Cəmiyyət 

Deputat Ramiz Mehdiyevi MM-də darmadağın edir – Video

  Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində istintaq başladılması, ona qarşı vətənə xəyanət və hakimiyyətin zorla ələ keçirilməsinə cəhd də daxil olmaqla, ağır ittihamlar irəli sürməsi böyük müzakirələr yaradıb. Xüsusilə sosial şəbəkələrdə Ramiz Mehdiyevin vəzifədə olduğu vaxt hər kəsin ona yaltaqlandığı bildirilir. Ancaq yeganə yüksək vəzifəli şəxs – həmin dövrdə mətbuat və informasiya naziri işləyən Sabir Rüstəmxanlı Ramiz Mehdiyevlə açıq mübarizə aparmışdı. Belə ki, həmin vaxt PA rəhbəri olan Ramiz Mehdiyev Mətbuat və İnformasiya Nazirliyini bir neçə dəfə yoxlatdırmış, nəticə almadıqda isə PA-nın mətbu orqanı olan “Xalq qəzeti” də…

Read More
Region Xəbərləri 

YAP Bərdə rayon təşkilatı tərəfindən Müstəqilliyin Bərpası günü münasibətilə YAP-a yeni üzv olanlara üzvlük vəsiqələri təqdim edilmişdir.

YAP Bərdə rayon təşkilatı tərəfindən Müstəqilliyin Bərpası günü münasibətilə Mərkəzi rayon Xəstəxanası və Bərdə Peşə Təhsili Mərkəzində YAP-a yeni üzv olanlara üzvlük vəsiqələri təqdim edilmişdir. Təqdimatda təşkilatın sədr müavini Elməddin Əsgərxanov, Aparatın məsləhətçisi Əlövsət Məmmədov, 1 saylı ƏPT-nin sədri Yusifzadə Həsən, 18 saylı ƏPT- nin sədri Vüqar Babayev və rayon Peşə Təhsili Mərkəzinin direktoru Samir Nəcəfov çıxış edərək yeni üzvləri təbrik ediblər. Bildiriblər ki, Azərbaycan müstəqillik dövrünün ən qüdrətli dövrünü yaşayır. Bu dovr ərzində Yeni Azərbaycan Partiyası xalqımızın amal və məqsədlərinin eyniliyi ilə Müzəffər Liderimiz cənab İlham Əliyevin ətrafında sıx…

Read More
Region Xəbərləri 

Bərdə rayon İcra Hakimiyyəti başçısının Bala Ərəblər kəndində səyyar qəbul-görüşü keçirilib

Keçirilən görüşdə İcra Hakimiyyətinin başçısı, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və kənd sakinləri iştirak ediblər. Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatların, əhalinin rifah halının daha da yaxşılaşdırılması istiqamətində icra olunan layihələrin hər bir yaşayış məntəqəsini əhatə etdiyini vurğulayıb və Bala Ərəblər kəndində görülən işlər barədə vətəndaşlara ətraflı məlumat verib. Görülən işlərdən məmnunluqlarını bildirən sakinlərin daha sonra təklif və şikayətləri dinlənilib, kənd yolunda avtobus dayanacağının qoyulması, torpaq sahəsinin sənədləşdirilməsi, 2…

Read More
Region Xəbərləri 

Xankəndidə “Narkomaniyaya Yox Deyək” adlı maarifləndirici tədbir keçirilib- FOTO

  Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbində “Narkomaniyaya Yox Deyək” mövzusunda maarifləndirici tədbir təşkil olunub.   Tədbirdə məktəbin direktor vəzifəsini icra edən Tərlanxanım Allahverdiyeva, ETİHİ Xankəndi və Xocalı şəhər həmkarlar təşkilatının sədri İsmayıl Hacıyev, eləcə də Xankəndi şəhər polis şöbəsinin əməkdaşları iştirak ediblər.   Çıxış edənlər gənclərin sağlam həyat tərzi sürməsinin, zərərli vərdişlərdən uzaq durmasının vacibliyini vurğulayıblar. Qeyd olunub ki, narkomaniya cəmiyyətin gələcəyinə ciddi təhlükə yaradır və bu istiqamətdə maarifləndirmə tədbirlərinin keçirilməsi mühüm əhəmiyyət daşıyır.   Daha sonra IX və XI sinif şagirdlərinə “Narkotikə Yox” mövzusunda…

Read More
Gündəm 

“Boşanma və nikahlarla bağlı statistika real deyil”

Azərbaycanda nikahların sayı artıb, boşanmaların sayı izə azalıb. Belə ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-avqust aylarında 31 min 403 nikah və 13 min 869 boşanma halları qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə nikahların sayı 4,5-dən 4,6-ya qədər artıb, boşanmaların sayı isə 2,1-dən 2-yə düşüb. Bəs nikahların artması və boşanmaların azalması halına hansı amillər təsir göstərib? Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev Musavat.com-a danışıb. Sosioloq qeyd edib ki, reallıq əksinədir: “Hesab etmirəm ki, nikahların sayı…

Read More
Cəmiyyət 

Etibarnamə ilə avtomobil idarə edənlərin NƏZƏRİNƏ

Son günlər avtomobilin idarə edilməsinə görə etibarnamə tələbinin ləğv edilməsi ilə bağlı müzakirələr gedir. Bəzi şəxslər hesab edir ki, avtomobili idarə etmək üçün sürücülük vəsiqəsinin olması və sahibinin şifahi razılığı yetərlidir. Təsadüfi deyil ki, MDB ölkələrinin əksəriyyətində etibarnamə tələbi aradan qalxıb. Bəs, ölkəmizdə də bu təcrübə reallaşa bilərmi Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən nəqliyyat üzrə ekspert Aslan Əsədov etibarnamə tələbinin olmasının əsas səbəblərini qeyd edib: “Bunun başlıca səbəbi büdcə daxilolmaları ilə bağlıdır. Hər il bu cür əməliyyatlardan dövlət büdcəsinə milyonlarla manat vəsait cəlb olunur. Büdcəyə toplanan vəsaitsə dövlətin…

Read More
Gündəm 

Sosial şəbəkələrdə təbii kosmetik məhsulların satışı aparılır – Qurumlardan AÇIQLAMA

Son vaxtlar sosial mediada ev şəraitində hazırlanmış krem, sabun, serum və maskaların satışı geniş yayılıb. Bu məhsullar təbii adı altında təqdim olunsa da, əksəriyyətinin nə tərkibi bəllidir, nə də laboratoriya testləri və rəsmi icazələri mövcuddur. Musavat.com xəbər verir ki, dermatoloq Miryusif Əliyevin sözlərinə görə, tərkibi bilinməyən bu tip kosmetik vasitələr ciddi dəri problemlərinə səbəb ola bilər: “Ev şəraitində hazırlanan məhsullardan istifadə etdikdə allergik reaksiyalar və digər fəsadlar müşahidə oluna bilər. Həkimlər üçün belə hallarda düzgün müalicə aparmaq çətinləşir”. Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidməti bildirir ki, qanunsuz və sertifikatsız kosmetik məhsulların…

Read More
Şou biznes 

Natiq Şirinov: “Barəmdə yayılan xəbərlər saxta və yalandır!”

Xalq artisti Natiq Şirinov uzun müddətdir davam edən məhkəmə prosesi ilə bağlı açıqlama verib. Musavat.com-un məlumatına görə, sənətçi ritm qrupunun keçmiş üzvü Ramil Cahangirovla aralarındakı məhkəmə çəkişməsində uduzması barədə yayılan xəbərlərə bu cür reaksiya verib: “Son günlər bəzi səhifələrdə guya mən, Natiq Şirinov, məhkəmədə uduzmuşam kimi saxta paylaşımlar edilib. Bu məlumat tamamilə yalandır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli rəsmi qərarına əsasən: “Qavaldaş nağara” təsviri sənət əsərinin müəllifi və hüquq sahibi kimi mən, Natiq Şirinov, tanınmışam. Məhkəmə yalnız “üzr istəmə” bəndini ləğv edib. Qalan bütün hissələr –…

Read More
Cəmiyyət 

Ramiz Mehdiyevin xəyanət komandası: Rusiyanın Bakıda qurduğu 5-ci kolon ləğv edilir, daha kimlər həbs ediləcək…

Musavat.com xəbər verir ki, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti, akademik Ramiz Mehdiyev barəsində xüsusilə ağır cinayətlərə görə cinayət işi başlanıb. Səbail Rayon Məhkəməsi Mehdiyev barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçib. Rəsmi məlumatlara əsasən, Ramiz Mehdiyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin • 278-ci maddəsi – hakimiyyəti zorla ələ keçirmə və ya zorla saxlama, • 274-cü maddəsi – dövlətə xəyanət, • 193-cü maddəsi – cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması maddələri ilə ittiham olunur. Bu, təkcə keçmiş məmura qarşı hüquqi addım deyil – bu, Azərbaycanda Rusiya təsir dairəsinin…

Read More
İdman 

DÇ-2026: Avropa zonası üzrə seçmə mərhələdə daha 8 qarşılaşma baş tutub

DÇ-2026-nın Avropa üzrə seçmə mərhələsində daha 8 qarşılaşma baş tutub. “Report”un məlumatına görə, oyunlar E, F, I və K qruplarında keçirilib. Türkiyə millisi evdə Gürcüstanla, İtaliya İsraillə, İspaniya Bolqarıstanla üz-üzə gəlib. İngiltərə səfərdə Latviya ilə görüşüb. DÇ-2026 Seçmə mərhələ 14 oktyabr E qrupu İspaniya – Bolqarıstan 4:0 Türkiyə – Gürcüstan 4:1 F qrupu Portuqaliya – Macarıstan 2:2 İrlandiya – Ermənistan 1:0 I qrupu Estoniya – Moldova 1:1 İtaliya – İsrail 3:0 K qrupu Latviya – İngiltərə 0:5 Andorra – Serbiya 1:3

Read More