İlham Əliyev “BakuBus”ın Gəncə Avtoparkının açılışında – FOTOLAR
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 27-də “BakuBus” MMC-nin Gəncə Avtoparkının açılışında iştirak edib. Musavat.com-un xəbərinə görə, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev dövlətimizin başçısına avtoparkda yaradılan şərait barədə məlumat verib. Üç yüz yerlik avtobus parkının inşasına bu ilin yanvarında başlanılıb. Ümumi sahəsi 10 hektar olan parkda texniki baxış və təmir postları, avtomatlaşdırılmış uçot sistemli yanacaq təsərrüfatı, saatda 60 avtobusun yuyulması gücünə malik kompleks inşa edilib. Avtobus parkının yaradılması ilə 675 nəfər işlə təmin olunub. Onlardan 553 nəfəri sürücü, 122 nəfəri isə inzibati və texniki heyətdir. “BakuBus” MMC Gəncə şəhərində…
Read More