Siyasət 

Azərbaycanın sülh diplomatiyası və Zayed Mükafatı

Müasir dünya nizamında hərbi qələbəni dayanıqlı sülhə çevirmək hər bir liderin qarşısında duran çətin və ali missiyadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondu tərəfindən layiq görüldüyü “Zayed İnsan Qardaşlığı Mükafatı” məhz bu missiyanın qlobal səviyyədə təqdir olunmasının bariz nümunəsidir. Bu mükafat sadəcə diplomatik uğurun deyil, həm də Azərbaycanın sülh gündəliyinin dünya tərəfindən qəbul edilməsinin təsdiqidir. “İki sahil” AZƏRTAC-ın mövzu ilə bağlı məqaləsini təqdim edir. Şeyx Zayed Fondu: Humanizm və qlobal həmrəylik rəmzi Şeyx Zayed Fondu BƏƏ-nin banisi Şeyx Zayed bin Sultan Əl Nəhyanın irsini…

Read More
Cəmiyyət 

Leyla Əliyeva Əddis-Əbəbədə bir sıra sosial və mədəni obyektlərlə tanış olub – FOTO

Leyla Əliyeva Efiopiyanın paytaxtı Əddis-Əbəbədə bir sıra sosial və mədəni obyektlərlə tanış olub. “İki sahil” xəbər verir ki, Leyla Əliyeva əvvəlcə Berhan Gözdən Əlillər üçün İnternat Məktəbini ziyarət edib. Efiopiyanın birinci xanımı Zinaş Tayaçevin təşəbbüsü və himayəsi ilə inşa olunan məktəb ölkənin bütün bölgələrindən seçilmiş 9-cu sinifdən 12-ci sinfə qədər gözdən əlilliyi olan və görmə məhdudiyyətli 300-dən çox şagirdə xidmət göstərir. Məktəb milli tədris proqramını şagirdlərinin ehtiyaclarına uyğunlaşdıraraq Brayl əlifbasından, audioresurslar və kompüter ekran oxuyucusu texnologiyasından istifadə edir. Əsas akademik fənlərlə yanaşı, şagirdlər Brayl əlifbasını, orientasiya və hərəkətlilik, həyat bacarıqları və…

Read More
Siyasət 

Leyla Əliyeva Efiopiya Elm Muzeyini ziyarət etdi

Leyla Əliyeva Efiopiya Federativ Demokratik Respublikasında səfərdədir. Musavat.com xəbər verir ki, Leyla Əliyevanı Efiopiyanın planlaşdırma və inkişaf naziri Fitsum Assefa Adela qarşılayıb. Leyla Əliyevanın şərəfinə Efiopiyanın qədim və zəngin mədəniyyətini əks etdirən ənənəvi qəhvə mərasimi təşkil olunub. Tədbir zamanı qonaqlara bu qədim ritualın detalı haqqında məlumat verilib. Mərasimin sonunda qonaqlara əsrarəngiz ətri və özünəməxsus dadı ilə seçilən təzə dəmlənmiş Efiopiya qəhvəsi təqdim olunub. Daha sonra Leyla Əliyeva Efiopiya Elm Muzeyini ziyarət edib. Burada onu Efiopiya Federativ Demokratik Respublikasının Baş nazirin ofisinin rəhbəri və kabinet işləri naziri Alemtsehay Paulos qarşılayıb. Məlumat verilib…

Read More
Hava 

Sabah Bakıda qar yağacaq

Yanvarın 20-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın soyuq və arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi, sulu qara, nisbətən yüksək ərazilərdə isə qara keçəcəyi gözlənilir. Mülayim şimal küləyi arabir güclənəcək. Havanın temperaturu gecə və gündüz 0-3 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət 75-85 % təşkil edəcək. Azərbaycanın rayonlarında hava necə olacaq? Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Bəzi yerlərdə arabir…

Read More
Gündəm 

36 il öncəki qırğın və “Atan kazaklardır” həqiqəti

Bu sətirləri yazarkən gözlərimin qarşısına 36 il öncəki o dəhşətli hadisələr gəlir: sovet qoşunlarının Bakıda törətdiyi qırğınlar… Yeniyetmə yaşımda yaddaşıma ömürlük qanlı damğasını vurdu “qırmızı imperiya”nın “sovet ailəsi”nin üzvü olan respublikanın paytaxtında tökdüyü qanlar. O vaxtlar həmyaşıdlarım İlqar İbrahimov, Larisa Məmmədovanın, Veranın, Nərimanın qətlə yetirməsindən o qədər təsirlənmişdim ki…İlqarın gülərüz siması bu günədək gözlərimin qarşısındadır. Amma Xəlil Rza Ulutürk demişkən, “nallı çəkməli” sovet əsgərləri üçün fərqi yox idi, günahkar, ya günahsız, onlar öldürməyə gəlmişdilər. Özü də bu, ilk dəfə deyildi ki…Çar Pyotrun zamanından üzü bəri dəfələrlə eyni məram-məqsədlə yağmalamışdılar məmləkətimizi:…

Read More
Cəmiyyət 

Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ: Bakıya bu tarixdə güclü qar yağacaq

Bakıda qar nadir hallarda yağan, amma hər dəfə geniş müzakirə doğuran hadisədir. Məhz bu səbəbdən sinoptik xəritələrdə paytaxta doğru hərəkət edən soyuq hava axınları bu günlərdə həm mütəxəssislərin, həm də sakinlərin diqqət mərkəzinə düşüb. Temperaturun gecə saatlarında sıfır həddinə yaxınlaşması, buludluluğun artması və rütubətin yüksəlməsi “Bakıya qar yağacaqmı?” sualını yenidən gündəmə gətirib. Hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov KONKRET.az-a açıqlamasında bildirib ki, mövcud meteoroloji proqnozlara əsasən, həftənin ilk günlərində paytaxtda yağıntıların sulu qar və qar şəklində düşmə ehtimalı var. “Belə ki, Bazar ertəsi (19 yanvar) və Çərşənbə axşamı…

Read More
Siyasət 

İlham Əliyev İsveçrəyə GETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfərə gəlib. Musavat.com xəbər verir ki, dövlət başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava limanında rəsmi şəxslər qarşılayıblar.

Read More
Hava 

Çovğun olacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında yanvarın 19-u axşamdan 21-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var. Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumat yayıb. Bildirilib ki, havanın minimal temperaturunun yanvarın 19-dan 20-nə keçən gecə 0 dərəcəyə yaxın, 21-22-si gecə saatlarında isə 0-3 dərəcə şaxta olacağı gözlənilir. Yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar qısamüddətli çovğun olacağı ehtimal olunur. Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin yanvarın 21-i gündüzədək davam edəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar,…

Read More
Təhsil 

DİQQƏT: Məktəblərdə yeni fənn BAŞLAYIR – Onu kim tədris edəcək?

Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasında 2026-2030-cu illər ərzində mədəniyyətin təhsilin tərkib hissəsinə çevrilməsi, o cümlədən mədəniyyət sahələrinə və Azərbaycanın mədəni dəyərlərinə dair fənn və biliklərin tədrisinin təmin edilməsi nəzərdə tutulur. Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova AzEdu.az-a deyib ki, bu, gələcək nəsillərin dünyagörüşünü formalaşdıran canlı bir mexanizmdir: “Bu konsepsiyanın mahiyyətini düzgün anlamaq üçün ilk növbədə cənab Prezident İlham Əliyevin mədəniyyətə və milli dəyərlərə dair formalaşdırdığı uzunmüddətli baxış bucağına diqqət yetirmək lazımdır. Prezident öz çıxışlarında dəfələrlə vurğulayıb ki, mədəniyyət hər bir xalqın…

Read More