Cəmiyyət 

TƏCİLİ: Azərbaycanda vulkan püskürdü

Aprelin 9-da Abşeron yarımadasında yerləşən Bozdağ-Güzdək palçıq vulkanda növbəti püskürmə qeydə alınıb.  Musavat.com xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, püskürmə yerli vaxtla saat 22:26-da başlayıb və altı dəqiqə davam edib: “Püskürmə bir faza ilə xarakterizə olunub. Palçıq vulkanlarının monitorinqi stansiyalarının məlumatlarına əsasən, Bozdağ-Güzdək palçıq vulkanda ocağın dərinliyi 3.0 kilometr, püskürməyin davamlılığı 6 dəq, ayrılan enerjisi isə – 6.32*106 Coul təyin edilib”.

Read More
Sosial 

Bazarda satılan çiyələklər TƏHLÜKƏLİDİRMİ?

Son illər bazarlarda və marketlərdə mövsümdənkənar meyvələrin bolluğu adi hala çevrilib. Xüsusilə də çiyələk kimi həssas və tez xarab olan giləmeyvələrin ilin demək olar ki, hər dövründə satışda olması istehlakçılarda həm maraq, həm də müəyyən suallar yaradır. Parlaq görünüşü, iri ölçüsü və eyni formalı olması ilə seçilən bu çiyələklər ilk baxışdan cəlbedici görünsə də, onların necə və hansı şəraitdə yetişdirildiyi məsələsi diqqətdən kənarda qalmamalıdır. Bu gün piştaxtalarda təqdim olunan çiyələklər qiymət baxımından əlçatan olsa da, onların mövsümə uyğunluğu, yetişdirilmə üsulu və tərkibində mümkün kimyəvi maddələrin olub-olmaması istehlakçı üçün əsas müzakirə…

Read More
Cəmiyyət 

Minatəmizləyənlərin övladlarına güzəştlər

Milli Məclisin bu gün keçirilən iclasında “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunub. Musavat.com xəbər verir ki, sənədə əsasən, minatəmizləmə zamanı həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin övladlarının təhsil haqları dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Layihə barədə Elm və təhsil komitəsinin sədri Anar İskəndərov məlumat verib. Bildirilib ki, dəyişiklik minatəmizləmə fəaliyyəti həyata keçirən zaman həlak olmuş minatəmizləyənlərin övladlarının mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikasının təhsil müəssisələrində ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini nəzərdə tutur. Bu qanun layihəsinin keçid müddəalarına…

Read More
Cəmiyyət 

Bu ölkəyə SƏFƏR edən sürücülərə “yaşıq işıq” – QAYDA dəyişdi

Azərbaycan və Belarus sürücülük vəsiqələrini qarşılıqlı tanıyacaq. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılmış “Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb. Nəqliyyat məsələləri üzrə ekspert Adil Nəbiyev Musavat.com-a şərhində bildirib ki, bəzi ölkələr müəyyən müddət üçün sürücülük vəsiqələrini qarşılıqlı tanıyır: “Bəzi ölkələrdə tərcümə tələb olunur. Azərbaycan vətəndaşları, məsələn, Rusiyaya qısamüddətli, 3 yaxud 6 aylıq səfər edərkən sürücülük vəsiqəsindən istifadə edə bilirlər. Vəsiqələrin qarşılıqlı tanınması rəsmiləşdikdə isə heç bir əlavə prosedura ehtiyac olmur. Qarşılıqlı…

Read More
Gündəm 

Əli Əsədov qərar imzaladı

“İstilik təchizatı şəbəkəsinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər” təsdiq edilib. Musavat.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Tələblərə əsasənistilik şəbəkələrin mühafizəsinin təmin olunması, istismarı üçün şəraitin yaradılması və zədələnməsinin qarşısının alınması, həmçinin insanların həyat və sağlamlığının, təhlükəsizliyinin təmin edilməsi məqsədilə şəbəkənin mühafizə zonalarının ölçüləri müəyyənləşdirilmiş, həmin zonalarda təsərrüfat işlərinin aparılmasına dair tələblər nəzərdə tutulmuşdur. Mühafizə zonalarının ölçüləri yeraltı, yerüstü şəbəkələrdən və açıq istilik təchizatı sistemlərindən binalara, qurğulara və mühəndis şəbəkələrinə qədər şaquli və üfüqi məsafələrə əsasən müəyyən edilir.

Read More
Gündəm 

Bu şəxslər işdən məcburi çıxarılacaq

Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsaslarına əlavələr ediləcək. Musavat.com xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda da xitam veriləcək: • tibbi müayinə (tibbi yoxlama) haqqında rəyə əsasən narkoloji xəstə olan şəxslə narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilməsi ilə bağlı əmək müqaviləsinin bağlanıldığı aşkar edildikdə və ya belə peşə növləri və…

Read More
Cəmiyyət 

Nikah bağlanarkən narkoloji tibb müəssisəsindən arayış tələbi – deputat

Milli Məclisin bu gün keçirilən iclasında Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Musavat.com-un məlumatına görə, qanun layihəsi barədə komitə sədri Musa Quliyev məlumat verib. Layihəyə əsasən, vətəndaşlar əsaslı şübhələr yarandığı halda, işəgötürənin hesabına icbari tibbi müayinədən keçiriləcəklər. Sənəddə həmçinin bildirilir ki, narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilməsi ilə bağlı işçilərlə əmək müqaviləsi bağlanılarkən onların ilkin tibbi müayinədən (tibbi yoxlamadan), sonralar isə vaxtaşırı, habelə əmək funksiyasını yerinə yetirməsi zamanı davranışında insan psixikasına təsir göstərən maddənin təsiri altında olmasına əsaslı şübhələr…

Read More
Gündəm 

SON DƏQİQƏ! Bu şəxsləri sərt cəzalar gözləyir – AĞIR CƏRİMƏLƏR GƏLİR

Milli Məclisin iclasında “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirə olunub. Musavat.com-un məlumatına görə, deputat Azay Quliyev müzakirələrdə çıxış edib. Əvvəlcə İnzibati Xətalar Məcəlləsinə təklif olunan 388-3-cü maddə ilə bağlı fikirlərini bölüşüb: “Məcəlləyə aşağıdakı məzmunda 388-3-cü maddənin əlavə edilməsi nəzərdə tutulur: Maddə 388-3. Süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış foto, video və ya audio materialların müvafiq nişanlanma olmadan yayılması. Foto, video və ya audio materialların süni intellekt texnologiyalarından istifadə edilməklə hazırlandığını bilə-bilə, həmin materialların belə texnologiyalar vasitəsilə hazırlandığını aydın şəkildə göstərən və asanlıqla…

Read More
Region Xəbərləri Təhsil 

Aprel döyüşlərinin ildönümünə həsr olunmuş intellektual yarış təşkil olundu

10 aprel tarixində məktəbin tarix müəllimi Arzu Bəbirovanın və 10-cu sinif şagirdləri Ömər Quliyev və Rəşad İsgəndərovun təşkilatçılığı ilə Aprel döyüşlərin il dönümünə həsr olunmuş intellektual yarış təşkil olundu. Tədbirin girişində Vətən uğurunda canını fəda edən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olundu. Daha 6 komandanın iştrakı ilə intellektual yarış keçirildi. Tədbirin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələrin milli kimlik duyğusunu möhkəmləndirmək, azərbaycançılıq ideologiyasına sadiq, vətəninə bağlı, mənəvi dəyərlərə hörmətlə yanaşan vətəndaş kimi yetişməsini təmin etməkdir.

Read More
Cəmiyyət 

Azərbaycanda sabiq nazirə yeni vəzifə verildi

Naxçıvan Muxtar Respublikasının sabiq iqtisadiyyat naziri Tapdıq Əliyevə yeni vəzifə verilib. Musavat.com “Qaynarinfo”ya istinadla xəbər verir ki, müvafiq əmrlə Tapdıq Vaqif oğlu Əliyev “Naxçıvan Sertifikatlaşdırma Və Metrologiya Mərkəzi” publik hüquqi şəxsin direktoru təyin edilib. Bundan əvvəl sözügedən qurumun direktoru Səbuhi Ələkbər oğlu Seyidov olub. Qeyd edək ki, Tapdıq Əliyev 2019-cü ilin mayın 14-də Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qərarı ilə iqtisadiyyat naziri təyin olunub və 2023-cü ilin dekabrın 8-də Ali Məclisin qərarı ilə işdən azad edilib. Elə həmin ay Tapdıq Əliyev iqtisadiyyat nazirinin müavini təyin edilmişdi.

Read More