Hava 

Hava nə vaxt düzələcək?

Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, oktyabrın 30-u saat 9:00-a olan faktiki hava şəraiti dəyişkən olub. Hazırda ölkənin bir çox bölgəsində küləkli və yağıntılı hava hökm sürür, bəzi yerlərdə leysan xarakterli intensiv yağışlar müşahidə olunur. Yüksək dağlıq ərazilərdə qar yağır. Qrızda qarın hündürlüyü 10 sm, Şahdağ və Xınalıqda 8 sm, Laza və Kəlbəcərdə isə 3 sm təşkil edir. Düşən yağıntının miqdarı Qusarda 20 mm, Qubada və Ağstafada 19 mm, Yevlaxda 7 mm, Şəki, Qax, Qəbələ, Xızı və Daşkəsəndə 6 mm olub. Yağış…

Read More
Siyasət 

Kilsə Azərbaycana qarşı: qapı-qapı düşüb…

Erməni revanşist düşüncəli kilsə xadimləri qapı-qapı gəzərək Bakıda mühakimə olunan hərbi canilərin azadlığa buraxılması mövzusunu müzakirə edirlər. Bu dəfə “Bakıda qeyri-qanuni saxlanılan erməni məhbusların azad edilməsi təcili imperativdir”, – deyə Kilikiyanın Böyük Evinin katolikosu Aram I Beynəlxalq Xristian Həmrəyliyi Təşkilatının prezidenti Con Eybnerlə görüşü zamanı deyib. Eybner onların təşkilatının Ermənistanda və “artsax”da, eləcə də “Bakıda qanunsuz saxlanılan erməni məhbuslar adından gördüyü işləri” təqdim edib.  Bundan əvvəl isə katolikos I Aram Kanada baş naziri ilə görüşdə bu məsələləri müzakirə etmişdi. Göründüyü kimi, kilsə indi də Araik və ortaqları olan hərbi canilərin…

Read More
Gündəm 

Regional turizm şuralarının işçi qruplarının iclasları keçirilib

  28-29 oktyabr tarixlərində Qəbələ və Qax-Balakən Regional Turizm Şuralarının işçi qruplarının iclasları keçirilib. Görüşlərdə turizm şuralarının əhatə etdiyi rayonlar üzrə fəaliyyət göstərən dövlət qurumlarının yerli nümayəndəlikləri, eləcə də turizm sahəsi ilə birbaşa və ya dolayısı ilə bağlı olan dövlət və özəl sektor təmsilçiləri iştirak ediblər. Görüşlərdə rayon icra hakimiyyəti başçılarının müavinləri çıxış edərək şuraların yaradılmasının regionun sosial-iqtisadi inkişafına və əhalinin rifahının yüksəldilməsinə töhfə verəcəyini vurğulayıblar. Dövlət Turizm Agentliyinin sədrinin müşaviri və şuraların sədri Kənan Quluzadə çıxışında regional turizm şuralarının yaradılmasının məqsədi və onların fəaliyyətini tənzimləyən normativ-hüquqi baza barədə məlumat…

Read More
Hava 

Oktyabrın son gününün hava proqnozu AÇIQLANDI

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilb ki, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-14, gündüz 18-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-12, gündüz 18-22, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə…

Read More
Gündəm 

Rayon rəhbərləri niyə bir-bir həbs olunur – “mini krallıqların” sonu, yoxsa… ?

Xəbər verdiyimiz kimi, Balakən Rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən genişmiqyaslı əməliyyat keçirilib. Əldə olunan ilkin məlumata görə, əməliyyat korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı aparılıb. Bu əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayev və bir neçə digər vəzifəli şəxs saxlanılıb. Qeyd edək ki, İslam Rzayev 18 may 2011-ci ildən Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. O, uzun müddət bölgədə əsas fiqurlardan biri hesab olunurdu. Lakin son illər dövlət səviyyəsində aparılan antikorrupsiya siyasəti fonunda onun da adı tez-tez neqativ kontekstdə hallanırdı. Əslində, Rzayevin saxlanılması ictimaiyyətdə elə…

Read More
Siyasət 

SON DƏQİQƏ: İcra başçısı vəzifəsindən azad edildi – Prezidentdən SƏRƏNCAM

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Vahid oğlu Rzayev vəzifəsindən azad edilib. Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, Balakən Rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində rayonun icra başçısı İslam Rzayev, onun müavinləri, rayonun baş memarı və digərlərinin saxlandığı bildirilir. Saxlanılanlar korrupsiya cinayətlərində şübhəli bilinirlər.

Read More
Gündəm 

ABŞ Azərbaycan sülhməramlılarını Qəzzaya cəlb etmək istəyir, Bakının cavabı necə olacaq?

ABŞ Azərbaycana müraciət edərək onun Qəzzada təhlükəsizliyin təmin edilməsi üçün beynəlxalq missiyaya qoşulmasını xahiş edib. Bu barədə Report.az “AnewZ” kanalına istinadən yazıb. Məlumata görə, Bakı hələ yekun qərar qəbul etməyib. Mənbə qeyd edir ki, Azərbaycanın mövqeyi qətidir: “Hər hansı bir iştirak beynəlxalq legitimliyi təmin edən və aydın mandatı müəyyən edən BMT Təhlükəsizlik Şurasının qətnaməsinə əsaslanmalıdır”. Telekanal xatırladır ki, bu missiya BMT-nin klassik sülhməramlı əməliyyatı deyil. Mənbə, həmçinin bildirib ki, ərəb tərəfdaşlar Azərbaycanın İslam dünyası ilə uzunmüddətli əlaqələrə və Fələstinlə əməkdaşlığa əsaslanan balanslı mövqeyini vurğulayıblar. Milli Məclisin deputatı Hikmət Babaoğlu Musavat.com-a…

Read More
Hadisə 

Azərbaycanda toyda KÜTLƏVİ DAVA: saxlanılanlar var

Naxçıvanda toyda kütləvi dava olub. Hadisə şəhər ərazisindəki “Araz” restoranında baş verib. Toy mərasimi zamanı qonaqlar arasında naməlum səbəbdən dava olub. Bu zaman hadisə yerinə polis əməkdaşları cəlb olunub. Hadisə zamanı qonaqlardan biri uca səslə nalayiq ifadələr işlədib. Polislər ona irad bildirib söyüşü dayandırmağı tələb etsələr də şəxs məhəl qoymayıb və hərəkətlərinə davam edib. Dava iştirakçısı olan bir neçə nəfər polis bölməsinə aparılıb. Söyüş söyən şəxs bölmədə də hərəkətlərini davam etdirərək, sərxoş halda nalayiq ifadələr işlədib. Bu əməlinə görə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis…

Read More
Cəmiyyət 

Bakıda bu məktəbdə şagirdlər 1 aydır dərsə getmirlər – FOTOFAKT

Bakı məktəbində şagirdlərin bir aydan çox müddətdə dərsə getmədiyi məlum olub. Bu barədə məlumatı lent.az yayıb. Bildirilib ki, davamiyyətlə bağlı qeydlər məktəbin ənənəvi kağız jurnalında aparılıb. Məlumata əsasən, sözügedən jurnal Yasamal rayonunda yerləşən Aytəkin Məmmədov adına 38 saylı tam orta məktəbə məxsusdur. Hərçənd jurnalda sinif səviyyəsi göstərilməsə də, “Coğrafiya” və “İnformatika” fənləri üzrə sentyabr-oktyabr aylarının davamiyyət qeydləri şagirdlərin 90 faizindən çoxunun bu müddət ərzində dərsə qatılmadığını göstərir. Hazırda məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsinə sorğu göndərilib. İdarədən məsələyə münasibət bildirilməsi gözlənilir.

Read More