Siyasət 

İlham Əliyev: Azərbaycanla Fransa arasında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qaldı

Azərbaycanla Fransa arasında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qaldı. Musavat.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Fransanın Azərbaycanda yeni təyin olunan səfiri Sofi Laqutun etimadnaməsini qəbul edərkən bildirib. Azərbaycan Prezidenti Kopenhagendə Fransa Prezidenti Emmanuel Makronla görüşünü xatırladaraq həmin görüşün nəticəsində ölkələr arasında anlaşılmazlığa səbəb olan məsələlərin keçmişdə qaldığını deyib. İkitərəfli gündəlikdə yeni dövrün başladığını vurğulayan dövlət başçısı, ilk növbədə, insanlararası və biznes nümayəndələrinin təmaslarının, mədəni, humanitar sahələrdə əməkdaşlığın bərpasının və inkişaf etdirilməsinin önəminə toxunub.

Read More
Hadisə 

Bakıda xadimə müdiri döydü

Sabunçu Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmaqda və xuliqanlıqda təqsirləndirilən Zəminə Səlimovanın (adı, soyadı şərtidir) barəsindəki cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib. Hökmə əsasən, Z.Səlimova 1 il 1 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. İttiham aktına əsasən, hadisə 17 aprel 2025-ci il tarixdə, saat 9 radələrində paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi 1A ünvanında fəaliyyət göstərən marketin qarşısında qeydə alınıb. Belə ki, Zəminə Səlimova qeyd olunan marketin qarşısında toplanmış zibillərin…

Read More
Hadisə 

Müdafiə Nazirliyinin “İstirahət evi”nin rəisi saxlanılıb

Müdafiə Nazirliyinin “İstirahət evi” rəisi saxlanılıb. Bununla bağlı Hərbi Prokurorluqda cinayət işi başlanıb. Mayor İlham Haqverdiyev rüşvət ittihamı ilə saxlanılıb. Ona Cinayət Məcəlləsinin 311-ci (rüşvət) maddəsi üzrə cinayət işi açılıb. Onun barəsində qətimkan tədbiri seçilməsi üçün Bakı Hərbi Məhkəməsinə təqdimat daxil olub. Təqdimata baxılacaq. Qeyd edək ki, İlham Haqverdiyevin saxlanılması barədə ilkin olaraq “Qafqazinfo” məlumat yayıb. Müdafiə Nazirliyinin Abşeronun Görədil kəndində yerləşən Mərkəzi Sanatoriyası hazırda “İstirahət evi” adlanır.

Read More
Təhsil 

Dərsliklərdə Çətinlik: Təhsilə Ayrılan Milyonlar Boşa Gedirmi?

“2025-ci ildə Azərbaycanda dərsliklərin yenilənməsi üçün 13 milyon manat vəsait ayrılıb. Lakin milyonlarla manatlıq xərclərə baxmayaraq, dərsliklərin elmi-pedaqoji keyfiyyəti, psixoloji uyğunluğu və praktik tətbiqi hələ də ciddi sual doğurur. Mövcut dərsliklər ya sovet dövründən qalıb, ya da köhnə kserokopiya surətləri ilə tələbələrə təqdim olunur. İbtidai sinif dərsliklərində ağır lüğət, mürəkkəb cümlə quruluşu və informativ yük şagirdlərin psixoloji inkişafına uyğun deyil, bu isə öyrənmədən soyumağa gətirib çıxarır. Riyaziyyat, informatika və coğrafiya dərsliklərində isə anlayışlar arasındakı məntiqi əlaqələr yetərli qurulmayıb, vizual materiallar isə keyfiyyətsiz və qavramağa çətinlik yaradır”. Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti…

Read More
Cəbhədən Xəbər 

Bakıda hərbi parad keçiriləcək

Bakıda noyabrın 8-də Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi parad keçiriləcək. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, parada hazırlıqla bağlı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin, o cümlədən Azərbaycan Ordusunun bölmələri ilə məşqlər keçirilir. Hazırlıq məşqləri zamanı Bakı şəhəri və ətraf ərazilərdə aviasiya vasitələrinin uçuşları, avtomobil və döyüş texnikalarının, həmçinin gəmilərin müəyyən edilmiş marşrutlar üzrə hərəkəti və yerdəyişməsi icra olunur.

Read More
Siyasət 

Prezident Fransanın yeni səfirinin etimadnaməsini qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 16-da Fransanın ölkədə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sofi Laqutun etimadnaməsini qəbul edib. Musavat.com xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib. Prezident İlham Əliyev Kopenhagendə Fransa Prezidenti Emmanuel Makronla görüşünü xatırladaraq həmin görüşün nəticəsində iki ölkə arasında anlaşılmazlığa səbəb olan məsələlərin keçmişdə qaldığını deyib. İkitərəfli gündəlikdə yeni dövrün başladığını vurğulayan dövlət başçısı, ilk növbədə, insanlararası və biznes nümayəndələrinin təmaslarının, mədəni, humanitar sahələrdə əməkdaşlığın bərpasının və inkişaf etdirilməsinin önəminə toxunub. Səfir də öz növbəsində Azərbaycanla Fransa arasında münasibətlərdə yeni səhifənin açıldığını deyərək əlaqələrin…

Read More
Region Xəbərləri 

Füzuli şəhərinin azad olunması Ordumuza əlavə mənəvi güc verdi

Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri 17 oktyabr tarixi Azərbaycanın qəhrəmanlıq salnaməsində mühüm  səhifələrdən biridir. Beş il bundan öncə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tariximizə  torpaqlarımızın işğaldan  azad edildiyi günləri  yazdı. 17 oktyabr  Füzuli şəhərinin mənfur düşməndən azad edildiyi tarixdir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edildi. Həmin  Sərəncama əsasən 17 oktyabr Füzuli Şəhəri Günü kimi qeyd edilir. 44 günlük İkinci Qarabağ müharibəsi bir daha bu  reallıq təsdiqlədi…

Read More
Cəmiyyət 

SON DƏQİQƏ: Azərbaycanda Əməkdar artist VƏFAT ETDİ

Əməkdar artist Rəşad Bəxtiyarov vəfat edib. Musavat.com xəbər verir ki, bu barədə aktyorun sənət dostları sosial mediada məlumat yayıb. Aktyor bir müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi. Xatırladaq ki, R.Bəxtiyarov 1978-ci il dekabrın 25-də Bakıda anadan olub. O, “Həqiqət işığında”(Mirzəyev) və “Bəyaz həyat” (Sonanın oğlu) telefilmlərində çəkilib. R.Bəxtiyarov 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə və 8 may 2025-ci ildə Prezident Mükafatına layiq görülüb.

Read More
Cəmiyyət 

Ağdamla bağlı MÜHÜM XƏBƏR – 2040-ci ilə qədər…

Gələn il daha 300 ailə Ağdam şəhərində ikinci yaşayış kompleksinə yerləşdiriləcək. Bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Xankəndidə keçirilən III Milli Şəhərsalma Forumunda (NUFA3) bildirib. Onun sözlərinə görə, hazırda Ağdam şəhərinin 4-cü və 5-ci yaşayış massivlərində də tikinti işləri davam edir: “Bu layihələrin gələn ilin yaz aylarından başlayaraq, yay aylarına qədər tamamlanması planlaşdırılır və bu iki yaşayış kompleksinə toplam 2 000-dən çox ailənin köçü nəzərdə tutulur. Biz ilin sonuna qədər üçüncü yaşayış kompleksində, gələn ilin yanvar-fevral aylarında isə birinci yaşayış kompleksində tikinti işlərinə başlayacağıq. Ümid edirik ki,…

Read More