Siyasət 

Prezident səfirin etimadnaməsini QƏBUL ETDİFOTO

Prezident İlham Əliyev oktyabrın 16-da Niderlandın Azərbaycanda yeni təyin olunan səfiri Marian de Yonqun etimadnaməsini qəbul edib. Musavat.com xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib. Prezident İlham Əliyev ölkələr arasında əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu deyib. Kopenhagendə Niderland Krallığının Baş naziri Dik Sxof ilə görüşünü xatırladan Prezident İlham Əliyev həmin görüş əsnasında tərəfdaşlığımızın müxtəlif aspektlərinin müzakirə olunduğunu vurğulayıb, bir çox sahədə əməkdaşlığı gücləndirmək barədə razılığın əldə edildiyini bildirib. Hazırda Niderland şirkətlərinin Azərbaycanda müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərdiyini deyən dövlət başçısı gələcəkdə onların sayının çoxalacağına ümidvar olduğunu ifadə edib. Qəbula…

Read More
Cəmiyyət 

Ramiz Quliyevlə vida mərasimi başa çatdı- Alqışlarla son mənzilə yola salındı – VideoYENİLƏNİB

Xalq artisti Ramiz Quliyevlə vida mərasimi başa çatıb. Musavat.com xəbər verir ki, tarzənlə vida Beynəlxalq Muğam Mərkəzində keçirilib. Mərhum II Fəxri Xiyabanda dəfn olunacaq. *** Xalq artisti Ramiz Quliyevlə vida mərasimi başlayıb. Musavat.com xəbər verir ki, tarzənlə vida Beynəlxalq Muğam Mərkəzində keçirilir. Mərhum II Fəxri Xiyabanda dəfn olunacaq. Qeyd edək ki, Xalq artisti Ramiz Quliyev 1947-ci il aprelin 30-da Ağdamda qulluqçu ailəsində anadan olub. O, 1954-cü ildə Ağdam şəhər yeddiillik musiqi məktəbinə gedib, 1960-cı ildə isə Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas musiqi məktəbinə daxil olub. R.Quliyev 1964-1969-cu illərdə Ü.Hacıbəyov adına…

Read More
Hava 

Hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ – Leysan yağacaq

Azərbaycanda oktyabrın 17-də havanın yağışlı keçəcəyi gözlənilir. Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-16, gündüz 18-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq…

Read More
Siyasət 

İlham Əliyev Misirin yeni səfirinin etimadnaməsini qəbul etdiFOTO

Prezident İlham Əliyev oktyabrın 16-da Misirin Azərbaycanda yeni təyin olunan səfiri Houssam-Eldine Redanın etimadnaməsini qəbul edib. Musavat.com xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib. Prezident İlham Əliyev, ilk növbədə, Şarm-əl-Şeyxdə Yaxın Şərq Sülh Sammitinin yüksək səviyyədə təşkilinə görə Misir Ərəb Respublikasına təbriklərini çatdırdı. ABŞ Prezidenti Donald Tramp və Misir Prezidenti Əbdülfəttah əs-Sisi tərəfindən Azərbaycanın bu tədbirə dəvətini yüksək qiymətləndirən dövlətimizin başçısı bunu ölkələrimiz arasında mövcud olan etimadın və dostluğun nümunəsi kimi dəyərləndirdi. Əbdülfəttah əs-Sisinin Azərbaycana səfərini, özünün isə Misirə rəsmi səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev bu səfərlər çərçivəsində…

Read More
Hadisə 

Su polisindən ƏMƏLİYYAT: Xəzərdə brokonyerlik edənlər tutuldu

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Xəzər dənizində, xidməti ərazi olan qoruq, milli park və su hövzələrində brakonyerliyə qarşı mübarizə tədbirləri davam etdirilir. DİN mətbuat xidmətindən Musavat.com-a verilən xəbərə görə, idarə əməkdaşlarının bu istiqamətdə keçirdikləri növbəti tədbir zamanı Suraxanı rayonu Qum adası adlanan ərazidə qanunsuz balıq ovu ilə məşğul olan 48 yaşlı Həşim Göyçayev və əvvəllər məhkum olunmuş 41 yaşlı Natiq İsgəndərov saxlanılıblar. Baxış zamanı onlardan 195 ədəd qanunsuz olaraq ovladıqları balıq, kustar üsulla hazırlanan ov alətləri, xüsusi mühərriklə təchiz edilən qayıq aşkarlanıb. Faktla bağlı araşdırma aparılır. Su bioresurslarının qorunması və ekoloji…

Read More
Siyasət 

Paşinyan Azərbaycanla sülh prosesindən DANIŞDI

Ermənistanın baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevlə Kopenhagendə görüşündən və ümumilikdə Bakı ilə təmaslarından məmnun olduğunu bildirib. Musavat.com xəbər verir ki, Paşinyan bu barədə brifinqdə bildirib. “Mən Kopenhagendəki görüşümüzdən və ümumilikdə təmaslarımızın nəticələrindən məmnunam. Sülhə gedən yolun institusionallaşdırılmasından da məmnunam. Hörmətli həmkarlar, sülh həqiqətdir”, – o deyib. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrda üç dəfə, Kopenhagen, Düşənbə və Şarm əl-Şeyxdə görüşüblər.

Read More
Gündəm 

Azərbaycan Ordusunun arsenalında daha bir NATO ölkəsinin silahları…

Azərbaycanla bağlı 33 illik qadağa nə üçün götürüldü? Böyük Britaniya Azərbaycana və Ermənistana qarşı 1992-ci ildən qüvvədə olan silah embarqosunu götürüb. Bu barədə yayılan rəsmi məlumatda iki ölkə arasında davam edən sülh prosesi, o sırada avqustun 8-də Vaşinqtonda imzalanan sənəd əsas kimi göstərilir Məlumatda həmçinin ümid ifadə edilir ki, qərar təhlükəsizlik və müdafiə sahəsində tərəfdaşlığın inkişafına imkan verəcək və hər iki ölkənin suverenliyini və ərazi bütövlüyünü, o cümlədən ənənəvi və hibrid təhdidlərə qarşı mübarizəni dəstəkləyəcək. Silah embarqosunun götürülməsində Britaniyanın başqa hansı niyyətləri rol oynadı? Bakı bu NATO ölkəsindən hansı silahlar…

Read More
Cəmiyyət 

Hərbi Prokurorluqda YENİ TƏYİNATLAR

Azərbaycan Respublikası Hərbi Prokurorluğunda yeni təyinatlar olub. Bu barədə müvafiq əmrlər imzalanıb. Ədliyyə polkovnik-leytenantı Vaqif İsmayılov Respublika Hərbi prokurorunun böyük köməkçisi vəzifəsinə təyin edilib. Bundan başqa, Şəmkir hərbi prokurorunun müavini, ədliyyə polkovnik-leytenantı Azər Mehdiyev vəzifəsindən azad edilərək, Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin böyük prokuroru vəzifəsinə təyin olunub. İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, ədliyyə mayoru Elxan Salamzadə isə Şəmkir hərbi prokurorunun müavini vəzifəsinə gətirilib. Respublika Hərbi Prokurorluğundan təyinatları təsdiq ediblər. Qeyd edək ki, bir müddətdir Hərbi Prokurorluqda kadr islahatları aparılır. /Qafqazinfo.az/

Read More
Hadisə 

Tovuzda dəhşətli qətlin təfərrüatları məlum oldu – FOTO

Tovuz rayonunda baş verən qətlin bəzi təfərrüatları məlum olub. Qərb bürosunun məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən 32 yaşlı Səbuhi Hacızadə bir müddətdir Almaniyada yaşayırmış və dünən axşam Azərbaycana qayıdıb. Məlumata əsasən, həyat yoldaşı Mətanət Hacızadə ilə aralarında yaranan mübahisə zamanı S.Hacızadə qadının boğaz nahiyəsinə kəsici alətlə xəsarət yetirib. Cütlüyün üç oğlu var. Qətl hadisəsini törədən Səbuhi Hacızadə cinayətin motivi barədə özünün “TikTok” səhifəsində video paylaşaraq açıqlama verib.\\Teleqraf.com Fotoda: Səbuhi Hacızadə

Read More
Gündəm 

Ramiz Mehdiyev Bulvar yaxınlığında 1.5 milyona ev axtarır -Kürəkəni təkzib etmədi

Prezident Administrasiyasının sabiq rəhbəri barəsində dörd aylıq ev dustaqlığı qətimkan tədbiri seçilmiş Ramiz Mehdiyev Dənizkənarı Bulvar yaxınlığında ev axtarır. Bu işdə ona Kənan adlı yaxın qohumu vasitəçilik edərək köməklik göstərir. Manset.az-ın əldə etdiyi məlumata görə, R. Mehdiyev ev dustaqlığını məhz Bulvar kənarında yerləşən evlərin birində keçirmək istəyir. Həkim məsləhətinə əsasən, Ramiz Mehdiyev dəniz havasına yaxın ərazidə yaşamalıdır. Lakin onun Novxanı qəsəbəsində yerləşən evi şəhər mərkəzindən uzaq olduğu üçün bu məqsədəuyğun hesab edilmir. Bildirilir ki, onun səhhəti tez-tez pisləşdiyindən ailəsi sağlamlığı ilə bağlı tədbirlər görməyə çalışır. Kənan adlı vasitəçi Mehdiyevin tapşırığı…

Read More