Cəmiyyət 

5 ildir ki, Füzulidə Azərbaycan işığı yanır – VİDEO

İşğaldan azad edilən ərazilərin Azərbaycan enerji sisteminə qoşulması və ən qısa vaxtda enerji ilə təchiz edilməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, bütün azad edilən rayonlarda olduğu kimi Füzuli rayonunda da böyük işlər görülüb. “AzərEnerji” tərəfindən Füzulidəki “Şükürbəyli” yarımstansiyasına “İmişli” yarımstansiyasından 51 kilometr məsafədə 110 kilovoltluq ötürmə xətti çəkilib. Eyni zamanda, “Şükürbəyli” yarımstansiyası genişləndirilərək qovşaq yarımstansiyası olaraq tam yenidən qurulub. Oradan isə Füzuli şəhərinə 110 kilovoltluq ikidövrəli ötürmə xətti çəkilib və bir neçə ayın içərisində Füzuli şəhərində 110/35/10 kilovoltluq rəqəmsal yarımstansiya tikilib. 2021-ci ilin iyun ayının 14-də Prezidenti…

Read More
Siyasət 

Moskva Ermənistanla sülh sazişini “qurdalayır”

Kreml Bakı ilə İrəvan arasında razılaşmalara gedən yola “mina” düzməyə çalışır – şimal ölkəsindən məkan təklifinə Azərbaycandan reaksiyalar Kreml Azərbaycan və Ermənistan liderlərinin sülh müqaviləsinin məhz Moskvada imzalanması uğrunda mübarizəyə başlayıb. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “RİA Novosti”yə deyib ki, “Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması üçün məkan təklifi qüvvədə qalır”. M.Qaluzin Ermənistanın Müstəqillik Günü münasibətilə keçirilən ziyafətdə daha sonra bunları bildirib: “Bizim Ermənistan və Azərbaycan arasında yekun sülh sazişinin imzalanması üçün məkanın təmin edilməsi təklifimiz qüvvədə qalır”. O əlavə edib ki, Rusiya tərəfi ölkələr arasında münasibətlərin…

Read More
Gündəm 

Ot bahalaşdı, bəs ət? – QİYMƏTLƏR

Son günlər Göyçayda ot bazarında bahalaşma müşahidə olunur. Belə ki, otun qiyməti artanda adətən ətin qiyməti də artır. Bəs bazarlarda ətin qiyməti neçiyədir? Milli.Az xəbər verir ki, fermerlərin sözlərinə görə, keyfiyyətli ot 7 manatdır: “Yonca və digər otlar 4-5 manatdır. Hazırda heyvan saxlamaq çətin məsələdir. Otun qiyməti bahadır, örüş yerləri azdır”. Satıcılar isə qiymət artımının əsas səbəbini havaların quraq keçməsi, ot biçimi dövründə məhsuldarlığın zəif olması və nəqliyyat xərclərinin artımı göstərilir. Qeyd edək ki, otun qiyməti bahalaşsa da ətin qiymətində hər hansı bahalaşma müşahidə olunmur. Son bir ayda otun qiymətindəki…

Read More
Siyasət 

Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edibFOTO

Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban Əliyeva Müqəddəs Taxt-Taca – Vatikana rəsmi səfərə gəlib. Musavat.com xəbər verir ki, oktyabrın 16-da səfər çərçivəsində Birinci Vitse-prezident və ailə üzvləri Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılış mərasimində iştirak edib və həyata keçirilmiş bərpa işləri ilə tanış olublar. Vatikanın Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Monsenyor Paskuale Yakabone, Mədəniyyət və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının sabiq prezidenti kardinal Canfranko Ravazi və Roma şəhərinin VIII bələdiyyəsinin prezidenti Amedeo Çakkeri Birinci Vitse-prezident Mehriban Əliyevanı qarşıladılar. Vatikanın Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Monsenyor…

Read More
Siyasət 

Birinci vitse-prezident Müqəddəs Pavel Bazilikasının baş keşişi ilə görüşübFOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Müqəddəs Taxt-Taca – Vatikana rəsmi səfəri çərçivəsində oktyabrın 16-da Müqəddəs Pavel Bazilikasının baş keşişi kardinal Ceyms Harvi ilə görüşüb. Musavat.com xəbər verir ki, Müqəddəs Taxt-Taca son 14 il ərzində altıncı səfər etdiyini xatırladan Birinci vitse-prezident Mehriban Əliyeva bu illər ərzində dövlətlərarası əlaqələrin çox möhkəm təməl, qarşılıqlı hörmət və dostluq əsasında inkişaf etdiyini bildirib. Birinci vitse-prezident bu illər ərzində bir sıra mühüm layihələrin bərpasında Heydər Əliyev Fondunun dəstəyini diqqətə çatdıraraq, gələcəkdə də bu fəaliyyəti davam etdirəcəklərini vurğulayıb. Bu gün Müqəddəs Komodilya katakombalarının açılışında birgə iştirak etdiklərini…

Read More
Cəmiyyət 

Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan beş il ötür

Gəncə şəhərinin İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən beşinci dəfə raket hücumuna məruz qalmasından beş il ötür. “Report” xatırladır ki, 2020-ci il oktyabrın 17-də gecə saat 1 radələrində düşmən cəbhə zonasından kənarda yerləşən, Gəncə şəhərinin mərkəzindəki Cavadxan qəsəbəsini SCUD/Elbrus əməliyyat-taktiki ballistik raketləri ilə növbəti dəfə xain və qəddarcasına atəşə tutub. Düşmənin hücumu zamanı yaşayış evləri tamamilə dağılıb, sakinlər dağıntılar altında qalıb. Nəticədə 15 nəfər şəhid olub, 55-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Şəhid olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar…

Read More
Hadisə 

Qubada ayı çobana hücum etdi – itlər sahibini xilas etdi

Qubada ayı təsərrüfat sahibinə hücum edib. “Report”un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Qonaqkənd qəsəbəsində baş verib. Belə ki, rayonun Vladimirovka kənd sakini 36 yaşlı Azər İskəndərov xırdabuynuzlu heyvanları yaylaqda otararkən ayının hücumuna məruz qalıb. Sürüdə olan çoban itləri təsərrüfat sahibini yırtıcı heyvanın əlindən xilas edə bilib. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan A.İskəndərov Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qeyd edək ki, bundan öncə ayılar Xanagah, Qımılqazma və Səbətlər kəndində təsərrüfatlara zərər verib.

Read More
Gündəm 

Meyvə-tərəvəz BAHALAŞDI

Bəzi meyvə-tərəvəzlərin qiymətində kəskin bahalaşma müşahidə edilir. Mövsüm olmasına baxmayaraq bazarlarda meyvələrin qiyməti necə deyərlər od tutub yanır. Alıcılar və satıcılar da qiymətin bahalaşdığını qəbul edirlər. Satıcılar bildirirlər ki, qiymətlər baha olanda alıcı sayı azalır. Belə olan halda məhsul da çətinliklə satılır. Bəs meyvə-tərəvəzlərin qiyməti niyə bahalaşıb? Milli.Az xəbər verir ki, onlar artımın səbəbini hava şəraiti ilə əlaqələndirirlər. Həmçinin, bəzi meyvə tərəvəzlər ixrac edilir, digər hissəsi isə xəstəliklərə məruz qalır. Qeyd edək ki, satıcıların sözlərinə görə, meyvələrdə ucuzlaşma gözlənilmir.

Read More
Gündəm 

Azərbaycanda saxta qızıl bazarını kimlər himayə edir?

Qanun var, amma əməl edilmir; istehlakçı hüquqlarının pozulması cinayət məsuliyyəti yaradır Son illər Azərbaycanda zərgərlik bazarında ciddi problemlər müşahidə olunur. Qlobal iqtisadi proseslər, xüsusilə də dünya bazarlarında qiymətli metalların, o cümlədən qızılın qiymətinin artması fonunda ölkə daxilində bu məhsullara olan tələbat da yüksəlir. Tələbatın artması ilə yanaşı, bazarda saxta və keyfiyyətsiz qızıl məmulatlarının dövriyyəsi də nəzərəçarpacaq dərəcədə çoxalıb. Ucuz qiymətə qızıl satanlar, “endirimdədir” deyib, saxta qızılı reklam edirlər. Sual yaranır ki, artımı dünya birjasından asılı olan zinət əşyası necə daha ucuz təklif edilə bilər, əgər ikinci əl deyilsə?… “İstehlakçıların hüquqlarının…

Read More