Mehdiyevə TİBBİ EKSPERTİZA təyin olunacaq: YADDAŞINI itirib?– məsuliyyətdən yayınmaq üçün ŞOK OYUN
Ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin səhhətində problemlər yaranması barədə məlumatlar yayılıb. Oxu24.com saytı yayılan informasiyalarla bağlı dəqiq məlumat əldə etdiyini yazıb. Mehdiyevlərə yaxın mənbənin verdiyi məlumata görə, “boz kardinal”ın son günlərdə səhhətində ciddi problemlər yaranıb. Onun tez-tez huşunu itirdiyi, yaddaşının gedib-gəldiyi iddia olunur. Hətta, ailə yaxın həkimlə də bu haqda məsləhətləşmələr aparıb. Onun azheimer xəstəliyindən əziyyət çəkdiyi iddia olunur. Mənbə qeyd edib ki, onda bu xəstəliyin olması hələlik rəsmi təsdiqini tapmayıb. Qanunvericiliyə görə, bunun üçün məhkəmənin qərarı ilə məhkəmə tibbi ekspertizası təyin edilməlidir. Ehtimal olunur ki, Ramiz Mehdiyev bu…
Read More