Maraqlı 

Sərvət mələyi yoldadır: 3 BÜRCƏ qızıl yağdıracaq

2025-ci ilin sentyabr ayının sonu üçün ulduz falı xəbərdarlıq edir: pul enerjisi işıq sürəti ilə bəzi bürclərin həyatına girir. Planetlərin nadir birləşməsi – Venera Yupiterlə ahəngdar aspekt formalaşdırdıqda və Günəş Plutonla təmasda olduqda – bir neçə gün ərzində maliyyə vəziyyətini dəyişdirməyə qadir olan Kainatın “qızıl şüasını” aktivləşdirir.  Astroloqlar bu dövrü Zənginlik Mələyinin gəlişi vaxtı adlandırırlar və bürcün üç əlaməti onun xeyir-duası ilə xüsusilə səxavətlə hədiyyə ediləcəkdir. Xüsusilə diqqət çəkən odur ki, bu, sadəcə, təsadüfi bəxt məsələsi deyil. Pul almağa hazır olanlara, arzusu üçün çalışanlara, çətin anlarda sağ çıxmağı bacaranlara gələcək.…

Read More
Cəmiyyət 

Bakıda belə taksi sürücüləri də var – DİQQƏTLİ OLUN!

Bu gün taksi xidmətlərindən istifadə edənlər arasında ən çox müqayisə olunan məsələ komfort və ekonom kateqoriyalarıdır. Təcrübələr göstərir ki, komfort seçən sərnişinlər, adətən, daha rahat, təhlükəsiz və mədəni xidmətlə qarşılaşır. Ekonomda isə çox vaxt səliqəsizlik, sərt davranış və diqqətsizlik narazılıq doğurur. Belə olan halda ortaya sual çıxır: niyə komfort kateqoriyasında xidmət gözləntiləri qarşılayır, amma ekonomda əksinə, əksər hallarda məyusedici mənzərə yaranır? Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı mövcud vəziyyəti “Yeni Sabah”a belə şərh edib: “Əslində, o taksi sürücülərinin hər biri təlimlərdən keçir, sertifikat alır və onların hər birinin narkoloji dispanserdən…

Read More
Maraqlı 

Onların ən gözəl saatı başlayır: payızda çiçək açacaq 4 BÜRC

Astroloqlar payızda tam potensialını reallaşdıracaq 4 bürcün adını çəkiblər.  Onlar uğur, sevgi və fürsət üçün daha diqqətli, inamlı və cəlbedici olurlar. Buğa Payız Buğa bürcünə sabitlik və daxili tarazlıq hissi gətirir ki, onlar bunu xüsusilə qiymətləndirirlər. Bu müddət ərzində onlar daha məhsuldar, məqsədyönlü və öz qərarlarında inamlı olurlar. Uğurlar iş, maliyyə və romantik münasibətlərdə özünü göstərə bilər. Buğalar üçün həyatlarını qaydasına salmaq və irəliyə doğru mühüm addımlar atmaq üçün ideal zamandır. Qız bürcü Qız bürcü sözün əsl mənasında payızın gəlişi ilə canlanır – bu, onların təbii nizam, plan və konkret…

Read More
Gündəm 

“Dərslər 40, tənəffüslər 10 dəqiqə olsun” – Mütəxəssisdən yeni təklif

Təhsil mütəxəssisi Kamran Əsədov məktəblərdə dərs və tənəffüs vaxtlarının balanslaşdırılması ilə bağlı maraqlı təklif irəli sürüb. Bu barədə Musavat.com-a danışan təhsil mütəxəssisi qeyd edib ki, dərslərin 40 dəqiqə, tənəffüslərin isə 10 dəqiqə müəyyən edilməsi həm şagirdlərin psixoloji durumuna, həm də ümumi öyrənmə keyfiyyətinə müsbət təsir göstərə bilər: “Uzunmüddətli tədqiqatlar göstərir ki, şagirdlərin diqqət müddəti dərs prosesində müəyyən həddən sonra zəifləməyə başlayır. Məsələn, 45 dəqiqəlik ənənəvi dərs müddətində ilk 20–25 dəqiqədə yüksək diqqət müşahidə olunur, lakin sonrakı mərhələlərdə yorğunluq və zehni dağınıqlıq qaçılmaz olur. Bu isə həm müəllimlərin izah prosesini, həm də…

Read More
Hava 

Leysan, dolu, QAR – SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Bakıda və Abşeron yarımadasında sentyabrın 28-də bəzi yerlərdə arabir yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-16, gündüz 18-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət isə 65-75 % təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüzdən əksər rayonlarda yağıntılar tədricən kəsiləcək.…

Read More
Siyasət 

İlham Əliyev “BakuBus”ın Gəncə Avtoparkının açılışında – FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 27-də “BakuBus” MMC-nin Gəncə Avtoparkının açılışında iştirak edib. Musavat.com-un xəbərinə görə, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev dövlətimizin başçısına avtoparkda yaradılan şərait barədə məlumat verib. Üç yüz yerlik avtobus parkının inşasına bu ilin yanvarında başlanılıb. Ümumi sahəsi 10 hektar olan parkda texniki baxış və təmir postları, avtomatlaşdırılmış uçot sistemli yanacaq təsərrüfatı, saatda 60 avtobusun yuyulması gücünə malik kompleks inşa edilib. Avtobus parkının yaradılması ilə 675 nəfər işlə təmin olunub. Onlardan 553 nəfəri sürücü, 122 nəfəri isə inzibati və texniki heyətdir. “BakuBus” MMC Gəncə şəhərində…

Read More
Siyasət 

Ərdoğan: Qarabağ sonsuza qədər Azərbaycandır!

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edib. Paylaşımda deyilir: “Dostumuz, qardaşımız Can Azərbaycanımızın Anım Günündə böyük bir qəhrəmanlıq nümunəsi sərgiləyərək Qarabağı və işğal altındakı Azərbaycan torpaqlarını azadlığına qovuşduran şəhidlərimizi rəhmətlə, qazilərimizi isə hörmətlə yad edirəm. Qarabağ sonsuzadək Azərbaycandır!”

Read More
Cəmiyyət 

Yağışdan sonra bəzi əraziləri su basıb – VİDEO

Astara rayonunun Ərçivan qəsəbəsində bəzi ərazilər subasmaya məruz qalıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. İntensiv yağışlar nəticəsində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, habelə bəzi ünvanlarda köməyə ehtiyacı olan vətəndaşların təhlükəsiz əraziyə təxliyə edilməsi üçün dərhal FHN-in Cənub Regional Mərkəzi, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Mülki müdafiə qoşunlarının qüvvələri əraziyə cəlb edilib. Görülmüş tədbirlər nəticəsində 10-u azyaşlı olmaqla ümumilikdə 30 vətəndaş təhlükəsiz əraziyə təxliyə olunub. Hazırda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər təhlükəsizlik tədbirləri davam etdirilir. Əlavə…

Read More