Cəmiyyət 

Xankəndidə qar mənzərəsi – VİDEO

Xankəndi şəhərində qış özünü bütün gözəlliyi ilə göstərib, yağan qar şəhəri ağ örpəyə bürüyüb. Musavat.com xəbər verir ki, son saatlarda müşahidə olunan qar Xankəndidə romantik və sakit qış mənzərəsi yaradıb. Küçələr, parklar və binalar qarla örtülüb, şəhərdə qış ab-havası hökm sürür. Sakinlərin sözlərinə görə, qar həm şəhərin görünüşünə xüsusi gözəllik qatıb, həm də qışın tam mənada hiss olunmasına səbəb olub. Hazırda hava şəraitinin sabit olduğu, lakin soyuq temperaturun davam etdiyi bildirilir. Qeyd edək ki, Xankəndi bölgəsində qış aylarında qar yağışı tez-tez müşahidə olunur və bu cür mənzərələr şəhərin təbii gözəlliyini…

Read More
Gündəm 

20 Yanvar faciəsindən 36 il ötür

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrinin 36-cı ildönümüdür. 1987-ci ilin sonlarında yenidən ortaya atılmış qondarma Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının doğma yurdlarından qovulmasına yönəlmişdi. Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına, radikal erməni millətçiləri tərəfindən qızışdırılan separatçılığa və soydaşlarımız əleyhinə törədilən kütləvi zorakılıqlara SSRİ rəhbərliyinin bilavasitə və ya dolayısı ilə dəstək verməsi, habelə Azərbaycanın o zamankı rəhbərlərinin qətiyyətsizliyi və milli maraqlara zidd addımları xalqımızı respublikanın ərazi bütövlüyünün qorunması naminə ayağa qalxmağa sövq etdi.…

Read More
Siyasət 

Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı paylaşım edib. Musavat.com xəbər verir ki, paylaşımda qeyd olunub: “20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

Read More
Region Xəbərləri 

Bərdədə “Sənətdən yaddaşa köçən 20 Yanvar” adlı sərgi-kompozisiya təşkil olunub

19 yanvar 2026-cı il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Bərdə rayon Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş “Sənətdən yaddaşa köçən 20 Yanvar” adlı sərgi-kompozisiya təşkil edilib. Tədbir əvvəlcə Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik ehtiram duruşu ilə yad edilməsi ilə başlayıb. Sonra Mədəniyyət Mərkəzinin direktoru Gülbəs Məmmədova, şairə Arzu Yaqubqızı, Zümürxan kənd mədəniyyət evinin metodisti Musa Muradlı və Mədəniyyət Mərkəzinin metodisti Mehriban Nabatova çıxış edərək 20 Yanvar faciəsinin xalqımızın tarixindəki əhəmiyyətindən, bu qanlı hadisənin milli azadlıq mübarizəmizdəki rolundan bəhs ediblər. Tədbirdə…

Read More
Region Xəbərləri 

Azərbaycan xalqı yenilməz, məğrur xalqdır

Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri 20 Yanvar faciəsi Azərbaycan tarixinin qəhrəmanlıq və şərəf səhifəsidir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi. “Bakı əməliyyatı”na rəhbərliyi birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata…

Read More
Siyasət 

Azərbaycanın sülh diplomatiyası və Zayed Mükafatı

Müasir dünya nizamında hərbi qələbəni dayanıqlı sülhə çevirmək hər bir liderin qarşısında duran çətin və ali missiyadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondu tərəfindən layiq görüldüyü “Zayed İnsan Qardaşlığı Mükafatı” məhz bu missiyanın qlobal səviyyədə təqdir olunmasının bariz nümunəsidir. Bu mükafat sadəcə diplomatik uğurun deyil, həm də Azərbaycanın sülh gündəliyinin dünya tərəfindən qəbul edilməsinin təsdiqidir. “İki sahil” AZƏRTAC-ın mövzu ilə bağlı məqaləsini təqdim edir. Şeyx Zayed Fondu: Humanizm və qlobal həmrəylik rəmzi Şeyx Zayed Fondu BƏƏ-nin banisi Şeyx Zayed bin Sultan Əl Nəhyanın irsini…

Read More
Cəmiyyət 

Leyla Əliyeva Əddis-Əbəbədə bir sıra sosial və mədəni obyektlərlə tanış olub – FOTO

Leyla Əliyeva Efiopiyanın paytaxtı Əddis-Əbəbədə bir sıra sosial və mədəni obyektlərlə tanış olub. “İki sahil” xəbər verir ki, Leyla Əliyeva əvvəlcə Berhan Gözdən Əlillər üçün İnternat Məktəbini ziyarət edib. Efiopiyanın birinci xanımı Zinaş Tayaçevin təşəbbüsü və himayəsi ilə inşa olunan məktəb ölkənin bütün bölgələrindən seçilmiş 9-cu sinifdən 12-ci sinfə qədər gözdən əlilliyi olan və görmə məhdudiyyətli 300-dən çox şagirdə xidmət göstərir. Məktəb milli tədris proqramını şagirdlərinin ehtiyaclarına uyğunlaşdıraraq Brayl əlifbasından, audioresurslar və kompüter ekran oxuyucusu texnologiyasından istifadə edir. Əsas akademik fənlərlə yanaşı, şagirdlər Brayl əlifbasını, orientasiya və hərəkətlilik, həyat bacarıqları və…

Read More
Siyasət 

Leyla Əliyeva Efiopiya Elm Muzeyini ziyarət etdi

Leyla Əliyeva Efiopiya Federativ Demokratik Respublikasında səfərdədir. Musavat.com xəbər verir ki, Leyla Əliyevanı Efiopiyanın planlaşdırma və inkişaf naziri Fitsum Assefa Adela qarşılayıb. Leyla Əliyevanın şərəfinə Efiopiyanın qədim və zəngin mədəniyyətini əks etdirən ənənəvi qəhvə mərasimi təşkil olunub. Tədbir zamanı qonaqlara bu qədim ritualın detalı haqqında məlumat verilib. Mərasimin sonunda qonaqlara əsrarəngiz ətri və özünəməxsus dadı ilə seçilən təzə dəmlənmiş Efiopiya qəhvəsi təqdim olunub. Daha sonra Leyla Əliyeva Efiopiya Elm Muzeyini ziyarət edib. Burada onu Efiopiya Federativ Demokratik Respublikasının Baş nazirin ofisinin rəhbəri və kabinet işləri naziri Alemtsehay Paulos qarşılayıb. Məlumat verilib…

Read More