Siyasət 

Əliyev-Putin görüşündən İLK GÖRÜNTÜLƏR – VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında Düşənbədə keçirilən görüşə dair yeni kadrlar yayımlanıb. Musavat.com xəbər verir ki, bu, iki liderin təxminən 10 aylıq fasilədən sonra baş tutan ilk rəsmi görüşüdür. Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyinin Azərbaycanın mülki təyyarəsini vurması hadisəsindən və Rusiyada azərbaycanlı diaspor nümayəndələrinə qarşı sərt tədbirlərin görülməsindən sonra iki ölkə arasında münasibətlərdə soyuqluq və gərginlik yaranmışdı. Həmin gərginlik bir müddət “soyuq müharibə həddinə” qədər dəyərləndirilirdi. Lakin son günlər vəziyyətin dəyişdiyi görünür. 7 oktyabrda Prezident İlham Əliyevin Vladimir Putini doğum günü münasibətilə təbrik etməsi rəsmi Bakı-Moskva…

Read More
Siyasət 

Putin üzr istədi, amma AZAL təyyarəsinin vurulmasına görə günahı Ukraynanın üzərinə atdı

ARANTV.AZ  xəbər verir ki, Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşdə Putin ilk dəfə AZAL təyyarəsinin vurulması hadisəsinə münasibət bildirib. Kremlin yaydığı kadrlarda Rusiya lideri həmkarına müraciət edərək bildirib: “Hadisənin Rusiyanın hava məkanında baş verməsinə görə Sizdən üzr istəyirəm. Həlak olanların ailələrinə ən səmimi başsağlığımı çatdırıram.” Putin həmçinin vurğulayıb ki, Rusiya təyyarənin vurulması ilə bağlı məsuliyyəti Ukraynanın üzərinə qoyur. Onun sözlərinə görə, hadisə günü Rusiya hava sərhədini üç Ukrayna dronu keçib, və həmin an baş verən insident bu fonla eyni vaxtda qeydə alınıb. “Rusiya…

Read More
Siyasət 

Putin AÇIQLADI – Rusiya AZAL təyyarəsinə görə TƏZMİNAT ÖDƏYƏCƏK

Rusiya AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı bütün məmurların hərəkətlərinə hüquqi qiymət verəcək. ARANTV.AZ  xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bildirib.  Putin həmçinin qeyd edib ki, Rusiya bu faciəli hadisə ilə əlaqədar zərərçəkənlərə kompensasiya ödənilməsi və digər zəruri tədbirlərin həyata keçirilməsi üçün bütün lazımi addımları atacaq.

Read More
Region Xəbərləri 

Bərdə rayonunun Güloğlular kəndində su təchizatının yaradılması münasibətilə mərasim təşkil olunub.

Mərasimdə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müavini İlham Bayramov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, Agentliyin və Bərdə Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələri və kənd sakinləri iştirak ediblər. Çıxışlar zamanı bildirilib ki, Güloğlular kənd sakinləri bu gün keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunurlar. Qeyd olunub ki, kənddə su təchizatının yaradılması layihəsi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən həyata keçirilib. Bunun üçün əhalinin keyfiyyətli içməli suya əlçatanlığının təmin edilməsi…

Read More
Cəmiyyət 

Boşadığı qadını bıçaqlayanların statistikası

Başlığı görüb elə hesab eləməyin ki, belə bir statistika var. Hələlik yoxdur. Amma olmalıdır. Çünki az qala həftəaşırı belə xəbərlər gəlir. Elə olur ki, bir həftənin içinə iki bənzər xəbər yerləşir. Adətdəndir, nədir, bilən yoxdur. Uzaq keçmişdə də belə haqq-hesanlar olub, yaxın keçmişdə də, hazırda da var. Bu xüsusda yayılan xəbərlərin artması göstərir ki, gələcəkdə də olacaq və nəhayə,t ortalığa rəsmi şəkildə yayılan statistik məlumat çıxacaq: “Cari ildə 365 boşanmış qadının keçmiş əri tərəfindən döyüldüyü, 35-nin bıçaqlandığı, 3500-nün hədələndiyi tərəfimizdən qeydə alınmışdır”. Yuxarıdakı rəqəmlər şərtidir. Aşağı-yuxarı yerləri ola bilər. Həyatdır.…

Read More
Gündəm 

Azərbaycan dron istehsalına başladı, Ermənistanda təşviş

Bakıdan İrəvana reaksiya: “Xoflanma, sənə hücum üçün deyil” Türkiyənin “Baykar Makina” şirkətinin yerli törəməsi “Bayraktar Teknoloji Azərbaycan” MMC pilotsuz uçuş aparatlarının (PUA) istehsalına başlayıb. Müəssisə istehsalı İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Sənaye Parkında həyata keçirir. Məhsullar hələ ki daxili bazar üçün nəzərdə tutulub. “Armenianreport” portalı yazır: ““Bayraktar Teknoloji Azərbaycan” MMC-nin Sumqayıt şəhərində fəaliyyətə başlaması xəbəri diqqəti cəlb edir. Bir müddət əvvəl Azərbaycan Qarabağda döyüşmək üçün Türkiyədən “Bayraktar” pilotsuz uçan aparatları alıb və indi öz torpağında istehsal yaradılıb. Belə çıxır ki, “sülhsevər” qonşumuz getdikcə daha çox…

Read More
Gündəm 

Ermənistandan Gəncəyə atılan raketin bədəli… – təzminat tələbi

Bakı həbsxanasındakı separatçılar hər şeyi etiraf ediblər; Azərbaycan haqqı üçün beynəlxalq məhkəməyə çıxır… 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Gəncə şəhərinin raketlərlə vurulmasına dair sənədlər elan edilib. Tədqiq olunan sənədlərdə göstərilib ki, Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini və beynəlxalq hüquq normalarını, o cümlədən silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq, 2020-ci il oktyabr ayının 4-də, 5-də, 8-də, 11-də və 17-də cəbhədən uzaqda yerləşən Gəncə şəhərində yaşayış məntəqələrinə, hərbi hədəf olmayan mülki obyektlərə, həmçinin mülki əhaliyə 9K58 “Smerç” (BM-30)…

Read More
Cəmiyyət 

Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabrın 10-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. Bu barədə “İki sahil”ə Nazirliyin Mətbuat xidmətindən məlumat verilib. Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

Read More
Cəmiyyət 

“İtkin düşmüş şəxslər üzrə “Bakı Dialoqu” öz işinə başlayır

Qarabağda işğal illərində itkin düşmüş minlərlə azərbaycanlıdan hələ də bir xəbər yoxdur! Bu gün, oktyabrın 9-da Bakıda “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfrans öz işinə başlayır. Musavat.com xəbər verir ki, 9-11 oktyabr tarixlərində keçiriləcək tədbir “İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu” çərçivəsində təşkil olunub və dünyanın müxtəlif ölkələrindən, o cümlədən beynəlxalq təşkilatlardan nümayəndələr, ekspertlər dəvətlidirlər. “Gülüstan” sarayında düzənlənən konfransın əsas məqsədi müharibələr, silahlı münaqişələr və humanitar böhranlar nəticəsində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində beynəlxalq əməkdaşlığı gücləndirmək, təcrübə mübadiləsini təşviq etmək və…

Read More
Siyasət 

Bakıda kibertəhlükəsizlik festivalı BAŞLADI

Bu gün “Bakı Konqres Mərkəzi” MMC-də “Critical Infrastructure Defence Challenge” (“CIDC 2025”) kibertəhlükəsizlik festivalı işə başlayıb. Musavat.com-un məlumatına görə, sabah başa çatacaq festival Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) birgə təşkilatçılığı ilə həyata keçirilir. Bu tədbirin növbəti dəfə təşkil olunması – dövlət, özəl sektor, təhsil müəssələri və beynəlxalq tərəfdaşlar arasında vacib müzakirələr üçün dəyərli platformanın möhkəmləndirilməsi deməkdir. “CIDC-2025” həm sərgi, həm konfrans, həm də peşəkar yarışma formatını birləşdirərək kritik infrastrukturun müdafiəsi sahəsində praktik biliklərin və strateji yanaşmaların paylaşılmasına zəmin yaradır. Bu il “CIDC-2025”…

Read More