Ermənistanda sülhə qarşı gizli müqavimət – İrəvan indi də bu bəhanəni gətirir
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Polşanın TVP World telekanalına müsahibəsində Ermənistan–Azərbaycan münasibətləri, Vaşinqtonda imzalanmış bəyannamə, sülh müqaviləsi və regiondakı son proseslər barədə danışıb. O, bir sıra diqqətçəkən iddialar səsləndirib. Mirzoyan bildirib ki, guya Azərbaycan sülh sazişinin imzalanması üçün “əlavə şərtlər” irəli sürür: “Biz sənədi imzalamağa hazırıq. Lakin Azərbaycan tərəfi əlavə şərtlər irəli sürür və biz bununla razı deyilik. Bununla belə, proses imza mərhələsini gözləmədən də davam edir. Məsələn, biz artıq birlikdə ATƏT strukturlarına müraciət etmişik ki, Minsk prosesi bağlansın”. Bununla yanaşı, Mirzoyan Azərbaycanın hansı konkret şərtləri irəli sürdüyü barədə…
Read More