Gündəm 

“Ramiz Mehdiyev mənə o qədər pislik edib ki…” – Misir Mərdanov

“Bütün Azərbaycan cəmiyyəti Ramiz Mehdiyev barəsində cinayət işinin açılmasını gözləyirdi. Nəhayət ki, haqq-ədalət öz yerini tapdı. Yəqin ki, bundan sonra məhkəmədə bu işlər araşdırılacaq və zəruri qərar veriləcək. Əlbəttə, mən heç kəsin ölümünü, pis gün görməsini arzulamazdım. Ancaq Ramiz Mehdiyev bu həyata sanki pislik etmək, insanları incitmək, əziyyət vermək və bundan sevinmək üçün gəlmişdi. İndi isə özünün başına bu iş gəldi. Gözləyək, görək arxası nə olacaq”. Bunu Musavat.com-a sabiq təhsil naziri, Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov deyib. O, Ramiz Mehdiyevi illər öncə tanıdığını bildirib: “Mən hələ sovet vaxtı onunla bərabər işləmiş,…

Read More
Siyasət 

Sahibə Qafarova TÜRKPA-nın yeni Baş katibini qəbul etdiFOTO

Milli Məclisin sədri Sahibə Qafarova TÜRKPA-nın Baş katibi Ramil Həsənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Musavat.com-a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Qeyd olunub ki, eyni kökdən olan, ortaq milli-mənəvi dəyərləri bölüşən xalqlarımızın birlik və həmrəyliyinin gücləndirilməsi, qardaş ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əlaqələrin, qarşılıqlı dəstək və birgə fəaliyyətin daha da möhkəmləndirilməsində türk əməkdaşlıq təşkilatları özünəməxsus rol oynayırlar. Bu sırada TÜRKPA çərçivəsində əməkdaşlığın dərinləşməsinin əhəmiyyəti vurğulanıb. Diqqətə çatdırılıb ki, Milli Məclis bu təşkilat çərçivəsində fəaliyyətə böyük önəm verir. Görüşdə bu təşkilatın qarşıdakı dövrdə də fəaliyyətinin səmərəli…

Read More
Siyasət 

Regionda prosesləri Bakı müəyyənləşdirir, oyun qaydalarını Azərbaycan yazır

“Əliyev–Tramp görüşündən dərhal sonra Amerika Erməni Assambleyasının bəyanatla çıxış etməsi təsadüfi deyil – bu, klassik erməni diplomatik taktikasının növbəti təzahürüdür”. Bunu Musavat.com-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, siyasi şərhçi Tural İsmayılov bildirib. Ekspert qeyd edib ki, Ermənistan və onun diaspor dairələri hər dəfə Azərbaycan beynəlxalq arenada mühüm diplomatik uğur qazananda diqqəti yayındırmaq və məsələni emosional müstəviyə çəkmək üçün belə addımlara əl atırlar: “ABŞ-da keçirilən görüş və orada Azərbaycanın sülh prosesində konstruktiv mövqe nümayiş etdirməsi, təbii ki, erməni lobbi strukturlarını narahat edib. Onlar bu dəfə də “xristian girovlar” kartını oynayaraq Tramp administrasiyasına təsir…

Read More
Siyasət 

Hikmət Hacıyev Almaniya XİN-in dövlət katibi ilə görüşüb

  Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Berlində Almaniya Xarici İşlər Nazirliyinin Dövlət katibi Geza Andreas von Geyr ilə görüşüb. Musavat.com xəbər verir ki, bu barədə o, “X” hesabında yazıb. Hikmət Hacıyev qeyd edib ki, regional məsələlər, bölgədə sülhün möhkəmləndirilməsi və iki tərəfli gündəm, o cümlədən əlaqələndirmə layihələri müzakirə olunub: “Regional məsələlər, bölgədə sülhün möhkəmləndirilməsi və iki tərəfli gündəm, o cümlədən əlaqələndirmə layihələri barədə Almaniya Xarici İşlər Nazirliyinin Dövlət katibi Geza Andreas von Geyr ilə müzakirələr apardıq. Azərbaycan ənənəvi olaraq Almaniya ilə dost və yaxşı…

Read More
Gündəm 

Paşinyan erməni kilsəsinin “qələmini qırır”: Ermənistanda “keşiş ovu” gizli müharibəyə çevrilir

  ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə olunan regional razılaşmaları nəzərə aldıqda, indi erməni kilsəsi Paşinyan hakimiyyətinin Qərbyönümlü xarici siyasət kursunun qarşısında duran ən ciddi ölkədaxili əngəl sayılır… Ona görə də, hazırda erməni kilsəsinə qarşı açılan savaş Paşinyan hakimiyyəti üçün geoploitik simvola çevrilməklə yanaşı, həm də Ermənistanın Qərbə yaxınlaşma cəhdinin növbəti və həlledici mərhələsini də ifadə edir… Ermənistanda “siyasi-ideoloji müharibə” yeni və daha amansız mərhələyə keçməyə başlayıb. Bu ölkədə son baş verənlər daxili siyasət məkanında yeni gərginliyin başlanğıcı hesab olunur. Hüquq-mühafizə orqanlarının yepiskop Mkrtıç Proşyan da daxil olmaqla, altı…

Read More
Siyasət 

Ceyhun Bayramov TÜRKPA-nın yeni baş katibi ilə görüşdüFOTO

Oktyabrın 15-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) yeni baş katibi Ramil Həsəni qəbul edib. XİN-dən Musavat.com-a verilən xəbərə görə, nazir Ceyhun Bayramov Ramil Həsəni belə nir mötəbər quruma baş katib təyin edilməsi münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Görüşdə TÜRKPA çərçivəsində əməkdaşlıq məsələləri, Assambleyanın hazırkı və gələcək fəaliyyəti, üzv ölkələr arasında parlamentlərarası əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Nazir Ceyhun Bayramov TÜRKPA-nın türk dövlətləri arasında mövcud qardaşlıq və dostluq əlaqələrinin parlamentlərarası səviyyədə inkişafı baxımından vacib platforma olduğunu diqqətə çatdıraraq, dövlətlərimiz arasında…

Read More
Cəmiyyət 

Deputat Ramiz Mehdiyevi MM-də darmadağın edir – Video

  Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində istintaq başladılması, ona qarşı vətənə xəyanət və hakimiyyətin zorla ələ keçirilməsinə cəhd də daxil olmaqla, ağır ittihamlar irəli sürməsi böyük müzakirələr yaradıb. Xüsusilə sosial şəbəkələrdə Ramiz Mehdiyevin vəzifədə olduğu vaxt hər kəsin ona yaltaqlandığı bildirilir. Ancaq yeganə yüksək vəzifəli şəxs – həmin dövrdə mətbuat və informasiya naziri işləyən Sabir Rüstəmxanlı Ramiz Mehdiyevlə açıq mübarizə aparmışdı. Belə ki, həmin vaxt PA rəhbəri olan Ramiz Mehdiyev Mətbuat və İnformasiya Nazirliyini bir neçə dəfə yoxlatdırmış, nəticə almadıqda isə PA-nın mətbu orqanı olan “Xalq qəzeti” də…

Read More
Region Xəbərləri 

YAP Bərdə rayon təşkilatı tərəfindən Müstəqilliyin Bərpası günü münasibətilə YAP-a yeni üzv olanlara üzvlük vəsiqələri təqdim edilmişdir.

YAP Bərdə rayon təşkilatı tərəfindən Müstəqilliyin Bərpası günü münasibətilə Mərkəzi rayon Xəstəxanası və Bərdə Peşə Təhsili Mərkəzində YAP-a yeni üzv olanlara üzvlük vəsiqələri təqdim edilmişdir. Təqdimatda təşkilatın sədr müavini Elməddin Əsgərxanov, Aparatın məsləhətçisi Əlövsət Məmmədov, 1 saylı ƏPT-nin sədri Yusifzadə Həsən, 18 saylı ƏPT- nin sədri Vüqar Babayev və rayon Peşə Təhsili Mərkəzinin direktoru Samir Nəcəfov çıxış edərək yeni üzvləri təbrik ediblər. Bildiriblər ki, Azərbaycan müstəqillik dövrünün ən qüdrətli dövrünü yaşayır. Bu dovr ərzində Yeni Azərbaycan Partiyası xalqımızın amal və məqsədlərinin eyniliyi ilə Müzəffər Liderimiz cənab İlham Əliyevin ətrafında sıx…

Read More
Region Xəbərləri 

Bərdə rayon İcra Hakimiyyəti başçısının Bala Ərəblər kəndində səyyar qəbul-görüşü keçirilib

Keçirilən görüşdə İcra Hakimiyyətinin başçısı, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və kənd sakinləri iştirak ediblər. Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatların, əhalinin rifah halının daha da yaxşılaşdırılması istiqamətində icra olunan layihələrin hər bir yaşayış məntəqəsini əhatə etdiyini vurğulayıb və Bala Ərəblər kəndində görülən işlər barədə vətəndaşlara ətraflı məlumat verib. Görülən işlərdən məmnunluqlarını bildirən sakinlərin daha sonra təklif və şikayətləri dinlənilib, kənd yolunda avtobus dayanacağının qoyulması, torpaq sahəsinin sənədləşdirilməsi, 2…

Read More
Region Xəbərləri 

Xankəndidə “Narkomaniyaya Yox Deyək” adlı maarifləndirici tədbir keçirilib- FOTO

  Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbində “Narkomaniyaya Yox Deyək” mövzusunda maarifləndirici tədbir təşkil olunub.   Tədbirdə məktəbin direktor vəzifəsini icra edən Tərlanxanım Allahverdiyeva, ETİHİ Xankəndi və Xocalı şəhər həmkarlar təşkilatının sədri İsmayıl Hacıyev, eləcə də Xankəndi şəhər polis şöbəsinin əməkdaşları iştirak ediblər.   Çıxış edənlər gənclərin sağlam həyat tərzi sürməsinin, zərərli vərdişlərdən uzaq durmasının vacibliyini vurğulayıblar. Qeyd olunub ki, narkomaniya cəmiyyətin gələcəyinə ciddi təhlükə yaradır və bu istiqamətdə maarifləndirmə tədbirlərinin keçirilməsi mühüm əhəmiyyət daşıyır.   Daha sonra IX və XI sinif şagirdlərinə “Narkotikə Yox” mövzusunda…

Read More