Hava 

Sabahın havası ilə bağlı SON DƏQİQƏ XƏBƏRDARLlĞI – Güclü yağış…

Aprelin 13-də gözlənilən hava proqnozu açıqlanıb.  Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 8-10° isti, gündüz 11-14° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq. Aprelin 13-də Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək…

Read More
Cəmiyyət 

Pensiyaya çıxmaq üçün nə qədər kapitalımız olmalıdır?

Pensiyaya çıxmaq üçün bildiyimiz kimi kapital toplanılmalıdır. Yaşa görə əmək pensiyasının təyin edilməsi üçün nə qədər pensiya kapitalı tələb olunur? 1 fevral 2025-ci il tarixindən yaşa görə pensiyasının təyin olunması üçün tələb olunan pensiya kapitalı 46080 (144×320=) manatdır. 144- gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı; 320-minimum əmək pensiyasının məbləğidir. Qeyd edək ki, Azərbaycanda pensiya yaşı 65-dir. (Bizim.Media)

Read More
Cəmiyyət 

Bulvardakı zanbaqları kim bu hala salıb? – VİDEO

Dənizkənarı Milli Parkda yerləşən və müxtəlif güllərdən ibarət olan sahə yararsız hala salınıb. Dağlalələri dibindən qoparılıb, lalə və zanbaqlardan ibarət olan hissədəki çiçəklər qırılıb. Paytaxt sakinləri gördükləri mənəzərədən təəssüf hissi keçirdiklərini deyirlər. Dənizkənarı Bulvar İdarəsinin əməkdaşı Əkbər Nağızadə isə belə bir halın ciddi ictimai qınağa səbəb olduğunu deyir. Əkbər Nağızadə qeyd edib ki, bu hal ərazinin estetik görünüşünə zərər vurmaqla yanaşı, sakinlərin də narazılığına səbəb olub. Ətraflı “Xəzər Xəbər”in materialında:

Read More
Cəmiyyət 

Dəniz sahilində rəngbərəng lalə sərgisi – FOTOLAR

Bakı, 11 aprel, AZƏRTAC Lalələr yazın gözəlliyindən soraq verən və göz oxşayan güllərdən biridir. Könüllərə xoş duyğular gətirən bu gözəl gülləri təbiətin oyanışının, baharın rəngarəngliyinin və həyatın füsunkarlığının rəmzi kimi qəbul edirlər. Qızıl laləni nəyə bənzətməyiblər? Qızıl bayrağa, həyalı qız yanağına, gözəl bir xanımın başına örtdüyü qırmızı yaylığa, od vurulmuş zəmiyə… Hansı gözlə baxırsan, bax, bütün hallarda laləli düz duyğuları cuşa gətirən füsunkar bir mənzərədir. Üçüncü ildir ki, Dənizkənarı Milli Park ərazisi yazın bu günləri özünün ən xoş çağlarını yaşayır. Müxtəlif rəngdə açan lalələr Xəzər sahilini rəngli bir xalçaya bürüyüb. Yol…

Read More
Cəmiyyət 

“KamAZ” hədiyyə edilən balaca Ayazın atası: Doğma yurda qayıdış bizim üçün çox əlamətdar oldu

Doğma yurda qayıdış bizim üçün çox əlamətdar oldu. Xanoba kəndində dövlətimiz tərəfindən verilən evdə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva qonağımız oldular. Bu, bizi olduqca sevindirdi. “İki sahil” xəbər verir ki, bu sözləri ölkə rəhbəri tərəfindən “KamAZ” markalı yük maşını hədiyyə edilən Ayazın atası Bəybala Qasımov bildirib. “Görüş zamanı övladım Ayaz Prezidentimizdən “KamAZ” istədi. Həmin an ölkə rəhbəri Ayazın əlindən tutaraq onu öz avtomobilinə tərəf apardı və maşına mindirərək soruşdu – “Bu maşını istəyirsən, yoxsa “KamAZ”ı, Ayaz isə yenidən “KamAZ” istədiyini bildirdi. Prezident İlham Əliyev və Birinci xanım…

Read More
Hadisə 

Xocalıda hər iki valideynini itirən Nigar VƏFAT ETDİ

Xocalıda hər iki valideynini itirən 25 nəfərdən biri olan Nigar Qəhrəmanova 39 yaşında dünyasını dəyişib. Bu barədə onun yaxınları məlumat veriblər. Bildirilib ki, Nigar Qəhrəmanova 2 ildir onkoloji xəstəlikdən əziyyət çəkib. 6 ay əvvəl isə müalicə məqsədi ilə əməliyyat olunub, lakin xəstəliyi ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, Nigar Qəhrəmanova cəmi 4 yaşında Xocalı meşələrində ayaqları donduğu üçün hər ikisi amputasiya olunmuşdu. “Nigarın atası Təvəkkül silahlı olduğundan əsir düşəcəyimizi biləndə əhalini və ailəsini müdafiə etmək məqsədi ilə müqavimət göstərib. Atışma zamanı ayağından və çiynindən yaralanan…

Read More
Cəmiyyət 

Qanuna da məhəl qoyulmur: Azərbaycanda hələ də qohum evlilikləri var

Azərbaycanda qohum evliliklərinə qoyulan qadağaya baxmayaraq, Ağcabədi rayonunun Avşar kəndində iki bacının övladlarının – xalaoğlu və xalaqızının evlənməsi barədə məlumat yayılıb. Bildirilir ki, toy mərasimi martın 27-də keçirilib. Qeyd edək ki, Azərbaycanda yaxın qohumlar arasında nikah qanunla qadağan olunub. Bəs bu qadağaya nə dərəcədə əməl edilir və belə halların qarşısını almaq üçün hansı tədbirlər görülür? “Rəsmi müraciətlər qəbul olunmur” Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamilə Əliyevanın sözlərinə görə, 2024-cü ildə Ailə Məcəlləsində qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və…

Read More
Cəbhədən Xəbər 

“Anatolian Phoenix – 2026” beynəlxalq təlimi uğurla davam edir – FOTO/VİDEO

Qardaş Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anatolian Phoenix – 2026” (“Anadolu Ankası – 2026”) beynəlxalq axtarış-xilasetmə təlimi uğurla davam edir. “İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Təlim planına uyğun olaraq keçirilən brifinqlərdə iştirakçılara təhlükəsizlik qaydaları, icra olunacaq tapşırıqların mərhələləri, həmçinin əməliyyatların aparılacağı ərazinin relyefi və iqlim xüsusiyyətləri barədə ətraflı məlumat verilib. Tapşırığa əsasən, şərti qəzaya uğramış pilotun aşkarlanması və xilas edilməsi məqsədilə paraşüt-desant və axtarış-xilasetmə bölmələri tərəfindən kompleks əməliyyat icra olunub. Helikopter vasitəsilə əraziyə cəlb edilən paraşüt-desant və axtarış-xilasetmə xidmətinin mütəxəssisləri “fast rope” üsulu ilə eniş…

Read More