Siyasət 

Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açılıb

Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin rəsmi açılışı olub. Musavat.com xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Vatikanın dövlət katibi kardinal Pietro Parolin tədbirdə iştirak ediblər. Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov səfirliyinin inzibati ofisi barədə məlumat verib. Bildirilib ki, səfirliyin inzibati ofisi Müqəddəs Pyotr Bazilikasına aparan əsas küçə olan Via Conciliazioneda, Vatikanın Apostol Sarayına çox yaxın bir ərazidə yerləşir. Burada Vatikana məxsus rəsmi qurumlar, eləcə də Müqəddəs Taxt-Tacda akkreditə olunmuş bir neçə səfirliyin inzibati ofisləri də yerləşir. Diqqətə çatdırılıb ki, Azərbaycanla Müqəddəs Taxt-Tac arasındakı münasibətlər son illərdə qarşılıqlı…

Read More
Cəmiyyət 

General Anar Cahangirova AĞIR İTKİ -FOTO

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinə ağır itki üz verib. Manset.az-ın əldə etdiyi məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, general-mayor Anar Cahangirovun anası Svetlana Cahangirova ötən gün vəfat edib. Mərhum artıq dəfn edilib. Hazırda yas mərasimi Heydər məscidində keçirilir. Allah rəhmət eləsin!

Read More
Gündəm 

Prezident İlham Əliyev: Qazaxıstanın Azərbaycan ilə münasibətləri qardaşlıq və etimad nümunəsidir – MÜSAHİBƏ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstana dövlət səfəri ərəfəsində “Kazinform”a eksklüziv müsahibəsində iki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsindən, nəqliyyat, logistika, neft-qaz sahələrində əməkdaşlığın sürətli inkişafından, həmçinin yaşıl enerji sahəsində birgə işin perspektivlərindən və Türk Dövlətləri Təşkilatı çərçivəsində təşəbbüslərdən bəhs edib. Musavat.com müsahibəni təqdim edir. -Hörmətli cənab Prezident, ən yaxın vaxtda Sizin Qazaxıstan Respublikasına dövlət səfəriniz gözlənilir. Azərbaycan ilə Qazaxıstan arasında siyasi münasibətlərin hazırkı səviyyəsini necə xarakterizə edərdiniz və qarşıdakı səfərdən gözləntiləriniz nədən ibarətdir? -Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur. Ötən onilliklər…

Read More
Region Xəbərləri 

Xankəndidə “Müstəqilliyin Bərpası Günü”nə həsr olunan tədbir keçirilib- FOTO

Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbində 17 oktyabr – “Füzuli Şəhəri Günü” və 18 oktyabr – “Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Günü” münasibətilə geniş tədbir keçirilib. Tədbirdə Xankəndi şəhəri və Xocalı rayonu üzrə sektor müdiri Rizvan Ələsgərov, məktəbin direktor əvəzi Tərlanxanım Allahverdiyeva, müəllim və şagird kollektivi iştirak ediblər. Tədbirdə çıxış edənlər “Müstəqilliyimiz əbədi və əzəli olsun” mövzusunda çıxış edərək Azərbaycanın dövlət müstəqilliyinin əhəmiyyətindən, bu yolda xalqımızın keçdiyi tarixi mərhələlərdən bəhs edib. 44 günlük Vətən müharibəsində yoldaşı qəhrəmancasına şəhid olmuş məktəbin ingilis dili müəllimi Könül Namazlı çıxışında qeyd…

Read More
Cəmiyyət 

Əhaliyə verilən istilik enerjisi sayğacla ölçüləcək

“Əhaliyə verilən istilik enerjisi mütləq şəkildə sayğacla ölçülməlidir”. Musavat.com xəbər verir ki, bunu “Report”a müsahibəsində “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev bildirib. Onun sözlərinə görə, bu həm şəffaflıq, həm də xərclərin optimallaşdırılması baxımından vacibdir: “Biz son iki ildə bu mövzunu aktiv şəkildə gündəmə gətirmişik. Əvvəllər bu məsələ ümumiyyətlə müzakirə olunmurdu. Ola bilsin ki, bəzi hallarda biz çox enerji veririk, amma onun dəyərini tam şəkildə ala bilmirik”. Əhaliyə verilən istilik enerjisi sayğacla ölçüləcək İ. Mirzəliyevin fikrincə, istilik sayğacları qaz, su və elektrik sayğacları kimi sadə deyil: “Onların quruluşu və idarə edilməsi daha…

Read More
Cəmiyyət 

“Hələ quzu əti 21 manatdır, şükür edin…” -Bazarda qiymətlər əl yandırırFOTOREPORTAJ

Son günlər ətin qiyməti ilə bağlı əhali arasında yenə narazılıq var. Qeyd edilir ki, şəhərin müxtəlif yerində ət fərqli qiymətə təklif edilir. Ətin qiyməti ilə bağlı proqnozlar onsuz da ürəkaçan deyildi. Son aylar mediada yayımlanan məlumatlara əsasən deyə bilərik ki, 2025-ci il ərzində Azərbaycanda ət məhsullarının qiymətində tədricən, lakin davamlı artım müşahidə olunub. İlkin aylarda dana və quzu ətinin qiymətləri nisbətən aşağı olsa da, yaz aylarından başlayaraq artım daha da nəzərə çarpıb. Yanvar ayında dana ətinin kiloqramı təxminən 14.5–15 manat, quzu əti isə 18–19 manat civarında satılırdı. Mart ayına doğru…

Read More
Təhsil 

Azərbaycanda ali təhsil müddəti azaldılmalıdır: Səbəbləri açıqlandı

Gürcüstan hökuməti ali təhsilin müddətini 6 ildən 4 ilə endirməyə qərar verib. Yeni modelə görə, bakalavr təhsili 3, magistratura isə 1 il olacaq. Türkiyədə də oxşar islahat ideyası artıq gündəmə gətirilib. Bununla da ali təhsil sisteminin daha çevik və praktik əsasda qurulması müzakirə olunur. Bəs Azərbaycanda bu mümkündürmü? Hazırda ölkədə bakalavr təhsili 4, magistratura isə 2 il davam edir. Təhsil sistemində dəyişikliklər edilərsə, bu, təhsilin keyfiyyətinə necə təsir göstərə bilər? Əgər müddət qısaldılsa, proqramlar sıxlaşdırılmalıdırmı, yoxsa daha çevik və praktik modellərə keçid lazımdır? Təhsil eksperti Kamran Əsədov məsələ ilə bağlı Publika.az–ın suallarını…

Read More
Cəmiyyət 

Azərbaycandakı heyvan bazarlarında məhdudiyyətlər tətbiq ediləcək

Sağlamlaşdırma tədbirləri səbəbindən oktyabrın 25-dən mərhələli şəkildə heyvan bazarlarında müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq. Bu barədə Publika.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, Azərbaycanın həmsərhəd bölgələri, heyvanların mövsümi miqrasiya marşrutları, eləcə də heyvan bazarları yüksək risk əraziləri kimi müəyyən edilib. Buna görə də, heyvan bazarlarında müxtəlif mənşəli heyvanların bir yerdə saxlanması, satış və daşınma prosesləri infeksiya törədicilərinin yayılmasına, ölkə ərazisində xəstəliklərin baş vermə riskinin artmasına səbəb ola bilər. Epizootik sabitliyin və bioloji təhlükəsizliyin qorunması, zoonoz və xüsusi təhlükəli xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə AQTA bir sıra zəruri tədbirlər görür.…

Read More
Cəmiyyət 

Bu il meyvə-tərəvəz qiymətləri ötən illərlə müqayisədə çox artıb

“Meyvə-tərəvəzin qiymətləri sezon və fəsil dəyişdikcə artma meyli göstərir. Oktyabr-noyabr ayları narın mövsümü olduğu üçün bu zaman nar qiymətləri nisbətən aşağı olur. Lakin fəsil dəyişdikcə, yanvar-fevral aylarında narın qiymətində artım gözlənilir”. Bunu BiG.AZ-a açıqlamasında iqtisadçı Xalid Kərimov bildirib. O, qeyd edib ki, sezonun bitməsi ilə anbardan və parnikdən gələn meyvə-tərəvəz məhsullarının qiyməti daha yüksək olur. Bu, iqtisadiyyat üçün normal bir proses hesab olunur, çünki tələbatın azalması və məhsulun əlçatanlığının dəyişməsi qiymətləri birbaşa təsir edir: “Bu il qiymət artımı ötən illərlə müqayisədə daha çox olub. Ötən ilin xərcləri ilə bu ilin xərclərini…

Read More
Cəmiyyət 

Ramiz Mehdiyev istintaqa əsa ilə getdi, 7 saat dindirilib

Dövlət Təhlükəsizlik Xidmətininin İstintaq Baş İdarəsində aparılan istintaq çərçivəsində PA-nın sabiq rəhbəri Ramiz Mehdiyev növbəti dəfə ifadə verib. Barəsində ev dustaqlığı qətimkan tədbiri seçilən Ramiz Mehdiyev dünən 7 saata yaxın müstəntiqlərin suallarını cavablandırıb. Mehdiyevi dövlət tərəfindən təqdim edilən vəkil Zaur Abıyev müşaiyət edib. Məlumatda o da bildirilir ki, Ramiz Mehdiyev istintaqa gələrkən əlində əsa olub. PA-nın sabiq rəhbəri CM-nin 274 (dövlətə xəyanət) və 278 ( Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə ) maddələri ilə ittiham olunur. Qeyd edək ki, Səbail Rayon Məhkəməsi…

Read More