İdman 

Azərbaycan III MDB Oyunlarının medal sıralamasında ikinci pillədəki yerini qoruyub

Azərbaycan III MDB Oyunlarının medal sıralamasında ikinci pillədəki yerini qoruyub. “Report” yarışın rəsmi saytına istinadən xəbər verir ki, ölkənin aktivində hazırda 29 qızıl, 46 gümüş və 86 bürünc medal var. Siyahıya Rusiya (105 qızıl, 55 gümüş, 34 bürünc medal) başçılıq edir. Üçüncü pillədə isə Belarus (27 qızıl, 26 gümüş, 48 bürünc) qərarlaşıb. İndiyə qədər 10 ölkə təmsilçiləri medal qazanıblar. Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq.

Read More
Gündəm 

Azərbaycan Türkiyədən meyvə-tərəvəz məhsulları idxalına çəkdiyi xərci 10 %-ə yaxın azaldıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Türkiyədən 15,871 milyon ABŞ dolları dəyərində meyvə və tərəvəz məhsulları idxal edib. “Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,6 % azdır. Təkcə sentyabrda isə Türkiyə Azərbaycana 1,775 milyon ABŞ dollarlıq meyvə və tərəvəz məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 5,7 % azdır. 9 ayda Türkiyənin meyvə və tərəvəz məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 2,8 % azalaraq 1,903 milyard ABŞ dollarına, sentyabrda isə 0,1 % azalaraq 226,756 milyon ABŞ dollarına çatıb. Türkiyədən ən çox…

Read More
Cəmiyyət 

SON UÇUŞ…

Göy üzü şəffaf və buludsuz, günəşli bir yay səhəri idi. Balaca Zaur həyətdəki qumlu yolla qaça-qaça quşların səmaya qalxmasını seyr edirdi. Hər dəfə bir quş qanad çalanda, elə bil özü də onlarla birlikdə uçurdu; əllərini qanad kimi açıb sevinc içində dövrə vururdu. – Ana, bax, bir gün mən də quşlar kimi uçacağam! – deyə həyəcanla anasına səslənirdi. Pəri gülümsəyib oğlunun başını sığallayırdı: – Qoy oğlumun qanadları göylərə çatsın, amma ayaqları həmişə bu torpağa bağlı qalsın. Zaur torpağın hər daşına, hər çiçəyinə sevgi ilə baxardı. Xəyallarında kəndin üstündən təyyarə ilə uçaraq insanları qorumaq,…

Read More
Cəmiyyət Siyasət 

Bu tələbələrə Prezident təqaüdü verildi – SƏRƏNCAM

Prezident İlham Əliyev 2025-2026-cı tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. “İki sahil” xəbər verir ki, Sərəncama əsasən, 2025–2026-cı tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş aşağıdakı tələbələrə Prezident təqaüdü verilib: Abdıyeva Ayla Rəşad qızı Abdullayeva Ayan Seymur qızı Abdullayeva Məryəm İlqar qızı Abdulsəmədli Orxan Fəxri oğlu Abdurahmanova Guhat Məzahir qızı Ağaməmmədova Zeynəb Zaur qızı Ağayev Əliəkbər Xanağa oğlu Alızadə Ziya Müşviq oğlu Allahyarlı Fərid Zaur oğlu Babarabov Nicat…

Read More
Hava 

SON DƏQİQƏ! Əhaliyə sarı xəbərdarlıq edildi

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə oktyabrın 5-i gündüzdən 6-sı gündüzədək gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Qusar, Qobustan, Neftçala, Daşkəsən, Goranboyda fasilələrlə cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu da sarı xəbərdarlığa uyğundur.

Read More
Cəmiyyət 

Arzu Əliyeva “Tağıyev: Sona” bədii filminin təqdimatında – FOTOLAR

Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva sosial media hesabında “Tağıyev: Sona” bədii filminin təqdimatından fotolar yayımlayıb. Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim və bəstəkarı Etibar Əsədlidir. Xalq artistləri Pərviz Məmmədrzayev, Qurban İsmayılov, Əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov, Natəvan Hacıyeva da olmaqla geniş peşəkar aktyor heyəti filmdə tarixi personajları canlandırıb. Qeyd edək ki, “Tağıyev: Sona” filmi böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsinə həsr olunan “Tağıyev” filminin…

Read More
Maraqlı 

Bu BÜRCLƏRİN bəxti elə gətirəcək ki…

Növbəti iki həftə üç bürcün nümayəndələri üçün dönüş nöqtəsi olacaq. Qeyri-müəyyənlik və uğursuzluq geridə qalacaq. Onları karyeralarında və şəxsi inkişaflarında dəyişikliklər gözləyir. Tərəzi Oktyabrın ilk yarısı peşəkar həyatınızı yenidən düşünmək dövrü olacaq. Karyera dəyişikliyi mümkündür: bəziləri gəlirli təklif ala bilər, bəziləri isə karyera yolunu dəyişməli ola bilər. Bu, mütləq irəliyə doğru sıçrayış olmayacaq, lakin yeni nailiyyətlərin əsasları indi qoyulur. Əzmkarlıq və cəsarətlə rifahınızı yaxşılaşdırmağa yaxınlaşa bilərsiniz. Dolça Artıq çaşqınlıq və aydın məqsədlərin olmaması sizi narahat etməyəcək. Oktyabrın 15-nə qədər vəziyyət kəskin şəkildə dəyişəcək və siz planlar qura biləcəksiniz. Oktyabrın ilk…

Read More
Region Xəbərləri Təhsil 

Ağdamda Beynəlxalq Müəllimlər Günü qeyd olundu

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Ağdamda 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.   Tədbirdə rayonun müxtəlif ümumtəhsil məktəblərindən 20 nəfər müəllim iştirak edib. Çıxışlarda müəllimlik peşəsinin müqəddəsliyi, cəmiyyətin və gələcək nəsillərin formalaşmasında müəllimlərin rolu xüsusi vurğulanıb.   Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsinin sədri Tamerlan Hüseynov tədbirdə çıxış edərək müəllimlərin əməyinə göstərilən diqqət və qayğının dövlət siyasətində mühüm yer tutduğunu qeyd edib. O, həmçinin Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayevə müəllimlər adından təşəkkürünü çatdırıb.…

Read More
Gündəm 

Cəbrayıl dirçəlir, gülə-gülüstana çevrilir

İllərlə düşmən əsarətində qalan şəhər və kəndlərimiz bu gün Zəfərimizin, fəxarətimizin ünvanına çevrilib. 1993-cü il avqustun 23-də Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edilən Cəbrayıl rayonu 27 illik işğaldan sonra azad edildi. Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan 4 oktyabr həm də bütün cəbrayıllıların həyatının unudulmaz gününə çevrildi. Bu gün Cəbrayıl yenidən qurulur, Cəbrayıla həyat qayıdır. Aprel döyüşləri nəticəsində Cəbrayılın Cocuq Mərcanlı kəndinə qayıdış Böyük Qayıdışın başlanğıcı olmuşdu. Qalib ölkəmizin Qalib Prezidenti cənab İlham Əliyev qeyd etdiyi kimi, bizim “Böyük Qayıdış”ımız Cəbrayıldan başlamışdır və İkinci Qarabağ müharibəsindəki birinci ciddi uğurumuz da məhz…

Read More
Cəmiyyət 

Masallıda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 82 fakt aşkar edilib

Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 sentyabr tarixli 721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psikotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cü illər üçün Dövlət Proqramı”nın əsas məqsədi narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkotiklərin qanunsuz alınması, satışı və narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə, sağlam həyata qaytarılmasını təmin etməkdir. Dövlət Proqramına uyğun olaraq  2025-ci il üçün Masallı rayon Narkotik vasitələrin, psixotrap maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı rayon komissiyasının tərəfindən aidiyyəti orqanlarla birlikdə bir sıra işlər və tədbirlər həyata keçirilmişdir. Həmin…

Read More