Siyasət 

Bu vəzifəli şəxslər cərimələrə görə protokol tərtib edəcək- Fərman

Azərbaycanda 2026-cı il yanvarın 1-dən 60 Vt və daha yuxarı gücə malik olan közərmə lampalarına, 2026-cı il iyulun 1-dən 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampalarına münasibətdə inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı müəyyənləşib. ARANTV.AZ xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Beləliklə, elektrik közərmə lampalarının idxalına münasibətdə Dövlət Gömrük…

Read More
Region Xəbərləri 

Bərdə rayon İcra Hakimiyyəti başçısının Muğanlı kəndində səyyar qəbul-görüşü keçirilib

Keçirilən görüşdə İcra Hakimiyyətinin başçısı, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və kənd sakinləri iştirak ediblər. Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatların, əhalinin rifah halının daha da yaxşılaşdırılması istiqamətində icra olunan layihələrin hər bir yaşayış məntəqəsini əhatə etdiyini vurğulayıb və Muğanlı kəndində görülən işlər barədə vətəndaşlara ətraflı məlumat verib. Görülən işlərdən məmnunluqlarını bildirən sakinlərin daha sonra təklif və şikayətləri dinlənilib, subartezian quyusunun qazılması, elektrik güc transformatorunun texniki normaya gətirilməsi, fərdi…

Read More
Cəmiyyət 

“Qrip peyvəndi uşaqlara vurula bilərmi?” – Terapevt AÇIQLADI

“Qrip – uşaqlar arasında xüsusilə sürətlə yayıla və ciddi fəsadlara səbəb ola bilən xəstəliklərdən biridir. Onların immun sistemi tam formalaşmadığı üçün həm yoluxma riski, həm də xəstəliyin ağır keçməsi ehtimalı daha yüksək olur”. Musavat.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev açıqlayıb. Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı və müxtəlif ölkələrin səhiyyə qurumları mövsümi qrip peyvəndlərinin uşaqlara vurulmasını xüsusi olaraq tövsiyə edirlər: “Sanofi Pasteur” şirkətinin istehsal etdiyi peyvənd 6 aydan yuxarı uşaqlarda təhlükəsiz şəkildə tətbiq olunur və geniş klinik tədqiqatlardan keçib.…

Read More
Cəmiyyət 

Kimlər qrip peyvəndi vurdurmamalıdır? – Nazirliyin eksperti vacib məqamları açıqladı

“Əgər artıq özünüzdə qrip əlamətlərini hiss etmisinizsə (məsələn, burun axması, boğaz ağrısı, temperatur və ya əzələ ağrıları), bu halda peyvənd vurdurmaq məsləhət görülmür. Çünki peyvənd xəstəliyin qarşısını almaq üçündür, artıq yoluxma baş verdikdə peyvənd xəstəliyi sağaltmır və bədən lazımi immun cavabı verməyə bilər”. Musavat.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev açıqlayıb. Onun sözlərinə görə, qrip peyvəndi 6 aydan yuxarı olan sağlam insanlar üçün ümumiyyətlə tövsiyə olunur: “Xüsusilə yaşlı şəxslər, xroniki xəstəliyi olanlar (astma, şəkərli diabet, ürək-damar, böyrək və ağciyər xəstəlikləri…

Read More
Cəmiyyət 

Azərbaycanda bu ərazidə pensiyalar tam ödənildi

Naxçıvan Muxtar Respublikası üzrə oktyabr ayının pensiya ödənişləri başa çatdırılıb. Musavat.com xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayının pensiya ödənişi başa çatdırılıb. Pensiyaçılar, pensiyalarını plastik kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Read More
Cəmiyyət 

DİQQƏT: Əfv sərəncamı olacaq?

Bu ilin sonunda Azərbaycanda əfv sərəncamının veriləcəyi ilə bağlı xəbərlər yayılıb. Məlumata görə, növbəti əfv sərəncamı əvvəlkilərdən fərqli olacaq. Belə ki, ölkə başçısının əfv sərəncamına həbsdəki ictimai-siyasi fəallardan, həmçinin jurnalistlərdən bir neçəsinin adının daxil ediləcəyi bildirilir. Hətta oktyabrın 7-dən etibarən cəzaçəkmə müəssisələrində bir neçə siyasi məhbusa əfv ərizəsi yazmaq barədə tövsiyə olunduğu da iddia olunur. Bu barədə gununsesi.info məlumat yayıb. Sayt adlarının açıqlanmasını istəməyən bəzi məhbus ailələrinin məlumatı təsdiqlədiyini bildirir. İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu Musavat.com-a deyib ki, əfvə hər zaman ehtiyac var: “Hazırda həbsxanalarda çoxlu…

Read More
Hava 

Sabah 28° isti olacaq

Oktyabrın 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə zəif duman, az çiskinli olacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-19° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-85%, gündüz 55-60% olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şərq rayonlarında az çiskinli olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi…

Read More
Region Xəbərləri 

Türk Dünyasının Yeni Reallıqları: Prezident İlham Əliyevin Qəbələ Zirvəsində Strateji Baxışları

Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələdə keçirilən 12-ci Zirvə Görüşü müasir beynəlxalq münasibətlər sistemində türk dövlətlərinin artan rolunu nümayiş etdirən mühüm hadisə kimi tarixə düşdü. Prezident İlham Əliyevin çıxışı isə bu proseslərin elmi-siyasi təhlili baxımından həm nəzəri, həm də praktik əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Türk Dövlətləri Təşkilatı artıq sadəcə regional əməkdaşlıq platforması deyil, qlobal geosiyasi aktora çevrilməkdə olan çoxölkəli struktur kimi formalaşır. Onun qeyd etdiyi “əməkdaşlıqdan mərkəzə çevrilmə” ifadəsi təşkilatın beynəlxalq münasibətlər sistemində status yüksəlişini simvolizə edir. Azərbaycanın təşkilata 2 milyon ABŞ dolları ianə etməsi bu prosesdə ölkəmizin…

Read More
Gündəm 

Qəbələ Zirvəsində “…yoxsa yarımçıq qalar”sayağı tarixi ismarış…

Tarix boyunca Türk milləti adına dəfələrlə müqəddəs yolçuluğa çıxıb babalarımız, amma bu yolu uğurla başa vurmaq onlara nəsib olmayıb. “Dildə, fikirdə, işdə birlik!” amalı türk xalqlarının bir araya gətirilməsini hədəfləyən İsmayıl bəy Qaspıralı əbədiyyətə qovuşanda böyük Türk imperiyası Osmanlı da Birinci Cahan savaşında ağır mücadilə verirdi. İsmayıl bəyin həyatdan getdiyi il – 1914-cü ildə böyük Əhməd Cavad “Çırpınırdı Qara dəniz…”i yazanda da köksündə ülvi arzular daşıyırdı. Amma onu da sovet repressiya maşını digər qaymaq ziyalı, aydınlarımız kimi məhv elədi. Ümumtürk dili ideyasının müəllifi Əli bəy Hüseynzadə, Cümhuriyyət qurucularımızın Türk-müsəlman dünyası…

Read More
Gündəm 

TDT-yə üzv ölkələrin müdafiə sənayesinə məsul rəhbərlərinin ikinci iclası Bakıda keçiriləcək

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin müdafiə sənayesinə məsul rəhbərlərinin ikinci iclası Bakıda keçiriləcək. “Report” xəbər verir ki, bu barədə Qəbələ Bəyannaməsində məlumat əks olunub. Sənəddə 2025-ci il iyulun 23-də İstanbulda keçirilən ilk iclasın nəticələrinin dəstəkləndiyi ifadə olunub: “2026-cı ildə Azərbaycanın paytaxtı Bakı şəhərində ikinci iclasın keçiriləcəyi məmnunluqla qarşılanıb, bu sahədə əməkdaşlığın daha da gücləndirilməsi üçün müvafiq qurumlara tapşırıq verilib”.

Read More