Cəmiyyət 

Gələn ildən Laçına müntəzəm uçuşlara başlanıla bilər

2026-cı ildə Laçın Beynəlxalq Hava Limanına müntəzəm reyslərin həyata keçirilməsinə başlanıla bilər. Musavat.com xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb. Sənədə əsasən, gələn il “Azərbaycan Hava Yolları” QSC Naxçıvan Muxtar Respublikasına həyata keçirdiyi reyslər, Böyük Vətən müharibəsi əlilləri və iştirakçılarının, habelə onlara bərabər tutulan şəxslərin Müstəqil Dövlətlər Birliyi ölkələrinə nəqliyyatda gedişlə bağlı tətbiq edilən güzəştlər hesabına yaranan zərərin ödənilməsi, Füzuli və Laçın aeroportlarına təşkil edəcəyi reyslərə görə yaranacaq zərərin subsidiyalaşdırılması məqsədilə dövlət büdcəsindən 5,9 milyon manat vəsait alacaq.

Read More
Gündəm 

Ayda 16 AZN ödəyəcəksiniz -YENİ QANUN

Qanuna edilən dəyişikliklərə əsasən, heç bir yerdə işləməyən və sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər icbari tibbi sığorta xidmətlərindən yararlanmaq üçün ödəniş etməli olacaqlar. İndiyədək bu kateqoriyaya aid şəxslər tibbi sığorta xidmətlərindən dövlət vəsaiti hesabına faydalanırdılar. Lakin yeni qaydaya görə, onlar illik olaraq minimum əməkhaqqının 48 faizi həcmində sığorta haqqı ödəməli olacaqlar. Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sfera.az-a açıqlamasında bildirib ki, bu dəyişiklik həm sosial ədalət, həm də maliyyə davamlılığı baxımından əsaslandırılsa da, praktiki baxımdan suallar doğurur: “Hazırda minimum əməkhaqqı 400 manatdır. Əgər 48%-i ödəniş kimi nəzərdə tutulursa, bu, təxminən 192…

Read More
Gündəm 

Azərbaycanda kart ovuna çıxan şəbəkə -78 minlik əməliyyat ifşa olundu

Şəbəkə üzvləri bank və mağaza adından saxta səhifələr yaradaraq vətəndaşların kart məlumatlarını ələ keçiriblər. Musavat.com Teleqraf-a istinadən xəbər verir ki, bank kartlarından külli miqdarda pul vəsaitinin ələ keçirilməsi ilə bağlı “Telegram” üzərindən fəaliyyət göstərən fişinq şəbəkəsinin işi məhkəmədə araşdırılır. İstintaq materiallarına görə, təqsirləndirilən şəxs 2024-cü ilin əvvəlindən “Telegram” sosial şəbəkəsində fəaliyyət göstərən “Underground Azerbaijan” və “Dark Money” adlı gizli qruplarda “CETOX”, “MOSSAD2X” və “Olimpus_Prime” profilləri ilə cinayət əlaqəsinə girib. İttihama əsasən, qrup üzvləri “Instagram” və digər sosial platformalarda bir sıra bank və ticarət şəbəkələrinin adından saxta səhifələr yaradaraq, vətəndaşlara endirim,…

Read More
Təhsil 

Bu müəllimlərə maaşdan əlavə pul veriləcək

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən ali təhsil müəssisəsində çalışan bir qrup müəllimə pul veriləcək. Musavat.com xəbər verir ki, agentlik ümumilikdə 24 ali məktəb müəllimi ilə müqavilə bağlayıb. Bağlanmış müqavilələrə əsasən, ali təhsil müəssisəsində təşkil olunacaq proqram akkreditasiyanın qiymətləndirilməsi işlərinə cəlb olunmuş aşağıdakı müəllimlərə qeyd olunan məbləğdə pul veriləcək: 1)Əliyeva Leyla Xudat – 900 AZN 2) Talıbova Esmira Şirin qızı – 750 AZN 3) Mirzəli Röya Nəriman qızı – 750 AZN 4) Saribəyli Fidan Ramiz qızı – 750 AZN 5) Həsənov Samir Hüseynağa oğlu – 750 AZN 6) Məmmədova Günay…

Read More
Cəmiyyət 

“AZAL-ın təyyarəsi İrəvana enəndə bizə təəccüblə baxdılar” – Ermənistana gedən azərbaycanlılar DANIŞDILAR

Xəbər verdiyimiz kimi, Azərbaycanın vətəndaş cəmiyyətləri nümayəndələri Ermənistanın paytaxtı İrəvanda olublar. Görüş iki ölkə arasında sülh prosesinə dəstək məqsədi daşıyıb və bu formatda keçirilən ilk təmas kimi qiymətləndirilir. Məlumata görə, Azərbaycanın bort nömrəsi 4K-ASG olan “Azerbaijan Airlines” aviaşirkətinə məxsus “Gulfstream G650” tipli təyyarə oktyabrın 21-də Bakıdan İrəvana uçub. Uçuş Heydər Əliyev Beynəlxalq Aeroportundan saat 15:00-da həyata keçirilib və təyyarə yerli vaxtla saat 16:01-də “Zvartnots” hava limanına enib. Uçuş planlaşdırılan vaxtdan cüzi fərqlə baş tutub. İrəvanda Azərbaycan nümayəndə heyəti Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri, eləcə də rəsmi şəxslərlə bir sıra görüşlər keçirib.…

Read More
Cəmiyyət 

Media subyektləri daha 3 il vergidən azad olunur

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. Musavat.com-un xəbərinə görə, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Qeyd edək ki, media subyektləri üçün 3 illik vergi güzəştinin müddəti 2026-cı il yanvarın 1-də başa çatırdı. Beləliklə, bu müddət daha 3 il uzadılır.

Read More
Cəmiyyət 

Əhaliyə ƏDV ilə bağlı şad xəbər – Gələn ildən…

2026-cı ildə “ƏDV gerial” mexanizminin tətbiqi sahələri genişləndiriləcək. Bu məsələ “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Layihədə bildirilib ki, “ƏDV gerial” mexanizminin tətbiqi sahələrinin genişləndirilməsi (bərbər, gözəllik və kosmetoloji xidmətlər üzrə) 2026-2029-cu illər üzrə gəlir siyasətinin əsas istiqaməti kimi müəyyənləşdirilib.

Read More
Gündəm 

İpoteka almaq istəyənlərə ŞAD XƏBƏR: 100 milyon manat ayırıldı

2026-cı ildə Azərbaycanın dövlət büdcəsindən İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması üçün 85 milyon manat, sahibkarların banklardan manatla aldığı (2018-ci il yanvarın 1-dən 2026-cı il dekabrın 31-dək olan dövr) kreditlərə hesablanmış faizlərə görə subsidiyanın verilməsi üçün isə 15 milyon manat vəsait nəzərdə tutulub. Musavat.com xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb. Beləliklə, Fond gələn il büdcədən 100 milyon manat alacaq. “Bu vəsait əhalinin mənzilə tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi, həmçinin sahibkarların fəaliyyətinin stimullaşdırılması üçün əlavə imkanlar yaradacaq”, – deyə…

Read More
Gündəm 

İrəvana enən AZAL təyyarəsi və Xocalı hava limanı ilə bağlı arzusu qursağında qalanlar

12-13 il əvvəl Xocalı canisi Serj Sərkisyanın Ermənistan prezidenti olduğu zaman dediyi o sözlər yadınızdan çıxmayıb yəqin. Bir daha xatırlatmaqda fayda var: “Xocalı aeroportu mütləq istifadəyə veriləcək. Buna heç bir şübhə olmamalıdır. Mən İrəvan – Xocalı reysinin ilk sərnişini olacam”, demişdi həmin bu cani. Dediklərinin bir hissəsi tezliklə reallaşacaq, azad Xocalıdakı hava limanı da tezliklə yenidən qurulacaq və istifadəyə veriləcək! Amma Sərkisyanın İrəvan-Xocalı reysi ilə bağlı hikkəli arzusu onun gözlərində və qursağında qalacaq, o dünyada da! Bilirsiniz, Sərkisyan mövzusunu niyə xatırlatdım? Oktyabrın 21-də “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarə Ermənistanın…

Read More
Cəmiyyət 

Gələn ayın qeyri-iş günləri – TƏQVİM

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2025-ci il istehsalat təqviminə əsasən noyabrda 12 gün qeyri-iş günü olacaq. 8 noyabr – Zəfər Günü şənbə gününə, 9 noyabr – Dövlət Bayrağı Günü isə bazar gününə təsadüf etdiyindən 10 və 11 noyabr tarixləri qeyri-iş günü olacaq. Ümumilikdə, noyabr ayında şənbə və bazar günləri də daxil olmaqla aşağıdakı tarixlər qeyri-iş günləridir: 1, 2, 8, 9, 10, 11, 15, 16, 22, 23, 29 və 30 noyabr. Beləliklə, noyabr ayında ümumilikdə 12 qeyri-iş günü olacaq. Qeyd edək ki, Konstitusiya Günü (12 noyabr) və Milli Dirçəliş…

Read More