Cəmiyyət 

Faizsiz kreditlər kimlərə veriləcək? – VİDEO

Gələn ildən Azərbaycanda faizsiz kreditlərin verilməsi nəzərdə tutulub. Bilidirilib ki, İslam bankçılığı klassik bank sistemindən əsaslı şəkildə fərqlənir. Bu sistemdə faiz anlayışı yoxdur, lakin bu, pulu qazancsız vermək mənasına gəlmir. İqtisadi Resursların Öyrənilməsi ictimai birliyinin sədri Ruslan Atakişiyev “Xəzər Xəbər”ə açıqlamasında bildrib ki, ölkəmizdə planlaşdırılan İslam Bankçılığı məhsullarından ilkin olaraq “Murabaha” təqdim olunacaq. Bu alətdən də əsasən sahibkarlar, iş adamları yararlana biləcək. Ruslan Atakişiyev bildirib ki, İslam dinində faiz haram hesab olunduğundan kredit faizsiz, lakin ticarət anlayışı ilə veriləcək. Yəni vətəndaşın əldə etmək istədiyi məhsulu bank alacaq və vətəndaşa üzərinə…

Read More
Cəmiyyət 

Valideyn tərəfindən döyülən məktəbli danışdı – VİDEO

Son günlər orta məktəblərdə qalmaqallı hadisələr bir – birini əvəzləyir. Bu dəfəki olay təəssüf hissi doğrurur. Belə ki, qalmaqal bir şagirdin valideyninin dərs prosesi zamanı digər şagirdi döyməsi faktıdır. ARANTV.AZ  Xəzər TV-yə istinadən bildirir ki, iddialara görə, Tərtər rayonun Seydimli kənd tam orta məktəbinin 11 sinif şagirdi oxuduğu məktəbdə sinif yoldaşının atası, Bəxtiyar adlı şəxs tərəfindən döyülüb. Hadisədən sonra dərhal valideynlərə xəbər veriblər. Döyülmə nəticəsində xəsarət alan şagird xəstəxanaya çatdırılıb. Hadisəni törədən valideyndən də münasibət öyrənmək istədik. Lakin cəhdlərimiz alınmadı. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, qeyd olunan…

Read More
Cəmiyyət 

Taksi sayına limitin qoyulması qiyməti artıracaq? – VİDEO

akıda taksilərin sayına limit qoyulub. Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul edib. Qərara əsasən Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin say həddi 25 000 müəyyən edilib. Taksi minik avtomobilləri ilə sərnişin daşımaları fəaliyyəti üçün icazələrin əlavələri Rəqabət Məcəlləsinə, “Lisenziyalar və icazələr haqqında” və “Avtomobil nəqliyyatı haqqında” qanunlara uyğun olaraq və müraciət zamanı növbəlilik nəzərə alınmaqla veriləcək. ARANTV.AZ Xəzər TV-yə istinadən bildirir ki, yol hərəkəti qaydaları…

Read More
Cəmiyyət 

Bakıda 20-dən çox restoran və şadlıq sarayı CƏZALANDIRILIB – SİYAHI

Cari ilin 9 ayı ərzində Bakı şəhərində keçirilən yoxlamalar zamanı 521 ictimai iaşə müəssisəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, bunlardan insan həyatı və sağlamlığı üçün təhlükə yaradan 23 müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Həmin müəssisələrdən 11-i tam sağlamlaşdırılaraq, yəni qida təhlükəsizliyi tələblərinə uyğunluğu təmin edilərək fəaliyyəti bərpa olunub, 7-də müvafiq tədbirlər görülməkdədir, 5 sahibkar obyektdə fəaliyyətini tamamilə dayandırıb. Sözügedən müəssisələr aşağıdakılardır: № Sahibkarlıq subyekti Obyekt Fəaliyyət ünvanı Sağlamlaşdırma işləri 1 Məqsud Əzizağa…

Read More
Region Xəbərləri 

Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlər ardıcıl inkişaf edir.

Oktyabrın 10-da Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının məhdud tərkibli iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mühüm məzmunlu çıxışla iştirak edib. Dövlət başçısı çıxışına Tacikistan xalqını və Prezident Emoməli Rəhmonu ölkənin sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi əhəmiyyətli nailiyyətlər münasibətilə səmimi təbriklərini çatdırmaqla başlayıb. Prezident İlham Əliyev Düşənbəyə hər səfərində şəhərin simasının daha da gözəlləşdiyini, müasir memarlıq üslubunda inşa olunan binaların paytaxta xüsusi abadlıq və estetik görünüş qazandırdığını qeyd edərək Tacikistanın bu sahədə əldə etdiyi uğurların dost Azərbaycan xalqı üçün də qürurverici olduğunu…

Read More
Gündəm 

Prezident onları təltif etdi – Sərəncam

  Azərbaycan dəmir yolu nəqliyyatı işçiləri təltif edilib. Musavat.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən aşağıdakı şəxslər təltif edilib: 3-cü dərəcəli “Əmək” ordeni ilə Cəfərov Şamil Rəcəb oğlu Qocayev Telman Rza oğlu Mustafayev İlqar Abdulməcid oğlu Talıbov Şəmsəddin İsmayıl oğlu “Tərəqqi” medalı ilə Boqolyubova Aleksandra Vladimirovna Cabbarov Elxan Məhəmməd oğlu Cəfərov Kazım Novruz oğlu Əfəndi-zadə Məmməd Şamil oğlu Gülmaliyev Rafiq Məhərrəm oğlu Hidayətov Arif Ramiz oğlu Kazımov Kazım Silahdar oğlu Kərimov Hikmət Şirəli oğlu Kərimov Pənah Sabir oğlu Quliyev Nicat Tofiq oğlu Məmmədov Vəfadar…

Read More
Cəmiyyət 

Rəşad Dağlı bu vaxt əfv oluna bilər – Qanun belə deyir

Azərbaycanda əfv sərəncamları adətən əlamətdar günlərdə, xüsusi ilə də bayramlar ərəfəsində imzalanır. Bunun üçün isə bir neçə ay əvvəldən hazırlıqlar başlanılır. Əfvlə bağlı müraciət edən məhbuslardan, onların yaxınlarından ərizələr yığılır, Prezident yanında Əfv Məsələləri Komissiyasının iclasları keçirilir, müraciətlərə baxılır, siyahı tərtib olunur və dövlət başçısına təqdim edilir. Mətbuatda və sosial şəbəkələrdə dərc olunan xəbərlərə görə, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik günü və ya Yeni il bayramları ilə əlaqədar, qışda dövlət başçısı tərəfindən əfv sərəncamı imzalana bilər. Hazırda bir çox insan tərəfindən əfvi arzulanan tanınmış simalardan biri də meyxanaçı Rəşad Əmirovdur…

Read More
Gündəm 

Sinaqoqda “Kalaşnikov” söhbəti – Şeyx II Qareginin maskasını belə yırtdı

Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) Şeyxülislam Allahşükür Paşazadə ABŞ-dadır. Səfər çərçivəsində o, dünyanın ən nüfuzlu yəhudi din xadimlərindən biri, ravvin Artur Şnayerlə də görüşüb. Görüş Nyu-Yorkdakı sinaqoq kompleksində baş tutub. Mövzulardan biri Azərbaycan-Ermənistan barışıq prosesi, dini tolerantlıqla bağlı olub. QMİ sədri iki ölkə bu xüsusda rəhbərlərinin konstruktiv əməkdaşlıq mühitində sülh quruculuğu istiqamətində səy göstərdiyini, erməni kilsəsi və erməni diasporunun isə bu prosesi pozmaq üçün var gücü ilə dağıdıcı təbliğat apardığını vurğulayıb. Sitat: “Qəribədir, adətən siyasilər müharibəyə, münaqişələrə və qarşıdurmalara səbəb olurlar, din xadimləri isə sülhə çağırır. Hazırda gördüyümüz mənzərə isə…

Read More
Siyasət 

İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edir

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdədir. Musavat.com xəbər verir ki, dövlət başçısı sammitin keçiriləcəyi Şarm əl-Şeyx şəhərindəki Beynəlxalq Konqres Mərkəzinə gəlib. Misir Prezidenti Əbdülfəttah əs-Sisi dövlət başçısını salamlayıb.

Read More
Hava 

Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Oktyabrın 14-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 13-dən 14-nə keçən gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-17, gündüz 19-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 55-65 % təşkil edəcək. Azərbaycanın rayonlarında…

Read More