Siyasət 

İlham Əliyev Elina Valtoneni qəbul etdi – FOTOLARYENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiya Respublikasının xarici işlər naziri Elina Valtonenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. ARANTV.AZ xəbər verir ki, qəbula görə təşəkkürünü bildirən Elina Valtonen, ilk növbədə, Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubbun salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Aleksandr Stubba çatdırmağı xahiş etdi. Söhbət zamanı dövlətimizin başçısı ilə Finlandiya Prezidentinin görüşləri, həmçinin Bakıda keçirilmiş COP29 tədbirində Finlandiyanın ən yüksək səviyyədə iştirakı məmnunluqla xatırlandı. Elina Valtonen Vaşinqtonda Azərbaycanla Ermənistan arasında əldə olunmuş nailiyyətlər münasibətilə…

Read More
Gündəm 

MÜTDA rəhbəri işdən çıxarılmayıb – RƏSMİYENİLƏNİB

Elm və Təhsil Nazirliyinin Media ilə iş sektorunun müdiri Billurə Hacızadə açıqlamasında Eşqi Bağırovun vəzifəsindən azad edilməsi barədə məlumatın doğru olmadığını bildirib. *** Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) rəhbəri Eşqi Bağırovun məcburi məzuniyyətə göndərildiyi bildirilir. Musavat.com modern.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı ETN daxilindəki mənbələr bildirib. İddialara görə, o, faktiki olaraq vəzifəsindən azad edilib, lakin hələlik rəsmi məlumat açıqlanmır. MÜTDA-nın mətbuat xidmətinin rəhbəri Zemfira Sevdimalıyeva qeyd edib ki, müraciətə baxılıb və dəqiqləşdirəndən sonra cavab veriləcək. Bu qeyri-müəyyənlik təbii ki, müxtəlif…

Read More
Cəmiyyət 

Azadlıq meydanı parada hazırlaşır

Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümünə həsr edilmiş parad keçiriləcək. Parad noyabrın 8-də Bakının Azadlıq meydanında təşkil olunacaq. Artıq parada hazırlıqlara başlanılıb. Xatırladaq ki, 2020-ci il dekabrın 10-da Bakıda Azadlıq Meydanında Vətən müharibəsində qələbə şərəfinə Zəfər paradı keçirilib. 2023-cü il noyabrın 8-də isə Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad olub.\\Lent.az

Read More
Siyasət 

Sülhün məkanı mübahisə doğurdu: Moskva, Ankara, yoxsa Şuşa?

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın Müstəqillik Günü münasibətilə keçirilən qəbulda diqqətçəkən açıqlamalar verib. O bildirib ki, “Rusiya Azərbaycan və Ermənistanın sülh sazişi imzalaması üçün öz ərazisini təqdim etmək təklifini qüvvədə saxlayır”. Qaluzinin sözlərinə görə, Moskva Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına xüsusi əhəmiyyət verir. “Rusiya İrəvan və Bakı arasında nizamlanma prosesində böyük və təsirli rol oynayıb”, – deyə Mixail Qaluzin əlavə edib və tərəflərə qalan fikir ayrılıqlarının aradan qaldırılmasında bütün zəruri dəstəyi göstərməyə hazır olduqlarını vurğulayıb. Göründüyü kimi, Rusiya Azərbaycan və Ermənistan liderlərinin sülh müqaviləsini məhz Moskvada imzalaması…

Read More
Gündəm 

“Ramiz Mehdiyev prezident olmaq istəyirdi… Elton və Ziya Məmmədovlara vəzifə verəcəkdi”

“Ramiz Mehdiyevgil Novxanı bağlarına yığışıb dövlət çevrilişi etmək istəyirdilər. Ona görə də o, çoxdan həbs edilməli idi. Mən bunları çoxdan deyirdim. Ramiz Mehdiyevin o zamanlar əli hər yerə çatırdı, müəyyən qruplar ona işləyirdi. Mən çox sevinirəm ki, 2010-cu ildən bəri söylədiklərim 15 il sonra öz təsdiqini tapdı. Mən hətta 2010-cu ildə “Xural” qəzetində “Ramiz Mehdiyev dövlət başçısına xəyanət edir” başlıqlı məqalə də yazmışdım. Ona görə də Ramiz Mehdiyev Əvəz Zeynallını həbs etdirdi, məni də həbs etdirmək istəyirdi. O, həmişə dövlətə xəyanət edib və hakimiyyətə gəlmək istəyib”. Bunu Musavat.com-a açıqlamasında Müasir Müsavat Partiyasının…

Read More
Gündəm 

“Yaltaqlar indi danışır, amma mən o vaxt sözümü deyib keçmişəm” – Sabir Rüstəmxanlıdan Ramiz Mehdiyevə sərt mesaj!

Ramiz Mehdiyevin həbsi xəbəri fonunda sosial şəbəkələrdə Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlının 1996-cı ildə Milli Məclisdə o dövrdə Prezident Administrasiyasının rəhbəri olan Ramiz Mehdiyevlə gərgin mübahisəsini əks etdirən arxiv görüntülər yayılıb. Məlumatlara görə, bu qarşıdurmanın kökləri hələ 1994–1995-ci illərə gedib çıxır. Həmin dövrdə Prezident Administrasiyasının rəhbəri olan Ramiz Mehdiyev Mətbuat və İnformasiya Nazirliyinin fəaliyyətini bir neçə dəfə yoxlatdırmış, lakin istədiyi nəticəni ala bilməmişdi. Bundan sonra PA-nın mətbu orqanı olan “Xalq qəzeti” də daxil olmaqla bir sıra media qurumlarında o dövrdə mətbuat və informasiya naziri vəzifəsini icra edən…

Read More
Gündəm 

Sabiq deputatdan ifşaedici AÇIQLAMA: “Ramiz Mehdiyev erməni arvadının əli ilə…”

Ramiz Mehdiyevi illər əvvəl açıq şəkildə tənqid edən siyasətçilərdən biri də Ana Vətən Partiyasının sədri, sabiq deputat Fəzail Ağamalı olub. Onun illər əvvəl verdiyi açıqlamalar bu gün təsdiqini tapır. Xəbər verildiyi kimi, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyev barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib. R.Mehdiyev Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 278.1-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham olunur. Məsələ ilə bağlı Musavat.com-a açıqlama verən Fəzail…

Read More
Siyasət 

Hikmət Hacıyev Berlində Almaniya Kanslerinin müşaviri ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Berlində Almaniya Kanslerinin xarici və təhlükəsizlik siyasəti üzrə müşaviri Günter Sautter ilə görüşüb. Bu barədə Hikmət Hacıyev “X” hesabında paylaşım edib. Bildirilib ki, görüşdə ikitərəfli əlaqələr və regional məsələlər müzakirə olunub. Tərəflər bölgədə yaranmış yeni sülh dövrünün Azərbaycan–Almaniya münasibətlərinin inkişafı, həmçinin Avropa İttifaqı ilə əməkdaşlıq üçün geniş imkanlar açdığını vurğulayıblar.

Read More
Gündəm 

Vaxtı ilə Ramiz Mehdiyevi tərifləyən Akif Əlizadə: “Onu yıxıb-sürümək də olar, amma…”

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, akademik Ramiz Mehdiyev barəsində cinayət işi başlanılıb. Səbail Rayon Məhkəməsi onun barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçib. Məlumata görə, Mehdiyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin aşağıdakı maddələri ilə ittiham olunur: * 278-ci maddə – hakimiyyəti zorla ələ keçirmə və ya zorla saxlama; * 274-cü maddə – dövlətə xəyanət; * 193-cü maddə – cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma (yuyulma). Hələ vəzifədə olarkən bir çox elm adamları “boz kardinal” haqqında yüksək fikirlər bildirib, onun şəninə çoxlu…

Read More