşür və digər insanlarla əlaqə saxlayırlar. Lakin sosial medianın həyatımızda bu qədər geniş yer tutması onun düzgün və mədəni şəkildə istifadə edilməsinin vacibliyini daha da artırır. Araşdırmalar göstərir ki, gənclərin böyük bir hissəsi gün ərzində bir neçə saatını sosial şəbəkələrdə keçirir. Bu platformalar vasitəsilə onlar dünyanın müxtəlif ölkələrində…

Read More
Sosial 

Qadın və kişilərin maaş bərabərliyinə reaksiya

Milli Məclisin iclasında Əmək Məcəlləsinə və “Gender bərabərliyinin təminatları haqqında” qanun layihəsinə dəyişikliklərin müzakirəsi zamanı deputat Elçin Mirzəbəyli çıxış edib. Musavat.com-un məlumatına görə, deputat bildirib ki, müzakirəyə təqdim olunan qanun layihəsi mahiyyət etibarilə əmək münasibətlərində bərabərlik prinsipinin daha yüksək hüquqi standartlara uyğunlaşdırılmasına xidmət edir: “Birinci oxunuşun tələblərinə uyğun olaraq qeyd etmək lazımdır ki, layihənin əsas ideyası “eyni işə görə bərabər əməkhaqqı” prinsipindən “bərabər dəyərli işə görə bərabər əməkhaqqı” prinsipinə keçidin təmin edilməsidir. Bu isə yalnız terminoloji dəyişiklik deyil, əmək hüququnun fəlsəfəsində mühüm baxış bucağıdır. Mövcud qanunvericilikdə bərabərlik prinsipi əsasən eyni…

Read More
Cəmiyyət 

Azərbaycanda bu ailələrə güzəşt tətbiq olunacaq

Minatəmizləmə zamanı həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılacaq. Musavat.com xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Bildirilib ki, dəyişiklik minatəmizləmə fəaliyyətini həyata keçirən zaman vəzifə borcunu yerinə yetirərkən həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin vergi tutulmalı olan aylıq gəlirinin 400 manat məbləğində azaldılmasını nəzərdə tutur. Bu qanun layihəsinin keçid müddəalarına əsasən, 2026-cı il sentyabrın 15-dən tətbiq edilməsi nəzərdə tutulan dəyişikliklər bu qanun qüvvəyə mindiyi tarixədək minatəmizləmə fəaliyyətini həyata…

Read More
Gündəm 

Deputatdan ŞOK ÇIXIŞ

Deputat Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı çıxış edib. Musavat.com-un məlumatına görə, deputat bildirib ki, bu məsələ komitə iclasında da çox geniş müzakirə olunub: “Orada təklif verənlərdən biri də mən idim ki, “reallığı əks etdirməyən” ifadəsi normadan çıxarılsın, yaxud da onun yerinə yazılsın ki, “şəxsin şərəf və ləyaqətini alçaldan, onun işgüzar nüfuzuna ziyan vuran foto, video və audio materialları hazırlama cinayət məsuliyyəti yaradır”.…

Read More
Cəmiyyət 

TƏCİLİ: Azərbaycanda vulkan püskürdü

Aprelin 9-da Abşeron yarımadasında yerləşən Bozdağ-Güzdək palçıq vulkanda növbəti püskürmə qeydə alınıb.  Musavat.com xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, püskürmə yerli vaxtla saat 22:26-da başlayıb və altı dəqiqə davam edib: “Püskürmə bir faza ilə xarakterizə olunub. Palçıq vulkanlarının monitorinqi stansiyalarının məlumatlarına əsasən, Bozdağ-Güzdək palçıq vulkanda ocağın dərinliyi 3.0 kilometr, püskürməyin davamlılığı 6 dəq, ayrılan enerjisi isə – 6.32*106 Coul təyin edilib”.

Read More
Sosial 

Bazarda satılan çiyələklər TƏHLÜKƏLİDİRMİ?

Son illər bazarlarda və marketlərdə mövsümdənkənar meyvələrin bolluğu adi hala çevrilib. Xüsusilə də çiyələk kimi həssas və tez xarab olan giləmeyvələrin ilin demək olar ki, hər dövründə satışda olması istehlakçılarda həm maraq, həm də müəyyən suallar yaradır. Parlaq görünüşü, iri ölçüsü və eyni formalı olması ilə seçilən bu çiyələklər ilk baxışdan cəlbedici görünsə də, onların necə və hansı şəraitdə yetişdirildiyi məsələsi diqqətdən kənarda qalmamalıdır. Bu gün piştaxtalarda təqdim olunan çiyələklər qiymət baxımından əlçatan olsa da, onların mövsümə uyğunluğu, yetişdirilmə üsulu və tərkibində mümkün kimyəvi maddələrin olub-olmaması istehlakçı üçün əsas müzakirə…

Read More
Cəmiyyət 

Minatəmizləyənlərin övladlarına güzəştlər

Milli Məclisin bu gün keçirilən iclasında “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunub. Musavat.com xəbər verir ki, sənədə əsasən, minatəmizləmə zamanı həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin övladlarının təhsil haqları dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Layihə barədə Elm və təhsil komitəsinin sədri Anar İskəndərov məlumat verib. Bildirilib ki, dəyişiklik minatəmizləmə fəaliyyəti həyata keçirən zaman həlak olmuş minatəmizləyənlərin övladlarının mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikasının təhsil müəssisələrində ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini nəzərdə tutur. Bu qanun layihəsinin keçid müddəalarına…

Read More
Cəmiyyət 

Bu ölkəyə SƏFƏR edən sürücülərə “yaşıq işıq” – QAYDA dəyişdi

Azərbaycan və Belarus sürücülük vəsiqələrini qarşılıqlı tanıyacaq. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılmış “Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb. Nəqliyyat məsələləri üzrə ekspert Adil Nəbiyev Musavat.com-a şərhində bildirib ki, bəzi ölkələr müəyyən müddət üçün sürücülük vəsiqələrini qarşılıqlı tanıyır: “Bəzi ölkələrdə tərcümə tələb olunur. Azərbaycan vətəndaşları, məsələn, Rusiyaya qısamüddətli, 3 yaxud 6 aylıq səfər edərkən sürücülük vəsiqəsindən istifadə edə bilirlər. Vəsiqələrin qarşılıqlı tanınması rəsmiləşdikdə isə heç bir əlavə prosedura ehtiyac olmur. Qarşılıqlı…

Read More
Gündəm 

Əli Əsədov qərar imzaladı

“İstilik təchizatı şəbəkəsinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər” təsdiq edilib. Musavat.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Tələblərə əsasənistilik şəbəkələrin mühafizəsinin təmin olunması, istismarı üçün şəraitin yaradılması və zədələnməsinin qarşısının alınması, həmçinin insanların həyat və sağlamlığının, təhlükəsizliyinin təmin edilməsi məqsədilə şəbəkənin mühafizə zonalarının ölçüləri müəyyənləşdirilmiş, həmin zonalarda təsərrüfat işlərinin aparılmasına dair tələblər nəzərdə tutulmuşdur. Mühafizə zonalarının ölçüləri yeraltı, yerüstü şəbəkələrdən və açıq istilik təchizatı sistemlərindən binalara, qurğulara və mühəndis şəbəkələrinə qədər şaquli və üfüqi məsafələrə əsasən müəyyən edilir.

Read More