Yeniyetmələr niyə bıçaqla öz “məsələsini həll edir”?
Gəncə şəhərində 2009-cu il təvəllüdlü Vaqif Rəfibəyli bıçaqlanaraq qətlə yetirilib. Məlumata görə, 11-ci sinif şagirdi olan yeniyetməni özündən iki yaş böyük R. Cəfərov bıçaqlayıb. Xatırladaq ki, ötən ay Cəlilabad rayonunun Xəlilabad kəndində də 17 yaşlı məktəbli həmyaşıdı tərəfindən öldürülmüşdü. Son vaxtlar artan bu cür hadisələr cəmiyyətdə ciddi narahatlıq doğurur. Yeniyetmələr arasında zorakılığın və qanlı cinayətlərin artmasının səbəbi nədir? Məktəblilər, yeniyetmələr arasında zorakılığın kökündə hansı sosial və psixoloji problemlər dayanır? Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev Musavat.com-a danışıb: “Dəfələrlə bildirmişik ki, media orqanlarında, internet resurslarında, xüsusilə sosial şəbəkə platformalarında filtr mexanizmi tətbiq…
Read More