Gündəm 

Azərbaycan xalqı 44 gündə tarixi ədaləti bərpa edərək əbədi Zəfər tarixini yazdı

Ermənistanın Azərbaycana hərbi təcavüzünün davam etdiyi 30 il ərzində beynəlxalq riyakarlıq tarixi ədalətin bərpası üçün hərbi gücdən istifadəni labüd etdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu illərlə Ermənistan ordusunun məğlubedilməzliyi ilə bağlı formalaşdırılmış mifləri cəmi 44 günə darmadağın etdi. Noyabrın 9-dan 10-na keçən gecə isə Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanan üçtərəfli Bəyanatla hərbi əməliyyatlar dayandırıldı. Bu Qələbə yalnız döyüş meydanında əldə olunmayıb, eyni zamanda, Azərbaycanın diplomatik və siyasi uğurları ilə tamamlanaraq Zəfər Gününü tariximizdə…

Read More
Gündəm 

Dünyada bahalaşan və ucuzlaşan ərzaq məhsulları – SİYAHI

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Ərzaq Qiymətləri İndeksi (FFPI) 2025-ci ilin sentyabr ayında orta hesabla 128.8-ə bərabər olub. Bununla da ərzaq qiymətləri indeksi avqust ayı ilə müqayisədə 0.7% azalıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 3.4% artıb. Trend Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir ki, dövr ərzində ət məhsulları üzrə qiymət indeksi artıb, şəkər, bitki yağları, süd və taxıl məhsulları üzrə isə azalıb. TAXIL MƏHSULLARI (DƏNLİ BİTKİLƏR) Taxıl məhsullarının Qiymət İndeksi sentyabr ayında orta hesabla 105.0 bənd təşkil…

Read More
Gündəm 

İcra başçısının həbsi – Mehdiyevin klanı zərərsizləşdirilir

14 ildir Balakənin icra başçısı postunu tutan İslam Rzayevin PA-nın sabiq rəhbərinə yaxın kadr olduğu deyilir; DTX-nın yerli icra strukturlarında Mehdiyevə bağlı “rüşvət şəbəkələrinə” qarşı mübarizə davam edəcək Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanıldığı barədə xəbər yayılıb. Xəbərdə onun korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində saxlanıldığı bildirilir.  Mənbələr bildirir ki, əməliyyat çərçivəsində müxtəlif sənədlər və maliyyə materialları müsadirə olunub. Araşdırma orqanlarının diqqəti əsasən Balakən rayonunda dövlət vəsaitlərinin istifadəsi, torpaq bölgüsü, tikinti layihələri və tender mexanizmləri üzərində cəmlənib. Məlumata görə,…

Read More
Siyasət 

Lukaşenkonun düşməni Azərbaycandan nə istəyir?

Qərbin qoruması altında olan müxalifət liderinin ölkəmizə müraciətində məqsəd bəlli oldu – ekspert deyir ki… “AvroNest Gürcüstan, Ermənistan, Azərbaycan və Moldova parlamentarilərini bir arada toplaya biləcəyimiz yeganə formatdır”. Bunu oktyabrın 29-da AvroNest Parlament Assambleyasının İrəvanda keçirilən 12-ci plenar iclasına videomüraciətində Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya deyib. “Həmsədrləri təbrik etmək istəyirəm ki, insanları bu cür bir araya gətiriblər, Belarusun da orada təmsil olunmasını təmin ediblər. Bizim üçün AvroNest bir platformadan daha çox şey deməkdir, bu, oxşar problemləri olan xalqların həm ağrılarını, həm də uğurlarını bölüşə biləcəyi unikal yerdir. Hamımız üçün bu,…

Read More
Gündəm 

Revanşistlər istəyinə çatdı – sülh sazişi…

İrəvandakı hakim komanda konstitusiya dəyişikliyi haqda yekdil fikrə gələ bilmir, belə olduğu halda Ermənistan cəmiyyətinin referenduma gedərək anti-Azərbaycan müddəalarının əleyhinə səs verəcəyi az inandırıcı görünmür… Sülh sazişi ətrafında danışıqların əsas tormozlayıcı amili – Ermənistan Konstitusiyası belə görünür ki, bu il də dəyişdirilməyəcək. Narahat edən məqam həm də budur ki, Ermənistan hökumətinin özündə bu məsələdə yekdil mövqe yoxdur.  Məsələn, Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib: “Bizim konstitusiyamızda problem yoxdur. Qarabağ məsələsi artıq keçmişdə qalıb”. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə son  açıqlamasında etiraf etdi ki, tərəflər razılaşmanın bəzi məqamlarında ortaq…

Read More
Siyasət 

Bayrağında “ay-ulduz” olan üç ölkənin 8 Noyabr mesajı

Bu, həm siyasi-diplomatik, həm də hərbi-siyasi müstəvidə gücdür Bakıda 8 Noyabr Zəfər Günü münasibətilə keçiriləcək hərbi parada hazırlıqlar yekunlaşır. Hazırlıq tədbirləri çərçivəsində Azadlıq meydanı və ətraf ərazilərdə Azərbaycan Hərbi Hava Qüvvələrinin təlim uçuşları həyata keçirilib. Bakı səmasında bir neçə “Su-25″ qırıcı təyyarəsi də görülüb. Gözlənilir ki, paradda iki ölkə prezidenti-Rəcəb Tayyib Ərdoğan və Şahbaz Şərif də iştirak edəcək.     Pakistanın baş naziri Şahbaz Şərifin Azərbaycana səfər edəcəyi gözlənilir. “Report”a açıqlamasında Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin deyib. Diplomat bildirib ki, səfərin başlanması tarixi hələ dəqiqləşməyib: “Pakistan nümayəndə heyətinə hörmətli baş nazir rəhbərlik…

Read More
Siyasət 

Məzahir Pənahov da gedir – MSK yenidən formalaşacaq

Hazırkı tərkibdən kimlər kənarda qalacaq?  Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibi yenidən formalaşacaq. Bu barədə Metbuat.az-a MSK-dakı mənbə məlumat verib. Bildirilir ki, MSK-nın buraxılması ilin sonunadək də elan oluna bilər.  Məlumatlı şəxs bildirib ki, MSK-nın yeni tərkibi gələn ilin martında seçiləcək. Yada salaq ki, MSK-nın hazırkı tərkib 2021-ci ilin aprel ayının 27-də formalaşıb. Mövcud qanunvericiliyə görə, MSK-nın səlahiyyət müddəti 5 ildir. Hazırda MSK-ya Məzahir Pənahov sədrlik edir. O, gələn ilin mart ayında 75 yaşını tamamlayacaq.  Məzahir Pənahov 2000-ci ildən etibarən bu vəzifəni daşımaqdadır. O, 1998-2000-ci illərdə MSK-nın Beynəlxalq Əlaqələr İdarəsinin rəisi…

Read More
Siyasət 

Bakı ABŞ ilə strateji müttəfiqlik yolunda

İki ölkənin İşçi Qrupunun fəaliyyətinə tezliklə start veriləcək; Tramp dönəmində əlaqələr ən yaxşı dövrünü yaşayır – gözlənti  ABŞ Prezidenti Donald Tramp Cənubi Qafqazda məhz Azərbaycanı özünün strateji tərəfdaşı seçərək keçmiş administrasiyanın yanlış siyasətini düzəltməyə çalışır. Azərbaycan və ABŞ arasında münasibətlər 1990-cı illərin əvvəllərindən başlayaraq müxtəlif mərhələlərdən keçib. Lakin 2025-ci ilin avqustunda Vaşinqtonda imzalanan Anlaşma Memorandumu ikitərəfli münasibətlərdə strateji tərəfdaşlıq dövrünü açdı. Yaxın vaxtlarda ABŞ-Azərbaycan Strateji İşçi Qrupunun fəaliyyətinə start veriləcək. Bu barədə “Report”un ABŞ bürosuna Birləşmiş Ştatların Dövlət Departamentinin mətbuat xidmətindən məlumat verilib. Dövlət qurumundan bildirilib ki, bu təşəbbüs iki…

Read More
Cəmiyyət 

Ət bazarında qonşu asılılığı: İdxalın 98%-i iki ölkədən gəlir

“Ölkəyə gətirilən diri iri buynuzlu heyvanların 65%-i Rusiyadan, 10%-i Qazaxıstandan, 25%-i isə Gürcüstandan idxal olunur. Diri xırda buynuzlu heyvanların 88%-i Gürcüstandan, 10%-i isə Rusiyadan gətirilir. Beləliklə, Azərbaycanın diri heyvan idxalının 98%-i məhz bu iki ölkənin payına düşür. Təbii ki, burada coğrafi yaxınlıq və logistika üstünlüyü mühüm rol oynayır”. Bunu BiG.AZ-a açıqlamasında iqtisadçı Xalid Kərimov bildirib. O, qeyd edib ki, təzə və soyudulmuş mal əti üzrə əsas tədarükçü ölkə Belarusiyadır. Hazırda Belarusiya Azərbaycan bazarına gətirilən təzə və soyudulmuş mal ətinin təxminən 99%-ni təmin edir: “Dondurulmuş iri buynuzlu heyvan ətləri arasında Ukraynanın payı…

Read More
Cəmiyyət 

Valideynlərdən pul yığılması qanunsuzdur — məktəblərin xərclərini dövlət qarşılayır

“Məktəblərin maliyyələşmə mexanizmləri göstərir ki, dövlət ümumtəhsil müəssisələrinin saxlanılması, təmiri və təsərrüfat xərcləri dövlət büdcəsi hesabına təmin edilir. “Təhsil haqqında” Qanuna əsasən, məktəblərin tikintisi və təmiri yalnız büdcə vəsaiti ilə həyata keçirilə bilər. Bu, valideynlərdən pul yığılmasının qanunsuz olduğunu açıq göstərir. Bununla belə, bəzi hallarda məktəb rəhbərləri və valideyn komitələri siniflərin təmiri, pərdələrin və işıqlandırmanın yenilənməsi kimi işlər üçün valideynlərdən pul toplamağa meyllənirlər. Bu yanaşma qanunsuz olmaqla yanaşı, təhsil sisteminə ictimai etimadı da azaldır”. Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib. O, qeyd edib ki, 2024-cü ilin dövlət büdcəsində təhsil…

Read More