Cəmiyyət 

Bakının bu ərazisində İŞIQ OLMAYACAQ

Bu gün Biləcəri ETSİ-nə daxil olan bir sıra ərazilərdə yenidənqurma-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq. “Azərişıq”dan Musavat.com-a verilən məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə 9 oktyabr tarixində Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 6 kV-luq hava xəttində yenidənqurma-təftiş işləri aparılacaq. “Bununla əlaqədar olaraq saat 10:00-dan saat 15:00-dək Biləcəri qəsəbəsinin bəzi hissələrində, Söyüdlər adlanan ərazidə, Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ətraf ərazilərində və yeni yaşayış massivində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. İşlər başa çatdıqdan sonra sözügedən ərazilər…

Read More
Hadisə 

Xaçmazda müəllim faciəvi şəkildə ÖLDÜ

Xaçmaz rayonunun Qıraqlı kəndində bədbəxt hadisə baş verib. 1993-cü il təvəllüdlü Qafarlı Mehriban Sərdar qızının meyiti yaşadığı evdə aşkarlanıb. Onun dəm qazından boğularaq öldüyü bildirilir. M.Qafarlı 5 ilə yaxındır ki, Qıraqlı kənd tam orta məktəbində müəllim işləyirdi. Faktla bağlı araşdırma aparılır.//APA

Read More
Siyasət 

Ermənistanda sülhə qarşı gizli müqavimət – İrəvan indi də bu bəhanəni gətirir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Polşanın TVP World telekanalına müsahibəsində Ermənistan–Azərbaycan münasibətləri, Vaşinqtonda imzalanmış bəyannamə, sülh müqaviləsi və regiondakı son proseslər barədə danışıb. O, bir sıra diqqətçəkən iddialar səsləndirib. Mirzoyan bildirib ki, guya Azərbaycan sülh sazişinin imzalanması üçün “əlavə şərtlər” irəli sürür: “Biz sənədi imzalamağa hazırıq. Lakin Azərbaycan tərəfi əlavə şərtlər irəli sürür və biz bununla razı deyilik. Bununla belə, proses imza mərhələsini gözləmədən də davam edir. Məsələn, biz artıq birlikdə ATƏT strukturlarına müraciət etmişik ki, Minsk prosesi bağlansın”. Bununla yanaşı, Mirzoyan Azərbaycanın hansı konkret şərtləri irəli sürdüyü barədə…

Read More
Siyasət 

İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb. Musavat.com xəbər verir, müraciəti Dövlət Komissiyasının sədri Əli Nağıyev səsləndirib. Müraciətdə deyilir: “Hörmətli konfrans iştirakçıları! Sizi itkin düşmüş şəxslər mövzusuna həsr olunmuş beynəlxalq konfransda səmimi-qəlbdən salamlayıram. İtkin düşmüş şəxslər məsələsi dünyanı narahat edən mühüm bəşəri problemlərdən biridir. İllər keçdikcə bu problem aktuallığını itirməmiş, əksinə, daha kəskin xarakter almışdır. Birləşmiş Millətlər Təşkilatının məlumatına görə son iyirmi il…

Read More
Hadisə 

SON DƏQİQƏ: Polis Xankəndidə ƏMƏLİYYAT KEÇİRDİ – SAXLANILANLAR VAR

DİN əməkdaşları qanunsuz odlu silah-sursatın əldə edilməsi, saxlanılması və gəzdirilməsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbirləri keçiriblər. Bu barədə Musavat.com-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən Bərdə rayon sakini, 1973-cü il təvəllüdlü Azər Qəhrəmanovun şəhər ərazisində yerləşən nəzarət-buraxılış məntəqəsindən odlu silah-sursat keçirməyə cəhd göstərməsi müəyyən olunub. Buraxılış postunda təhlükəsizlik məqsədilə nəqliyyat vasitəsinə baxış keçirilən zaman “Mercedes” markalı avtomobildə sərnişin qismində olan A.Qəhrəmanovdan 1 ədəd “AK” markalı avtomat silah və 30 ədəd patron aşkarlanaraq götürülüb. O, sursatı polis əməkdaşlarının diqqətindən yayındırmaq üçün hissələrə bölərək müxtəlif…

Read More
Cəmiyyət 

Hərbi Prokurorluq əsgər ölümü ilə bağlı MƏLUMAT YAYDI

Əsgərin ölüm faktı üzrə cinayət işi başlanılıb. Bu barədə Musavat.com-a Hərbi Prokurorluqdan məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan verilən məlumata əsasən, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər İbrahimli Əli Ramin oğlunun 05.10.2025-ci il tarixdə ölüm faktı əsasında hərbi prokurorluğun əməkdaşları tərəfindən müvafiq baxışlar keçirilib, ölüm səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər zəruri prosessual hərəkətlər icra edilib. Faktla bağlı HP-da cinayət işi başlanmış, hazırda istintaq davam etdirilir.

Read More
Gündəm 

Azərbaycanda kredit kartlarının sayı azalıb, əhali ehtiyaclarını necə ödəyir?

Azərbaycanda kredit kartlarının sayı azalıb. Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikaya əsasən kredit kartlarının sayı iyuldakı 2 milyon 223 min ədəddən avqust ayında 2 milyon 123 minə qədər azalıb. Ötən ilin eyni dövründə kredit kartlarının sayı 2 milyon 282 min ədəd olub. Bu, aylıq ifadədə 4.5 faiz, illik ifadədə isə 7 faiz azalma deməkdir. Kredit kartları ilə həyata keçirilən əməliyyatların sayı ötən ilin avqustunda 13017-yə, bu ilin iyulunda 14151-ə, avqustda isə 13075-ə bərabər olub. Bu isə aylıq 7,6 faiz azalma, illik ifadədə isə 0,5 faiz artımdır. 2025-ci ilin yanvar-avqust ayları ərzində…

Read More
Cəmiyyət 

Daha 14 itkin-şəhidin adı AÇIQLANACAQ

Bu gün şəxsiyyəti eyniləşdirilmiş daha 14 itkin-şəhidin adları ictimaiyyətə açıqlanacaq. Musavat.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib. “Müvafiq araşdırma, sənədləşmə və hüquqi prosedurlar başa çatdıqdan sonra digər 50 itkin-şəhidimizlə bağlı məlumat veriləcək”, məlumatda deyilir.

Read More
Cəmiyyət 

Xocavənddə Ermənistan istehsalı tələ minası AŞKARLANDI – FOTOLAR

Xocavənd rayonu Tağaverd kəndi ərazisində icra edilən humanitar minatəmizləmə əməliyyatları zamanı MON-50 tipli Ermənistan istehsalı olan piyada əleyhinə mina aşkar edilib. Bu barədə Musavat.com-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Qeyd edilib ki, meşəlik və sıx bitki örtüyünə malik çətin relyefli ərazidə aparılan əməliyyatlar zamanı aşkarlanan ağaca quraşdırılmış MON-50 tipli Ermənistan istehsalı olan piyada əleyhinə mina istiqamətlə idarəolunan qəlpələnən mina növünə aiddir. Qəlpələri 45-55 metrə qədər məhv etmə qüvvəsinə malikdir. Minanın işə düşməsi nəticəsində yüksək sürətlə ətrafa 400-550 ədəd 1 sm ölçüsündə silindr formasında qəlpələr yayılır. Əməliyyat zamanı qeyd edilmiş…

Read More
Gündəm 

Bakı ilə Moskva arasında “buzlar əriyir”? – dekabra qədər…

Əliyevlə Putin Düşənbədə görüşə bilər Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığını vacib adlandırıb. “Həqiqətən telefon zəngi olub. Bu, vacibdir. Prezident Əliyev Prezident Putini ad günü münasibətilə təbrik edib. Hələlik bu günə bunu deyə bilərəm”, – Peskov qeyd edib. Sabiq nazir Fikrət Yusifov TV Musavat-a diqqətçəkən şərh verib. Professorun fikrincə, bu zəng iki ölkə arasında son aylarda müşahidə olunan “soyuq müharibə” ab-havasının yumşalmasına təkan verə bilər: “Münasibətlərin normallaşması istiqamətində ilk addımı əslində Vladimir Putin atıb. O, Çində keçirilən görüşlər zamanı ilk olaraq…

Read More