Gündəm 

Pensiya yaşı artırılacaq? – AÇIQLAMA

“Sığorta-pensiya sistemində maliyyə dayanıqlığının artırılması və sığorta prinsiplərinin gücləndirilməsi istiqamətində islahatlar davam etdiriləcək”. Bu fikirlər Maliyyə Nazirliyi tərəfindən hazırlanan “2026-2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi”ndə öz əksini tapıb. Sənəddə qeyd edilib ki, hazırda ölkə əhalisinin 69,7 faizi əmək qabiliyyətli yaşda (15 – 65 yaş), 9,1 faizi isə 65 və daha yuxarı yaş qrupuna aiddir: “Hazırkı vəziyyət dövlət pensiya sisteminin maliyyə dayanıqlığı baxımından qənaətbəxşdir. Lakin, növbəti bir neçə onilliklərdə ölkə əhalisinin tərkibində yaşlı əhalinin sayının və xüsusi çəkisinin artması dövlət pensiya təminatı sisteminin əsas maliyyə mənbəyi olan məcburi dövlət sosial sığorta…

Read More
Siyasət 

Prezident Avropa İttifaqının yeni səfirinin etimadnaməsini qəbul etdiFOTO

Prezident İlham Əliyev oktyabrın 16-da Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Mariyana Kuyundziçin etimadnaməsini qəbul edib. Musavat.com xəbər verir ki, Mariyana Kuyundziç etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Dövlət başçısı Tirana və Kopenhagendə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşlərini məmnunluqla xatırlayaraq həmin görüşlər əsnasında əməkdaşlığımızın inkişaf perspektivlərinə dair ətraflı müzakirələrin aparıldığını bildirib. Prezident İlham Əliyev Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin son dinamikasını vurğulayaraq bir il ərzində Avropa İttifaqının 3 komissarının Azərbaycana səfərinə toxunub. Mariyana Kuyundziç Vaşinqtonda ABŞ Prezidenti Donald…

Read More
Cəmiyyət 

Bərdə Rayon Mədəniyyət Mərkəzində ” Qaravəlli” tamaşası göstərilib

15 oktyabr 2025-ci il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə rayon Mədəniyyət Mərkəzində əl işlərindən və qədim əşyalardan ibarət sərgi təşkil edilib və Bərdə Xalq Teatrının hazırladığı “Qaravəlli” tamaşası nümayiş olunub. Media1.az-ın xəbərinə görə , tədbirdə Bərdə rayon İH yanında Ailə, Uşaq, Qadın Problemləri üzrə komitənin sədr və üzvləri iştirak ediblər. Tamaşaöncəsi foyedə yaradıcılıq məhsullarının nümayişi olub. Mədəniyyət işçisi Sevinc Orucovanın rəsmləri böyük maraqla qarşılanıb. Eyni zamanda toxuma,tikmə, tətbiqi sənət nümunələrinə də baxış keçirilib. “Qaravəlli” tamaşasının rejissoru Mehman Quliyev bildirib ki, tamaşanın təşkilində məqsəd Azərbaycan xalqının milli dəyərlərini qoruyub saxlamaq…

Read More
Cəmiyyət 

SOS! Kənddə uzunömürlü olmaq çətinləşib – nədən?

Dövlət Statistika Komitəsinin son məlumatlarına görə, Azərbaycanda orta ömür uzunluğu bir qədər artıb. 2024-cü ilin göstəricilərinə əsasən, qadınların gözlənilən ömür uzunluğu 79,2 yaş (2023-cü ildə 78,4 yaş idi), kişilərin isə 74,5 yaş (əvvəl 73,5 yaş) təşkil edir. Lakin bu artımın arxasında diqqətçəkən bir tendensiya gizlənir: şəhərlilərlə müqayisədə kəndlilərin ömrü qısalır. Statistikaya əsasən, şəhər qadınları orta hesabla 79,3 il, rayon qadınları isə 79 il yaşayır. Kişilərdə də fərq eynidir: şəhərlərdə 74,6, kəndlərdə 74,4 yaş. Kiçik görünən bu fərq illərlə sabit qaldıqda, uzunömürlülükdə ciddi uçurum yaradır. Ən narahatedici fakt ondan ibarətdir ki,…

Read More
Cəmiyyət 

BDYPİ sürücülərə müraciət etdi – VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi sükan arxasında telefondan istifadə ilə bağlı sürücülərə müraciət edib. Bu barədə Musavat.com-a BDYPİ-dən məlumat verilib. “Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, sükan arxasında mobil telefondan istifadə ən təhlükəli vərdişlərdən biridir. Bu, sadəcə qayda pozuntusu deyil, məsuliyyətsizlik və həm özünün, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atmaq deməkdir. Mobil telefondan istifadə zamanı yaranan əsas təhlükələr: Diqqətin yayınması: Telefona baxan sürücü yolda baş verənləri vaxtında görə bilmir, piyadaları və digər nəqliyyat vasitələrini nəzərdən qaçırır. Reaksiyanın gecikməsi: Telefonla məşğul olan sürücünün reaksiyası 2–3…

Read More
Siyasət 

Anti-Azərbaycan qüvvələrin “qara günləri” başladı

Prezidentlərin görüşündən sonra Kremlin ölkəmizi aşağılayan təbliğatçıları susdurulacaqmı? – üç fərqli mövqe Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB sammiti çərçivəsində Azərbaycan və Rusiya prezidentləri – İlham Əliyevlə Vladimir Putin arasında baş tutan görüş son illərin ən mühüm siyasi hadisələrindən biri kimi qiymətləndirilməkdədir. Xüsusən də liderlərin görüşündə əsas məqamlardan biri Kreml başçısı Putinin AZAL təyyarəsinin vurulması ilə bağlı məsuliyyəti tanıması və günahkarların cəzalandırılacağını bəyan etməsi oldu. Rusiyanın dövlət başçısı açıq şəkildə “hüquqi qiymət verilməsi” və “zərərçəkənlərə kompensasiya ödənilməsi” zərurətindən danışdı. Siyasi müşahidəçilərə görə, bu bəyanat təkcə bir faciənin etirafı deyil, həm də…

Read More
Siyasət 

Əliyev-Putin görüşü Qərb mediasının hədəfində

Azərbaycan heç kimin maraqlarının alətinə çevrilmir; müəyyən dövlətlər Azərbaycan nefti ilə rəqabət şəraitində mənfi rəy yaratmağa çalışırlar Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşə dünya mediası xüsusi həssaslıqla yanaşır. Lakin bu görüşün əhəmiyyətini vurğulayanlarla yanaşı, onun mahiyyətini başqa yerə yozanlar, qaralayanlar da var. “Neft Putini Əliyevə boyun əyməyə məcbur etdi”. Bu iddia ilə siyasi elmlər namizədi, Mərkəzi və Şərqi Avropa üzrə ekspert, bir sıra media orqanlarında köşə yazarı olan İvan Preobrajenski Almaniyanın “Deutsche Welle” (DW) saytında çıxış edib. Preobrajenski yazısında bildirir ki, “sonuncu dəfə Putin Azərbaycanda…

Read More
Cəmiyyət 

Rəbiyyət Aslanovadan Ramiz Mehdiyevin həbsinə – REAKSİYA

“Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin dövlətə xəyanət maddəsi ilə ittiham olunması ölkə gündəmini zəbt edib. Təbii ki, mən də məlumatlıyam”. Bunu Teleqraf-a sabiq millət vəkili Rəbiyyət Aslanova deyib. Fəlsəfə elmləri doktoru sözügedən məsələyə yalnız rəsmi qərar olduqdan sonra şərh verə biləcəyini qeyd edib: “Kifayət qədər yaşım var, indiyədək çox məlumatlar eşitmişəm. Qeyd etdiyiniz məsələyə yalnız rəsmi qərar olduqdan sonra şərh bildirə bildirəm. Hazırda bildiyiniz kimi, siyasi proseslərin içində deyiləm. Amma buna baxmayaraq, bir vətəndaş kimi öz mövqeyimi bildirməyi də özümə borc bilirəm. Konkret bu məsələ ilə…

Read More
Cəmiyyət 

Onun kədərli aqibəti – namərdlərə havadar olmağın sonu belə olur

10 öncə Ramiz Mehdiyev haqqında siyasi dairələrdə və ictimaiyyət arasında əsas düşüncə belə idi ki, adam son gününə qədər vəzifəsində qalacaq, kreslosunda vəfat edəcək və dəfni dövlət ərkanıyla I Fəxri Xiyabanda, təntənəli bir şəkildə təşkil ediləcək. Bu düşüncənin yanlış olduğu onun vəzifəsindən götürüldüyü vaxt üzə çıxdı. Ancaq bu da hələ atdan tam düşmək deyildi. O, “dövlət ağsaqqalı” olaraq qalırdı. Elmlər Akademiyasının prezidenti, Təhlükəsizlik Şurasının üzvü olmaq da mühüm mövqe idi. Bir müddətdən sonra R.Mehdiyevin AMEA prezidenti kürsüsündən məmnun olmadığı, ötən günlərdəki qüdrətinin xiffətini çəkdiyi hiss olundu. Onun qərar və hərəkətlərində…

Read More
Cəmiyyət 

Hazır olun! Azərbaycana dəhşətli soyuqlar gəlir- QAR YAĞACAQ

Son günlər ölkə ərazisində havalar nisbətən isti keçir. Lakin bəzi proqnozlara görə, Azərbaycanda havanın temperaturu qəfildən enəcək. Bu ehtimallar nə dərəcədə doğrudur? Bakıya qar nə vaxt yağacaq? Mövzu ilə bağlı meteroloq Cavidan Əliyev Referans-a açıqlamasında deyib ki, uzunmüddətli proqnozlara əsaslansaq və eləcə də Sibir antisiklonunun anomal şəkildə tez formalaşmasını da nəzərə alsaq deyə bilərik ki, təxminən oktyabr ayının 20 – dən sonra və noyabrın ilk ongünlüyü aralığında soyuq hava kütlələrinin ölkəmizə daxil olacağı real görünür. Hətta bəzi düzən ərazilərimizdə yağıntıların sulu qara keçəcəyi ehtimalı da var. Meteroloq həmçinin onu da…

Read More