Hava 

Küləklə bağlı XƏBƏRDARLIQ

Oktyabrın 10-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. ARANTV.AZ  xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Şəki, Oğuz, İsmayıllı, Yevlax, Bərdə, Tərtər, Mingəçevir, Daşkəsən, Goranboy, Naftalan, Göyçay, Zərdab və Ağdaşda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. Bakıda və Abşeron yarımadasında, eyni zamanda ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Read More
Hadisə 

Azərbaycanda yaşayış binası yanır

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, İ.Cəfərov küçəsində yaşayış binasında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. Bu barədə Nazirliyin Mətbuat xidmətindən məlumat verilib. Bildirlib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin qüvvələri cəlb edilib. Əlavə məlumat veriləcək.

Read More
Maraqlı 

Bu bürclər ölüm-qalım sınağı ilə üzləşəcəklər – Möhkəm olun

Astroloqlar xəbərdarlıq edir ki, üç bürc yaxın gələcəkdə çətinliklərlə üzləşəcək. Qarşıdan gələn sınaqlar onların həyatını kökündən dəyişə bilər – bəziləri güclənəcək, digərləri isə gərginliyə tab gətirməyəcək. Kim sınağa hazırlaşmalıdır? Buğa Buğalar rahatlıq zonasından çıxmalı və onlardan asılı olmayan hallarla qarşılaşmalı olacaqlar. Bu, peşəkar mühitdə qəfil dəyişiklik və ya maliyyə sahəsində gərginlik ola bilər. Öhdəsindən gəlmək üçün çevikliyi öyrənmək və artıq işləməyən bir şeyə yapışmamaq lazımdır. Prioritetlərin vaxtında yenidən qiymətləndirilməsi itkiləri azaltmağa kömək edəcəkdir. Şir Şirlər üçün bu, daxili mübarizə və ağılın sınanması dövrü olacaq. Yaxın bir mühitdə və ya harmoniyanı…

Read More
Gündəm 

Türk Dövlətləri Təşkilatı Zirvə Görüşü: Birlik, strateji güc və inkişafın geosiyasi xəritəsi

7 oktyabr 2025-ci ildə Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü təkcə diplomatik toplantı deyil, Türk dünyasının gələcək siyasi və iqtisadi xəritəsini müəyyənləşdirən strateji hadisə kimi tarixə düşdü. Zirvənin ana xəttində Prezident İlham Əliyevin formalaşdırdığı ideoloji vizyon – Türk birliyinin artıq əməkdaşlıqdan geosiyasi mərkəz mərhələsinə keçidi dayanırdı. Qlobal nizamın pozulduğu, güc balanslarının dəyişdiyi bir dövrdə Prezident Əliyev Türk Dövlətləri Təşkilatını yeni geosiyasi qütb kimi səciyyələndirdi. Onun baxışında türk birliyi artıq mədəni yaxınlıq deyil, daxili sabitlik, iqtisadi potensial, nəqliyyat arteriyaları və hərbi güc üzərində qurulan strateji ittifaqdır.…

Read More
Gündəm 

Türk Dövlətləri Təşkilatının gücləndirilməsi ölkəmizin xarici siyasətinin prioritetidir

Azərbaycan Türk ölkələrinin biriliyində maraqlıdır və bunun üçün hər zaman əməli addımlar atır. Məhz bu baxımdan Türk Dövlətləri Təşkilatının gücləndirilməsi ölkəmizin xarici siyasətinin prioritetidir. Ölkəmiz tərəfindən təşkilatın Katibliyinin hesabına 2 milyon ABŞ dolları məbləğində ianənin edilməsi buna bariz nümunədir. Türk Dövlətləri Təşkilatının fəaliyyətini daha da güclnəndirmək məqsədi ilə rəsmi Zirvə görüşlərindən əlavə qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi ənənəsi də yaradılmışdır. İlk qeyri-rəsmi Zirvə görüşü də məhz Şuşada keçirilmişdir. Artıq Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil,  həm də ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının oktyabrın…

Read More
Siyasət 

Prezident Tacikistana GETDİ – FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 9-da Düşənbəyə səfərə gedib. Musavat.com xəbər verir ki, Düşənbə Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidentini Tacikistan Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emoməli və digər rəsmi şəxslər qarşılayıblar.

Read More
Cəmiyyət 

SON DƏQİQƏ: Xalq artisti Əminə Yusifqızı VƏFAT ETDİ

Xalq artisti Əminə Yusifqızı vəfat edib. ARANTV.AZ xəbər verir ki, bu barədə “Report”a Xalq artistinin yaxınları məlumat verib. Əminə Yusifqızı 1936-cı il sentyabrın 24-də Bakıda anadan olub. Hələ məktəb illərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında maraqlı çıxışları ilə diqqət çəkib. O, 1961-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. 1958–1964-cü illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, 1964–1974-cü illərdə isə Azərbaycan Milli Dram Teatrının aktrisası kimi fəaliyyət göstərib. Əminə Yusifqızı səhnədə Qulu (“Anacan”, Y. Əzimzadə), Səbirə (“Son məktub”, R. İsmayılov), Humay (“Komsomol poeması”, İ. Coşğun – Səməd Vurğunun eyniadlı poeması əsasında), Ülkər…

Read More
Cəmiyyət 

Viləşçay üzərində yeni bəndlər – cənub bölgəsinin su təhlükəsizliyi üçün yeganə yol

Dünya sürətlə su qıtlığına doğru gedir. Qlobal istiləşmə, yağıntıların azalması, əhali artımı və kənd təsərrüfatının genişlənməsi nəticəsində içməli su ehtiyatları ildən-ilə azalır. BMT-nin proqnozlarına görə, 2030-cu ilə qədər Yer kürəsində içməli suya tələbat təklifdən 40 faiz artıq olacaq. Bu, bəşəriyyət üçün yaxın gələcəyin ən ciddi ekoloji və sosial təhlükələrindən biridir. Bu xəbərdarlıq artıq bir çox ölkələrdə reallığa çevrilib: Avropa dövlətləri, Türkiyə, Mərkəzi Asiya ölkələri dağ çaylarının gücündən maksimum istifadə edərək kiçik və orta ölçülü su anbarları tikirlər. Azərbaycan da bu qlobal təcrübədən kənarda qala bilməz, çünki ölkəmiz də iqlim dəyişmələrinin…

Read More