Cəmiyyət 

Yas mərasimləri ilə bağlı YENİ XƏBƏR – Ehsanla bağlı…

  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiya iclası keçirilib. Kollegiyanın üzvləri, Dövlət Komitəsinin tabeliyindəki qurumların və struktur bölmələrin rəhbərlərinin iştirak etdiyi iclasda ötən ildə görülmüş işlərin nəticələri təhlil edilib, 2026-cı ildə qarşıda duran vəzifələr müzakirə olunub. Komitədən Musavat.com-a verilən xəbərə görə, Kollegiya iclasında yas mərasimlərində israfçılığın aradan qaldırılması üçün cəmiyyətdə ümumi konsensusun əldə olunmasının zəruriliyinə toxunulub. Qeyd olunub ki, Dövlət Komitəsi dəbdəbəli yas mərasimlərinin keçirilməsinin qarşısının alınması istiqamətində irəli sürülən ictimai təşəbbüsləri müsbət qiymətləndirir və bu cür təşəbbüslərə dəstək verməyə davam edəcəkdir. Komitə tərəfindən hazırlanmış normativ-hüquqi akt layihələri və qanunvericilik təşəbbüsləri,…

Read More
Region Xəbərləri 

Əməkdaşlıq üçün yeni imkanlar yaranır

Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri Dövlət başçısı İlham Əliyevin sədrliyi ilə fevralın 11-də “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirildi. Cənab İlham Əliyevin diqqət yönəltdiyi əsas məsələlərdən biri, təbii ki, enerji diplomatiyamızın uğurları oldu. Transmilli böyük şirkətlərlə iş təcrübəmizin  böyük üstünlük olduğunu söyləyən Prezident İlham Əliyev bildirdi ki,  Azərbaycan iqtisadiyyatına son 20 il ərzində 350 milyard dollardan çox sərmayə qoyulub. Xarici sərmayələr qorunub. Həm qanunlar tərəfindən, eyni zamanda, gündəlik həyatda da görürük. Həm yerli, həm xarici sərmayələrin qorunması hər bir ölkənin, o cümlədən…

Read More
Cəmiyyət 

Ramazanda düzgün qidalanma: iftar və sahurda nələrə diqqət etməli?

“Ramazan ayı yaxınlaşanda ən çox verilən sual yeməyin “nə qədərindən” yox, “necəsindən” olur. Çünki gün boyu aclıqdan sonra bədən birdən-birə ağır yüklənəndə yanma, şişkinlik, qəbizlik, baş ağrısı, hətta təzyiq və şəkər dalğalanmaları kimi hallar ortaya çıxa bilər. Bu fəsadların çoxu ciddi problem sayılmasa da, təkrarlananda insanı yorur. İftarı açarkən ən doğru addım tələsməməkdir. Bir çoxları ac olduğu üçün ilk dəqiqələrdə həddindən artıq yeyir. Halbuki mədə buna hazır olmur. İftara su ilə başlamaq, 1-2 xurma yemək, ardından şorba kimi yüngül qida qəbul etmək mədəni rahatlaşdırır. Sonra 10-15 dəqiqə fasilə vermək toxluq siqnalının…

Read More
Hava 

​Fevralın 24-də bu bayram qeyd olunacaq

Azərbaycanda fevralın 24-də ilin ilk çərşənbəsi- Su çərşənbəsi qeyd olunacaq. Xalq ədət-ənənəsinə görə, Novruz bayramından öncə davam edən Boz ay ərzində Su, Od, Yel və Torpaq çərşənbələri qeyd edilir. Bu çərşənbə ilə Novruz bayramına hazırlıqlar başlanır. Su çərşənbəsi Novruz bayramının ilk çərşənbəsi olaraq qədimdən xalqımız tərəfindən qeyd olunan ənənəvi bayramdır. Bu gün su elementinə – təmizliyə, həyatın başlanğıcına və bərəkətə tapınma ilə bağlı mərasimlərlə qeyd olunur. Xalq arasında ona “Əzəl çərşənbə”, “Sular Novruzu”, “Gözəl çərşənbə” və “Gül çərşənbə” kimi adlar verilir. Su çərşənbəsi günü insanlar gün doğmadan su mənbələrinin yanına…

Read More
Cəmiyyət 

Vüqar Qurbanovu TƏBİB-də o əvəzləyəcək -DOSYE

Mediada yayımlanan məlumata görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoru Vüqar Qurbanov işdən uzaqlaşdırılıb. Onun yerini müavini Anar İsrafilovun aldığı da deyilir. TƏBİB-in yeni rəhbəri olduğu deyilən Anar İsrafilovun dosyesini təqdim edirik. Anar İsrafilov Azərbaycan Tibb Universitetində Pediatriya ixtisası, eləcə də Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi üzrə təhsil alıb. Hazırda Azərbaycan Tibb Universitetində Nefrologiya ixtisası üzrə doktorantura pilləsi üzrə təhsil alıb. Bir sıra dövlət və özəl tibb müəssisələrində uşaq nefroloqu kimi də işləyib. O, 2006-2022-ci illər ərzində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə…

Read More
Gündəm 

Azərbaycanın yeganə qadın generalı işdən azad olunur?

Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyində kadr islahatları gedir. Kadr Siyasəti Baş İdarəsinin rəisi general-mayor Şirinova Sevda Azər qızı da işdən azad olunur. Bununla bağlı nazir Kəmaləddin Heydərovun əmir imzalayacağı bildirilib. Qeyd edək ki, 13 dekabr 2010-cu il tarixli Prezident sərəncamı ilə Sevda Şirinovaya general-mayor rütbəsi verilib və bununla da o, Azərbaycan dövlət idarəçiliyində general rütbəsi alan qadın kimi tarixə düşüb./NOCOMMENT.az

Read More
Sosial 

Tabut üstündə SAZ havası – Hər vəsiyyət icra olunmalıdırmı?

Azərbaycanda gəncin babasının tabutu qarşısında saz çalması ilə bağlı görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Musavat.com xəbər verir ki, hadisə Tovuz rayonunda baş verib. Bildirilir ki, rayon sakini olan yaşlı kişi sağlığında vəsiyyət edib ki, son mənzilə saz havası altında yola salınsın. Mərhumun bu arzusunu onun oğlan nəvəsi yerinə yetirib. O, babasının tabutu önündə saz çalaraq onu son mənzilə yola salıb. Həmin anları əks etdirən görüntülər qısa zamanda sosial şəbəkələrdə yayılıb və müxtəlif reaksiyalar doğurub. Bəs İslam vəsiyyətə necə baxır? Dinimizə görə, istənilən vəsiyyət mütləq icra edilməlidir, yoxsa istisnalar var?…

Read More
Sosial 

SON DƏQİQƏ: Çörək BAHALAŞA bilər – 2 SƏBƏB

  Yaxın aylarda çörək məhsullarının qiymətində artım ehtimalı istisna olunmur. Dünya bazarında unun qiymətində baş verən dəyişikliklər, həmçinin logistik və yanacaq xərclərinin artması çörəyin maya dəyərinə birbaşa təsir göstərir”. Bu fikirləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc açıqlamasında səsləndirib. V. Orucun sözlərinə görə, artıq ölkədə bəzi un məmulatlarında qiymət artımı müşahidə olunub: “Baton çörəyin qiymətində isə 10 qəpiklik artım qeydə alınıb. Çörəyin qiymətinə əsas təsir edən amillərdən biri unun idxaldan asılı olmasıdır”. Ekspert hesab edir ki, 2026-cı ildə çörək və digər un məmulatlarında qiymət artımı baş verərsə, bu artımın ümumilikdə…

Read More
Cəmiyyət 

Rüstəm Məmmədov vəzifəsindən azad EDİLDİ – İH-də kadr DƏYİŞİKLİYİ

Quba Rayon İcra Hakimiyyətinin (RİH) başçısı köməkçisini və rayonun baş memarını vəzifədən azad edib. Bununla bağlı icra başçısı İlqar Mahmudov əmr imzalayıb. Əmrə əsasən, Rüstəm Məmmədov başçının köməkçisi vəzifəsindən azad olunub. Digər əmrlə o, başçının Quba şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi təyin edilib. Başqa əmrlə Şahin Aslanov isə Memarlıq-tikinti məsələləri sektorunun müdiri, Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdir müavini, baş memar vəzifələrindən çıxarılıb. Eyni zamanda, Tural Rəhimov isə Hüquq və kadr məsələləri sektoruna məsləhətçi təyin olunub. Qeyd edək ki, Rüstəm Məmmədov 2022-ci ildən Quba RİH-də çalışır. Fotoda Rüstəm Məmmədov…

Read More
Cəmiyyət 

Vüqar Qurbanov vəzifəsindən azad edildi (YENİLƏNİB)

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının qərarı ilə Vüqar Cavanşir oğlu Qurbanov TƏBİB-in İcraçı direktoru vəzifəsindən azad edilib. Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, Müşahidə Şurasının digər qərarı ilə TƏBİB-in İcraçı direktoru vəzifəsinin müvəqqəti icrası Anar İsrafilova həvalə edilib. ***** TƏBİB icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən çıxarılıb. Musavat.com xəbər verir ki, sədrin səlahiyyətlərinin icrası qurumun müavini Anar İsrafilova həvalə olunub. Hələlik rəsmi qurumlar tərəfindən Vüqar Qurbanovun vəzifədən azad edilməsinin səbəbləri açıqlanmayıb. Qeyd edək ki, son aylarda TƏBİB-in fəaliyyəti, xüsusilə dövlət tibb müəssisələrində…

Read More