Region Xəbərləri 

Xankəndidə “Narkomaniyaya Yox Deyək” adlı maarifləndirici tədbir keçirilib- FOTO

  Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbində “Narkomaniyaya Yox Deyək” mövzusunda maarifləndirici tədbir təşkil olunub.   Tədbirdə məktəbin direktor vəzifəsini icra edən Tərlanxanım Allahverdiyeva, ETİHİ Xankəndi və Xocalı şəhər həmkarlar təşkilatının sədri İsmayıl Hacıyev, eləcə də Xankəndi şəhər polis şöbəsinin əməkdaşları iştirak ediblər.   Çıxış edənlər gənclərin sağlam həyat tərzi sürməsinin, zərərli vərdişlərdən uzaq durmasının vacibliyini vurğulayıblar. Qeyd olunub ki, narkomaniya cəmiyyətin gələcəyinə ciddi təhlükə yaradır və bu istiqamətdə maarifləndirmə tədbirlərinin keçirilməsi mühüm əhəmiyyət daşıyır.   Daha sonra IX və XI sinif şagirdlərinə “Narkotikə Yox” mövzusunda…

Read More
Gündəm 

“Boşanma və nikahlarla bağlı statistika real deyil”

Azərbaycanda nikahların sayı artıb, boşanmaların sayı izə azalıb. Belə ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-avqust aylarında 31 min 403 nikah və 13 min 869 boşanma halları qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə nikahların sayı 4,5-dən 4,6-ya qədər artıb, boşanmaların sayı isə 2,1-dən 2-yə düşüb. Bəs nikahların artması və boşanmaların azalması halına hansı amillər təsir göstərib? Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev Musavat.com-a danışıb. Sosioloq qeyd edib ki, reallıq əksinədir: “Hesab etmirəm ki, nikahların sayı…

Read More
Cəmiyyət 

Etibarnamə ilə avtomobil idarə edənlərin NƏZƏRİNƏ

Son günlər avtomobilin idarə edilməsinə görə etibarnamə tələbinin ləğv edilməsi ilə bağlı müzakirələr gedir. Bəzi şəxslər hesab edir ki, avtomobili idarə etmək üçün sürücülük vəsiqəsinin olması və sahibinin şifahi razılığı yetərlidir. Təsadüfi deyil ki, MDB ölkələrinin əksəriyyətində etibarnamə tələbi aradan qalxıb. Bəs, ölkəmizdə də bu təcrübə reallaşa bilərmi Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən nəqliyyat üzrə ekspert Aslan Əsədov etibarnamə tələbinin olmasının əsas səbəblərini qeyd edib: “Bunun başlıca səbəbi büdcə daxilolmaları ilə bağlıdır. Hər il bu cür əməliyyatlardan dövlət büdcəsinə milyonlarla manat vəsait cəlb olunur. Büdcəyə toplanan vəsaitsə dövlətin…

Read More
Gündəm 

Sosial şəbəkələrdə təbii kosmetik məhsulların satışı aparılır – Qurumlardan AÇIQLAMA

Son vaxtlar sosial mediada ev şəraitində hazırlanmış krem, sabun, serum və maskaların satışı geniş yayılıb. Bu məhsullar təbii adı altında təqdim olunsa da, əksəriyyətinin nə tərkibi bəllidir, nə də laboratoriya testləri və rəsmi icazələri mövcuddur. Musavat.com xəbər verir ki, dermatoloq Miryusif Əliyevin sözlərinə görə, tərkibi bilinməyən bu tip kosmetik vasitələr ciddi dəri problemlərinə səbəb ola bilər: “Ev şəraitində hazırlanan məhsullardan istifadə etdikdə allergik reaksiyalar və digər fəsadlar müşahidə oluna bilər. Həkimlər üçün belə hallarda düzgün müalicə aparmaq çətinləşir”. Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidməti bildirir ki, qanunsuz və sertifikatsız kosmetik məhsulların…

Read More
Şou biznes 

Natiq Şirinov: “Barəmdə yayılan xəbərlər saxta və yalandır!”

Xalq artisti Natiq Şirinov uzun müddətdir davam edən məhkəmə prosesi ilə bağlı açıqlama verib. Musavat.com-un məlumatına görə, sənətçi ritm qrupunun keçmiş üzvü Ramil Cahangirovla aralarındakı məhkəmə çəkişməsində uduzması barədə yayılan xəbərlərə bu cür reaksiya verib: “Son günlər bəzi səhifələrdə guya mən, Natiq Şirinov, məhkəmədə uduzmuşam kimi saxta paylaşımlar edilib. Bu məlumat tamamilə yalandır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli rəsmi qərarına əsasən: “Qavaldaş nağara” təsviri sənət əsərinin müəllifi və hüquq sahibi kimi mən, Natiq Şirinov, tanınmışam. Məhkəmə yalnız “üzr istəmə” bəndini ləğv edib. Qalan bütün hissələr –…

Read More
Cəmiyyət 

Ramiz Mehdiyevin xəyanət komandası: Rusiyanın Bakıda qurduğu 5-ci kolon ləğv edilir, daha kimlər həbs ediləcək…

Musavat.com xəbər verir ki, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti, akademik Ramiz Mehdiyev barəsində xüsusilə ağır cinayətlərə görə cinayət işi başlanıb. Səbail Rayon Məhkəməsi Mehdiyev barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçib. Rəsmi məlumatlara əsasən, Ramiz Mehdiyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin • 278-ci maddəsi – hakimiyyəti zorla ələ keçirmə və ya zorla saxlama, • 274-cü maddəsi – dövlətə xəyanət, • 193-cü maddəsi – cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması maddələri ilə ittiham olunur. Bu, təkcə keçmiş məmura qarşı hüquqi addım deyil – bu, Azərbaycanda Rusiya təsir dairəsinin…

Read More
İdman 

DÇ-2026: Avropa zonası üzrə seçmə mərhələdə daha 8 qarşılaşma baş tutub

DÇ-2026-nın Avropa üzrə seçmə mərhələsində daha 8 qarşılaşma baş tutub. “Report”un məlumatına görə, oyunlar E, F, I və K qruplarında keçirilib. Türkiyə millisi evdə Gürcüstanla, İtaliya İsraillə, İspaniya Bolqarıstanla üz-üzə gəlib. İngiltərə səfərdə Latviya ilə görüşüb. DÇ-2026 Seçmə mərhələ 14 oktyabr E qrupu İspaniya – Bolqarıstan 4:0 Türkiyə – Gürcüstan 4:1 F qrupu Portuqaliya – Macarıstan 2:2 İrlandiya – Ermənistan 1:0 I qrupu Estoniya – Moldova 1:1 İtaliya – İsrail 3:0 K qrupu Latviya – İngiltərə 0:5 Andorra – Serbiya 1:3

Read More
Gündəm 

Qələbənin Füzuli müjdəsi

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 17 oktyabr – Füzuli Şəhəri Günü kimi geniş qeyd olunur Azərbaycanın cənub-qərb bölgəsində yerləşən Füzuli şəhəri son illərdə həm tarixi əhəmiyyəti, həm də strateji mövqeyi ilə ön plana çıxmış ərazilərdən biridir. Uzun illər işğal altında qalan bu şəhər 17 oktyabr 2020-ci ildə Vətən müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən azad edilərək, ölkənin müasir dirçəliş və quruculuq simvollarından birinə çevrilmişdir. Bu gün Füzuli şəhəri yalnız tarixlə deyil, həm də gələcəyə doğru atılan inamlı addımlarla gündəmdədir. Qədimliyi ilə seçilən Füzuli şəhəri tarix boyunca…

Read More
Gündəm 

Ramiz Mehdiyev ev dustaqlığında – qanun nələrə icazə verir, nələri qadağan edir?

Musavat.com xəbər verir ki, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev barəsində başlanmış cinayət işi üzrə 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib. Məhkəmənin qərarı Cinayət Prosessual Məcəlləsinin 163-cü maddəsinə əsaslanır və bu maddə ev dustaqlığının mahiyyətini, qaydalarını və məhdudiyyətlərini aydın şəkildə müəyyən edir. Ev dustaqlığı — təqsirləndirilən şəxsin azadlığının məhdudlaşdırılması, lakin tam təcrid olunmadan, öz yaşayış yerində nəzarət altında saxlanılması deməkdir. Bu, həbsə alternativ qətimkan tədbiridir və şəxsin cəmiyyətdən tam ayrılmadan, amma ciddi nəzarət altında saxlanmasına xidmət edir. Ev dustaqlığı yalnız məhkəmənin qərarı ilə tətbiq olunur və…

Read More
Cəmiyyət 

Ramiz Mehdiyev işində ŞOK AD – “Tomsk xətti” üzə çıxır, həbs olunacaq…

Musavat.com xəbər verir ki, Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyev barəsində başlanan cinayət işinin miqyası genişlənməkdədir. İstintaq çərçivəsində artıq onun uzun illər yaxın çevrəsində yer alan və müxtəlif dövrlərdə birgə fəaliyyət göstərmiş şəxslərin də adları hallanır. Onlardan biri — sabiq deputat, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsinin sabiq müdiri Elton Arzuman oğlu Məmmədovdur. O, hazırda AMEA Sosial Xidmətlər şöbəsinin müdiridir. Elton Məmmədov kimdir? Elton Məmmədov 18 dekabr 1954-cü ildə Ucar rayonunun Qazıqumlaq kəndində anadan olub. O, Azərbaycan Milli Məclisinin II, III və IV çağırış deputatı, Azərbaycan Texniki Universitetinin…

Read More