Gündəm 

Cəbrayıl şəhərinin azad olunmasından 5 il ötür

Bu gün – oktyabrın 4-də Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 5 il ötür. “Report”un xəbərinə görə, 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Azad olunan ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb. Cəbrayılın düşmən işğalından təmizlənməsi ilə Azərbaycan-İran sərhədinə dövlət nəzarəti qismən bərpa edilib. Qeyd edək ki, Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilib. 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna birləşdirilib, 17 iyun 1964-cü ildə yenidən…

Read More
Gündəm 

Oktyabr inqilabı anonsu – Tiflisdə bu gün nələr olacaq?

Qonşu ölkə müxalifətinin yenə də dəqiq fəaliyyət planı yoxdur, onlar daxili qüvvələrin fəallığına deyil, xaricdən dəstəyə ümid edirlər… Bu gün-oktyabrın 4-də Gürcüstanda keçiriləcək bələdiyyə seçkilərinə xüsusi diqqətin səbəbi qutudan kimin qalib, kimin məğlub çıxacağı deyil. Gürcüstandakı hazırkı vəziyyəti, hadisələrin mümkün inkişafını Bakıda oturub qiymətləndirmək çətindir, amma xəbərlər təsdiq edir ki, həm müxalifət, həm Qərb yerli seçkilərdən istifadə edərək, ölkədə gərginliyi artırmağa cəhd edəcək. Belə seçkilərdə adətən, fəal olan Avropa Birliyinin indi daha ciddi gündəmi və qayğıları var. Bəs Amerika? ABŞ bu seçkilərdə revanş almaq, “Gürcü Arzusu”nun hakimiyyətini yıxmaq istəyindədirmi? ABŞ…

Read More
Gündəm 

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 5 il ötür

İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından 5 il ötür. “Report” xatırladır ki, 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinlərin yaşadığı ikimərtəbəli binaya, fərdi yaşayış evlərinə düşüb. Ermənistanın bu raket hücumu müharibənin getdiyi Qarabağ bölgəsindən kənarda edilən ilk ciddi hücum idi. Düşmən tərəfindən Gəncənin bombalanması nəticəsində bir mülki şəxs – Əliyev Tunar Qoşqar oğlu şəhid olub, 32 mülki şəxs isə yaralanıb. Yaşayış evləri ilə yanaşı mülki infrastruktura…

Read More
Gündəm 

Putin Azərbaycan və Türkiyədən asılı duruma düşdü: Rusiyanı yanacaq böhranından bu dövlətlər qurtara bilər

Musavat.com xəbər verir ki, Ukraynanın pilotsuz uçuş aparatları ilə ardıcıl həyata keçirdiyi zərbələr nəticəsində Rusiya neft emalı zavodlarının (NEZ) 38 faizi sıradan çıxıb ki, bu da gündəlik 338 min ton yanacaq itkisi deməkdir. Nəticədə ölkədə kəskin yanacaq qıtlığı yaranıb. Məlumatlara görə, böhran iyulun sonlarından başlayaraq bir sıra regionlarda, xüsusilə Krımda, Sibirdə və Uzaq Şərqdə benzinin kəskin çatışmazlığına səbəb olub. Ölkədə qiymətlər kəskin artıb, lakin hökumət daxili bazarda böhranı önləməkdə çarəsiz qalıb. Rusiya mediası yazır ki, yaranmış vəziyyət fonunda Kreml yanacaq tədarükünü təmin etmək üçün artıq xarici bazarlara üz tutmaq məcburiyyətindədir.…

Read More
Gündəm 

BMT-də Azərbaycanın müstəmləkəsizləşdirmə məsələlərində fəal rolundan danışılıb

Azərbaycan dekolonizasiya məsələləri üzrə beynəlxalq müzakirələrdə fəal iştirak edir və töhfə verir. “Report”un xəbərinə görə, bunu Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Tofiq Musayev BMT Baş Assambleyasının Xüsusi Siyasi və Dekolonizasiya Komitəsində çıxışı zamanı deyib. Diplomat vurğulayıb ki, Azərbaycan 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi dövründə müstəmləkəçiliyin kökünün kəsilməsi məsələsini prioritet təşkil etdiyini açıqlayıb və müstəmləkəsizləşdirmənin aktuallığını dəstəkləyən Hərəkatın kollektiv səsinin gücləndirilməsinə xüsusi diqqət yetirib. “Azərbaycan BMT Nizamnaməsində və Baş Assambleyanın müstəmləkəsizliyə dair müvafiq qətnamələrində təsbit olunmuş prinsiplərin tam şəkildə həyata keçirilməsinin tərəfdarıdır. Azərbaycan 2024-cü ildə və bu ilin əvvəlində Karakas və Dilidə…

Read More
Cəmiyyət 

Bağçada müəlliməsi çəkiliş qrupunu görüb pəncərədən qaçdı – VİDEO

Paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən “Sünbül” körpələr evi-uşaq bağçasında müəllimə ilə valideyn arasında yaranan mübahisə gözlənilməz hadisə ilə nəticələnib. ARANTV.AZ  “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, məsələni işıqlandırmaq üçün bağçaya gələn çəkiliş qrupu qeyri-adi bir vəziyyətlə qarşılaşıb. Məlumatlara görə, bağçanın Leyla adlı müəlliməsi valideyn Şəhla Zamanlı ilə (ad şərtidir) salfet məsələsi üstündə mübahisə edib. Valideynin iddiasına görə, müəllimə digər uşaqlardan pul yığdığını etiraf edib və hətta valideyni övladı ilə hədələyib. Şəhla Zamanlı, həmçinin bağçada uşaqlara verilən yeməyin də keyfiyyətsiz olduğunu iddia edib. Hadisəni yerində işıqlandırmaq üçün bağçaya gələn jurnalist…

Read More
Region Xəbərləri 

YAP Bərdə rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Zəfər tariximizin müəllimləri” adlı tədbir keçirib.

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı Ulu öndər Heydər Əliyevin büstü önündə rayonun qazi müəllimləri ilə birlikdə “Zəfər tariximizin müəllimləri” adlı tədbir keçirib. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, suverenliyimiz və xalqımızın azadlığı uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya giriş nitqi ilə rayonun bütün müəllim heyətini Beynəlxalq Müəllim Günü münasibətilə təbrik edib. Bildirib ki, ölkəmizdə müəllim əməyi hər zaman yüksək qiymətləndirilir. Ulu öndər Heydər Əliyev “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”,…

Read More
Region Xəbərləri 

Azərbaycan bayrağı Xudafərin körpüsündə dalğalanır

Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri 2020-ci il Vətən müharibəsi dövründə yazıldı. Bu qələbə ilə xalqımız həm torpaqlarını azad etdi, həm də illərlə həsrətində olduğu qədim yurd yerlərinə yenidən sahib çıxaraq tarixi ədaləti bərpa etdi. Bu möhtəşəm zəfərin rəmzi hadisələrindən biri isə qədim Xudafərin körpüsünün düşməndən azad olunması və orada Azərbaycan bayrağının dalğalanması oldu. Xudafərin körpüsü əsrlərin sınağından keçmiş, xalqımızın mədəniyyətini, tarixini və mənəvi gücünü özündə yaşadan unikal bir abidədir. Bu körpü təkcə mühüm strateji yol deyil, həm də Azərbaycan xalqının zəngin irsinin canlı şahididir. Onun azad olunması və üzərində…

Read More