Cəmiyyət 

“Böyük Qayıdış”a sağlamlıq dəstəyi – Səhiyyə Nazirliyinin oftalmoloji aksiyası Suqovuşanda

İşğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 17-də nazirliyin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası tərəfindən Ağdərə rayonunun Suqovuşan qəsəbəsində əhali üçün oftalmoloji tibbi müayinələr aparılıb. Aksiyanın başlıca məqsədi operativ şəkildə vətəndaşların müayinəsi, görmə qabiliyyətinin zəifləməsinin qarşısının alınması, görmə patologiyasının erkən diaqnostikasının aşkarlanması və müalicələrin təyin olunmasıdır. Müayinələr əsasında vətəndaşlarda quru göz sindromu, allergik konyunktivit, refraksiya patologiyası, miopik astiqmatizm və digər xəstəliklər aşkarlanıb. Eyni zamanda, göz xəstəlikləri ilə bağlı ümumi monitorinqlər aparılıb və əldə edilən nəticələr müzakirə olunub. Həmçinin, ciddi…

Read More
Cəmiyyət 

Bu ilin doqquz ayında dəyəri 170 milyon manatdan çox narkotik dövriyyədən çıxarılıb

Cari ilin yanvar-sentyabr ayları ərzində qanunsuz dövriyyədən çıxarılmış 6 ton 696 kq 035,353 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 170 milyon 290 min AZN kimi qiymətləndirilir. “Report” xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının icmalında qeyd edilib. Hesabat dövründə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1201 hektar sahədən yaş kütləsi 304 ton 579 kq olan 2 599 973 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.

Read More
Maraqlı 

Tale yalnız bu BÜRCLƏRƏ “yaşıl işıq” yandıracaq

Bu ay ürəklərini dinləməyə hazır olanlar üçün xüsusi olacaq. Ulduzlar sanki buludları ayırır, istilik, inam və sülhə yol açır. Oktyabr ayında kimin üçün əsl “yaşıl işıq” yanacaq? Buğa Buğa üçün bu ay böyük oyanış anı olacaq. Problemlərin aradan qalxdığını hiss edəcəksiniz və möcüzələr, nəhayət baş verməyə başlayacaq. Ulduzlar sizi nəhayət nəticə verəcək konkret hərəkətlərə sövq edəcəklər. Bu, işə, şəxsi münasibətlərə və ya şəxsi inkişafa doğru bir addım ola bilər – sözün əsl mənasında qətiyyətli hərəkətinizi gözləyən hər şey. Buğalar səbrlərinə görə mükafat alacaqlar. Kainatın bu yaxınlarda bağlı görünən qapıları açdığını…

Read More
Siyasət 

MM Prezident və Birinci xanıma təbrik məktubu ünvanlayıb

Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. Musavat.com-un məlumatına görə, spiker Sahibə Qafarova giriş nitqində bildirib ki, iclas tarixi bir hadisənin ildönümü ərəfəsinə təsadüf edir. Parlament sədri 34 il öncə Azərbaycan Respublikası Ali Sovetinin Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdiyini xatırladıb və bu tarixi hadisədən bəhs edib. Eyni zamanda spiker qeyd edib ki, müstəqilliyi elan etməklə yanaşı, onu qoruyub-saxlamaq əsas idi və bu tarixi missiyanın öhdəsindən Ümumilli Lider Heydər Əliyev gəldi. Çıxışının yekununda sədr Müstəqilliyin bərpası Günü münasibətilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya məktublar ünvanlamağı…

Read More
Gündəm 

Zəngəzurla bağlı MÜJDƏLİ XƏBƏR: nəhəng dağlar yarılır, Naxçıvana belə yol açılır – VİDEO

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunda tikinti işləri Zəngəzur dağları fonunda aparılır. Tikinti işlərinin 95%-i yekunlaşdırılıb. Artıq 28 körpüdən 22-si hazırdır, işlər yekunlaşdıqda yolun uzunluğu 14-21 metr, hərəkət zolaqlarının sayı isə 4-6 arasında dəyişəcək. Zəngəzur dəhlizi üzrə işlərin son mərhələsindən olan görüntüləri təqdim edirik:

Read More
Gündəm 

Xəstə artıb, yoxsa qiymət: 1 milyardlıq dərman xərci…

Rəsmi statistikaya görə, ölkədə dərman satışı ötən ilin yanvar-sentyabr ayına nisbətən 21,5% artıb – səbəblər 2025-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində 1 milyard 139,1 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, satış 2024-cü ilin yanvar-sentyabr ayına nisbətən 21,5% çoxdur. Bu ilin 9 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları bütün mallara xərclədiyi vəsaitin 2,4% faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub. Təkcə sentyabr ayı ərzində əhali 143,6 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar alıb. Qeyd edək ki, bu günlərdə Tarif Şurasının…

Read More
Gündəm 

İnsanları dinə onlar nifrət etdirir

İlahiyyatçı: “Bu tip dindarlar hazır mətnlərin, risalələrin əsiridirlər…” İlahiyyatçı olmaq yalnız dini biliklərə sahib olmaqla məhdudlaşmır. Bu, həm də elmi hazırlıq, mənəvi dərinlik, əxlaqi keyfiyyətlər və müasir dünyanı anlama bacarığı tələb edən kompleks bir vəzifədir. Hər bir ilahiyyatçı özünü həm elm sahəsində, həm də cəmiyyət içərisində məsuliyyətli və nümunəvi bir şəxs kimi yetişdirməlidir. Mütəxəssislərə görə, ilk olaraq ilahiyyatçının elmi hazırlığı güclü olmalıdır. Qurani-Kərim, təfsir, hədis, fiqh, əqidə, İslam tarixi kimi əsas dini elmlərdə möhkəm bilgi sahibi olmaq vacibdir. Bu elmləri dərindən öyrənmək üçün ərəb dilini mükəmməl bilmək zəruridir. Çünki İslamın…

Read More
Hava 

Sabah bəzi rayonlara yağış yağacaq, şimşək çaxacaq – PROQNOZ

Azərbaycanın bəzi yerlərində oktyabrın 18-də havanın yağmurlu keçəcəyi gözlənilir. Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 17-dən 18-nə keçən gecə və səhər bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-16, gündüz 19-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-80%, gündüz 55-60% təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan…

Read More
Gündəm 

ATƏT sədri müxalifətçi rolunda

Elina Valtonenin Gürcüstandakı antihökumət aksiyasında iştirakı Tiflislə Avropa təsisatları arasında münasibətləri daha da gərginləşdirib ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenin Cənubi Qafqaza ilk səfəri uğurlu olmayıb. Xəbər verdiyimiz kimi, Gürcüstana səfəri diplomatik qalmaqalla nəticələnib. Baş nazir İrakli Kobaxidze qeyri-qanuni aksiyada iştirak etdiyinə və yalan bəyanatların yayılmasına görə planlaşdırılan görüşü ləğv edib. Maraqlıdır ki, Gürcüstana rəsmi səfərə gələn Finlandiyanın xarici işlər naziri Tiflisin mərkəzindəki Rustaveli prospektində keçirilən etiraz aksiyasında iştirak edib və tədbir iştirakçılarına dəstəyini bildirib. Valtonen videomüraciətində bildirib ki, dinc nümayişçilər ölkənin “repressiv kursundan” narahat olduqlarını…

Read More
Sosial 

Qatilə çevrilən yeniyetmələr

Ekspert: “Zorakılıq mühitində böyüyən gənclik zorakılıqla idarə olunan bir gələcək yaradacaq” Son həftələr yeniyetmələrin qatilə çevrilməsi tendensiya halını almaqdadır. Abşeronda ağır xəsarət almış şəxsin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. Abşeron Rayon Prokurorluğundan verilən məlumata görə, oktyabrın 2006-cı il təvəllüdlü Elmir Bədirovun almış olduğu xəsarətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 2006-cı il təvəllüdlü Fərid Məmmədovun bıçaqla Elmir Bədirova ağır xəsarət yetirməsi və sonuncunun həmin xəsarətdən müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət…

Read More