Cəmiyyət 

“Ödəniş edirik, həkimi seçə bilmirik” – İcbari tibbi sığorta ilə bağlı NARAZILIQ böyüyür – ARAŞDIRMA

Özəl klinikada əməliyyat olunan vətəndaşlar icbari tibbi sığortadan yararlanmaq istədikdə “divar”la üzləşirlər. Onlara bildirilir ki, əgər eyni xidmət dövlət xəstəxanasında varsa, göndəriş yalnız ora verilə bilər. Yəni maaşdan tutulmuş sığorta haqqı ilə ödədiyiniz xidmət üçün həkimi və klinikanı seçmək hüququnuz yoxdur. Sakinlər haqlı olaraq sual edir: “Pulum tutulur, bəs müalicəni harada alacağımı niyə seçə bilmirəm?” Problemin mahiyyəti ondadır ki, peşəkar həkimlərin əksəriyyəti özəl klinikalarda çalışır. Xidmət keyfiyyəti orada yüksəkdir, analizlərin nəticəsi daha düzgün çıxır. Dövlət xəstəxanalarında isə vətəndaşlar tez-tez uğursuz müalicə və gecikmiş nəticələrlə üzləşirlər. Musavat.com-un apardığı sorğu göstərir ki,…

Read More
Gündəm 

Baş nazir icbari sığorta ilə bağlı QƏRAR İMZALADI

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin siyahısı genişləndirilib. Musavat.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Xidmətlər Zərfinə eşitməyə köməkçi vasitənin uyğunlaşdırılması (1 seans (koxlear protezin illik istifadə tamamlandıqdan sonra 4 dəfə nitq prosessorunun tənzimlənməsi xidməti (fitting), konsultasiya daxil), eşitməyə aid digər qeyri-operativ prosedurlar (koxlear protez cihazının xarici komponentləri) koxlear protez cihazı istifadəçisinin hazırda istifadə etdiyi səs (nitq) prosessorunun (minimum 5 (beş) il müddətində istifadə edilmiş olması şərtilə) bir üst modeli ilə əvəzləşdirilməsi (konsultasiya daxil) aid edilib. Həmçinin eşitməyə aid digər qeyri-operativ prosedurlar (koxlear protez…

Read More
Dünya 

Türkiyə dost, Rusiya düşmən: erməni kəşfiyyatının hesabatı İrəvandakı kremlçiləri dəli etdi

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin yaydığı son məruzə ölkə daxilində ciddi narazılıq və qalmaqala səbəb olub. Musavat.com xəbər verir ki, erməni politoloq Vazgen Petrosyan sənədin Qərbin diktəsi ilə hazırlandığını və Ermənistanın real təhlükəsizlik risklərini əks etdirmədiyini bildirib. Ekspertin sözlərinə görə, hesabatda geniş analitik yanaşma yoxdur, Ermənistanın təhlükəsizliyinə birbaşa təsir edən qlobal və regional təhdidlər faktiki olaraq kənarda saxlanılıb. Xüsusilə İran amilinin sənəddə demək olar ki, yer almaması Petrosyan tərəfindən ciddi boşluq kimi qiymətləndirilib. O vurğulayıb ki, İran Ermənistan üçün açar qonşu və mühüm strateji tərəfdaşdır, regionda təhlükəsizlik balansında əsas rol oynayır.…

Read More
Gündəm 

İrəvana Bakıdan UÇUŞLAR?

Azərbaycanın yük aviaşirkətinin təyyarələrinin Ermənistan hava məkanı üzərindən uçuşuna ekspertdən reaksiya: “Bu reysin da açılması mümkündür, lakin…” Azərbaycanın yük aviaşirkəti “Silk Way”-in təyyarələrinin Ermənistan hava məkanı üzərindən uçuş həyata keçirməsi regionda yeni müzakirələrə səbəb olub. “Sputnik Armenia”nın yaydığı məlumata görə, Flightradar24 xidmətində Azərbaycan təyyarəsinin Ermənistan hava məkanından keçidi qeydə alınıb. Bildirilib ki, İl-76 tipli nəqliyyat təyyarəsi Bakıdan Gürcüstan və Türkiyə üzərindən Naxçıvana uçub, geri dönüş zamanı isə Ermənistan hava məkanından istifadə edib. Məlumat Ermənistanın aeronaviqasiya qurumu “Armaeronavigation” tərəfindən də təsdiqlənib. Qurumun açıqlamasında qeyd olunub ki, bu, ilk belə hal deyil…

Read More
Cəmiyyət 

Ağsu dolaylarında hərəkət çətinləşdi – FOTO

Bir neçə saatlıq fasilədən sonra Ağsu rayonunda yenidən qar yağmağa başlayıb. Yağan qar və şaxtalı hava şəraiti səbəbindən Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissələrində, xüsusilə gecə saatlarında yolun hərəkət hissəsində buzlaşma yaranıb. Publika.az xəbər verir ki, 16 saylı Yol İstismar İdarəsinin baş mexaniki Ayaz Musalı AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, əlverişsiz hava şəraiti ilə əlaqədar yolun qardan və buzdan operativ təmizlənməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 16 saylı Yol İstismar İdarəsinin və Avtomobil Yollarının Mühafizəsi Xidmətinin canlı qüvvəsi və xüsusi texnikası əraziyə cəlb olunub. Onun sözlərinə görə, yolun hərəkət…

Read More
Hava 

Qar yağacaq, şaxta olacaq – PROQNOZ

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Gündüz yağıntılar tədricən kəsiləcək.Arabir güclənən şimal-qərb küləyi gündüz zəifləyəcək. Havanın temperaturu gecə 2°şaxtadan 1°-dək isti, gündüz 2-4° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın…

Read More
Cəmiyyət 

Uşaqları marketinq tələlərindən necə qoruyaq?

Müasir dövrdə reklam və marketinq təkcə böyüklərin deyil, həm də ən həssas sosial qruplardan biri olan məktəblilərin gündəlik həyatına dərindən nüfuz etmişdir. Göz oxşayan rənglər, cəlbedici dizaynlar və diqqəti dərhal cəlb edən görüntülər marketinq dünyasında təsadüfi seçilmir. Xüsusilə məktəblilər üçün hazırlanan reklamlar vizual elementlər vasitəsilə məhsulu daha dəyərli və zəruri kimi təqdim edir. Bu vizual aldanış uşaqların tənqidi düşünmə qabiliyyətini kölgədə qoyaraq, onları görüntünün arxasında gizlənən real məqsədləri görməkdən uzaqlaşdırır. Psixoloq Aytən Ələkbərova “İki sahil”ə açıqlamasında qeyd edib ki, vizual təsirlərlə yanaşı, psixoloji tələlər də marketinq strategiyalarının əsas tərkib hissəsidir. “hamı…

Read More
Cəmiyyət 

Xankəndi şəhərinə ilk köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. “İki sahil” xəbər verir ki, Xankəndi şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. İlk mərhələdə Xankəndi şəhərinə 36 ailə – 162 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Read More
Cəmiyyət 

Xankəndiyə köçən sakin: Uzun illərdən sonra vətənə qayıtmaq böyük bir xoşbəxtlikdir

Otuz üç il əvvəl Xankəndidən çıxmalı olduq və uzun illərdən sonra vətənə qayıtmaq böyük bir xoşbəxtlikdir. “İki sahil” xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Xankəndiyə köçən keçmiş məcburi köçkün Familə Pəniyeva söyləyib. Keçmiş məcburi köçkün onlara yaradılan şəraitə görə təşəkkür edib. “Evlərimiz pişkatma yolu ilə müəyyən edilib və bundan sonra təhlükəsiz şəraitdə yaşaya biləcəyik. Oradan çıxanda çox çətinliklər yaşamışdıq, amma heç birimiz ümidimizi itirmədik. Şəhidlərimizə rəhmət diləyirəm, qazilərimizə cansağlığı arzulayıram”,- deyə o əlavə edib.

Read More