Cəmiyyət 

Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan beş il ötür

Gəncə şəhərinin İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən beşinci dəfə raket hücumuna məruz qalmasından beş il ötür. “Report” xatırladır ki, 2020-ci il oktyabrın 17-də gecə saat 1 radələrində düşmən cəbhə zonasından kənarda yerləşən, Gəncə şəhərinin mərkəzindəki Cavadxan qəsəbəsini SCUD/Elbrus əməliyyat-taktiki ballistik raketləri ilə növbəti dəfə xain və qəddarcasına atəşə tutub. Düşmənin hücumu zamanı yaşayış evləri tamamilə dağılıb, sakinlər dağıntılar altında qalıb. Nəticədə 15 nəfər şəhid olub, 55-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Şəhid olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar…

Read More
Hadisə 

Qubada ayı çobana hücum etdi – itlər sahibini xilas etdi

Qubada ayı təsərrüfat sahibinə hücum edib. “Report”un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Qonaqkənd qəsəbəsində baş verib. Belə ki, rayonun Vladimirovka kənd sakini 36 yaşlı Azər İskəndərov xırdabuynuzlu heyvanları yaylaqda otararkən ayının hücumuna məruz qalıb. Sürüdə olan çoban itləri təsərrüfat sahibini yırtıcı heyvanın əlindən xilas edə bilib. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan A.İskəndərov Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qeyd edək ki, bundan öncə ayılar Xanagah, Qımılqazma və Səbətlər kəndində təsərrüfatlara zərər verib.

Read More
Gündəm 

Meyvə-tərəvəz BAHALAŞDI

Bəzi meyvə-tərəvəzlərin qiymətində kəskin bahalaşma müşahidə edilir. Mövsüm olmasına baxmayaraq bazarlarda meyvələrin qiyməti necə deyərlər od tutub yanır. Alıcılar və satıcılar da qiymətin bahalaşdığını qəbul edirlər. Satıcılar bildirirlər ki, qiymətlər baha olanda alıcı sayı azalır. Belə olan halda məhsul da çətinliklə satılır. Bəs meyvə-tərəvəzlərin qiyməti niyə bahalaşıb? Milli.Az xəbər verir ki, onlar artımın səbəbini hava şəraiti ilə əlaqələndirirlər. Həmçinin, bəzi meyvə tərəvəzlər ixrac edilir, digər hissəsi isə xəstəliklərə məruz qalır. Qeyd edək ki, satıcıların sözlərinə görə, meyvələrdə ucuzlaşma gözlənilmir.

Read More
Gündəm 

Azərbaycanda saxta qızıl bazarını kimlər himayə edir?

Qanun var, amma əməl edilmir; istehlakçı hüquqlarının pozulması cinayət məsuliyyəti yaradır Son illər Azərbaycanda zərgərlik bazarında ciddi problemlər müşahidə olunur. Qlobal iqtisadi proseslər, xüsusilə də dünya bazarlarında qiymətli metalların, o cümlədən qızılın qiymətinin artması fonunda ölkə daxilində bu məhsullara olan tələbat da yüksəlir. Tələbatın artması ilə yanaşı, bazarda saxta və keyfiyyətsiz qızıl məmulatlarının dövriyyəsi də nəzərəçarpacaq dərəcədə çoxalıb. Ucuz qiymətə qızıl satanlar, “endirimdədir” deyib, saxta qızılı reklam edirlər. Sual yaranır ki, artımı dünya birjasından asılı olan zinət əşyası necə daha ucuz təklif edilə bilər, əgər ikinci əl deyilsə?… “İstehlakçıların hüquqlarının…

Read More
Cəmiyyət 

Yeni binalarda parkinq problemi

Ekspert deyir ki, səbəb şəhərsalma prinsiplərində olan nöqsanlar və tikinti sektorundakı özbaşınalıqdır Vətəndaşların yaşadıqları binanın yaxınlığında avtomobil saxladıqları üçün Dövlət Yol Polisi (DYP) tərəfindən cərimələnmələri məsələsi gündəmdədir. Nəqliyyat vasitəsi idarə edən şəxslərin avtomobili yaşadıqları binaların həyətlərindən qismən kənarda saxlaya bilməmələri bu və digər formada narazılıq yaradır. Narazılıqlar əsasən müasir binalara aiddir. Paytaxtda yeraltı parkinqlərdə bir avtomobil yerinin qiyməti yerindən asılı olaraq 20000 manatdan başlayaraq, 100000 manata qədər davam edir. Evlərin qiyməti bahalaşdıqca parkinq yerlərinin qiyməti də bahalaşır. Bina tikilib istismara veriləndən sonra mənzillərdə olduğu kimi həmin dayanacaqlara görə daşınmaz əmlakın…

Read More
Gündəm 

Müxalifətdəki “5-ci kolon”- kimlər qalır?

  Deputat: “Bu gün onun müxalifət cəbhəsində idarə etdiyi şəxslər…” Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nin keçmiş prezidenti Ramiz Mehdiyevin ev dustağı edilməsindən sonra onun kölgədəki adamları haqda ən müxtəlif iddialar irəli sürülür. “Müxtəlif ictimai-siyasi dairələrdə, mediada Rusiyanın Azərbaycanda yaratdığı “5-ci kolon”un siyasi təlimatları məhz Ramiz Mehdiyevdən aldığına dair kifayət qədər məlumatlar var. Ramiz Mehdiyevin həbsi Azərbaycan dövlətçiliyi üçün bu təhlükənin hələ də qalmasından xəbər verir. Belə qüvvələr yenidən fəallaşmaq üçün siyasi şəraitin yetişməsini gözləyir. Administrasiyanın sabiq rəhbərinin əli yalnız dövlət strukturlarına deyil, müxalifətə də uzanıb”. Bu barədə Cebheinfo.az yazıb. Bildirilir…

Read More
Gündəm 

Mehdiyevin adı yenidən “Tərtər işi”ndə

Sabiq PA rəhbəri bu cinayət işinə görə məhkəmə sistemindən uzaqlaşdırılan şəxsə niyə vəzifə veribmiş?; təhlükəsizlik eksperti və hüquqşünasdan fərqli rəylər Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin ev dustağı edilməsi və barəsində 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham irəli sürülməsi ətrafında ən müxtəlif iddialar səslənməkdədir. Sabiq təhsil naziri Misir Mərdanov da Globalinfo.az-a açıqlamasında maraqlı iddia səsləndirib. Keçmiş nazir deyib ki, Ramiz Mehdiyevin həbsi “Tərtər işi”nin açılmasına müəyyən qədər köməklik göstərə bilər. Mehdiyev 1995-2019-cu illərdə…

Read More
Gündəm 

BBC Nardarana görə Azərbaycanı hədəf aldı

Britaniya yayımı niyə yenidən qurulan bu kəndə İran mühafizəkarları ilə eyni münasibət nümayiş etdirir? Britaniya Yayım Korporasiyası – BBC yenidən Azərbaycanı hədəf alıb. “Yeni Müsavat” yada salır ki, BBC Vətən müharibəsindən sonra 2017-ci ildə qanunsuz olaraq Cəbrayıldakı tikilini “qədim erməni ibadətgahı” kimi təqdim edərək göz yaşları tökmüş, Avropa Birliyinin rəhbərlərindən olan Ursula fon der Leyenin Bakıya səfərinə qarşı çıxaraq bunu “İlham Əliyevin hakimiyyətini gücləndirmək” istəyi kimi təqdim etmiş, hətta COP29-da da Azərbaycana qarşı açıq təxribatlardan çəkinməmişdi. Bu dəfə BBC Azərbaycanda həssas mövzu olan dinlə bağlı təxribatçı mövqe sərgiləyib. Minval.az xəbər…

Read More
Gündəm 

Rusiya qazının Azərbaycan üzərindən İrana nəqli üçün hər şey hazırdır

İran Rusiya qazının Azərbaycan vasitəsilə nəqlinin tezliklə başlayacağına ümid edir. Musavat.com xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazım Cəlali TASS-a deyib. Onun sözlərinə görə, “praktiki olaraq bütün məsələlər artıq həll olunub” və indiki mərhələdə yanacağın qiymətləri ilə bağlı “Qazprom”la dil tapmaq lazımdır: “Əgər bu məsələ həll olunarsa, o zaman hər şey qaydasına düşəcək”. 2023-cü ilin iyununda İranın neft naziri Cavad Ouci ölkənin cənubunda Rusiya, Türkmənistan və Qətərlə birgə qaz qovşağı yaratmaq planlarını açıqlayıb. Həmin vaxt o, artıq hazırlıq işlərinə başlanıldığını iddia edirdi. Bu ilin yanvarında Rusiya və İran Azərbaycan ərazisindən…

Read More